Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər

ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər

22.01.2021 [14:17]

Afrikada torpaqların sürətlə şoranlaşması qısa bir müddətdə qitə əhalisinin 70 faizinin aclıq fəlakəti ilə qarşılaşması deməkdir. Bu ciddi problemin həllinə nail olmaq məqsədilə innovasiya və müasir texnologiyalar tətbiq olunmaqla ekosistem, habelə bioloji müxtəlifliyi qorumaq, bu yolla kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla əhalinin ərzaq təhlükəsizliyini təmin etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının təşəbbüsü ilə videokonfrans formatında keçirilən kənd təsərrüfatında innovasiya və müasir texnologiyalar mövzusunda beynəlxalq konfransda təşkilatın Baş direktoru Salim bin Məhəmməd Əl-Malik söyləyib. Onun sözlərinə görə, Afrikada davam edən çölləşmə və torpaqların 46 faizinin yararsız hala düşməsi kənd təsərrüfatı məhsulları istehsalını 20 faiz azaldacaq. Bu isə, təxminən əhalinin 70 faizinin aclıq təhlükəsi ilə qarşılaşması deməkdir.

İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Korporasiyası (GIZ) və Nigeriya hökuməti ilə birgə keçirilən konfransda ərzaq təhlükəsizliyi üzrə ekspertlər çıxış edərək bildiriblər ki, Afrikada ekoloji sistemin pozulması və aclıq təhlükəsi bütün dünya üçün fəlakətə çevrilə bilər. Belə ki, quraqlıq və torpaqların şoranlaşması miqrasiya prosesini də sürətləndirəcək, habelə yeni münaqişə ocaqlarının yaranması ilə nəticələnəcək.

Almaniya hökumətinə Nigeriyada bu sahədə həyata keçirilən tədbirlərlə bağlı dəstəyə görə təşəkkür edən ICESCO-nun Baş direktoru qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat 2022-ci ildə üzv ölkələrdə innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə görə mükafat təsis edəcək, həmçinin bu sahədə alimlərin tədqiqatlarını dəstəkləyəcək.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31