Ana səhifə »  Xəbər lenti »  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib
A+   Yenilə  A-
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib

Yanvarın 21-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda TÜRKSOY tərəfindən nəşr olunun Türkiyənin milli şairi Kənan Çarboğanın “Korkutname” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab türk dünyasının ortaq irsi hesab olunan “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə alınıb.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, rəhbərlik etdiyi təşkilatın binasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında daimi istifadəyə verildiyini bildirib. Fondun prezidenti binanın rəsmi açılışının 2019-cu il oktyabrın 14-də Türkdilli ölkələrin Dövlət Başçılarının VII Zirvə toplantısı çərçivəsində Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin və türkdilli beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə həyata keçirildiyini qeyd edib.

Günay Əfəndiyeva tədbir iştirakçılarını Azərbaycanın əzəli torpaqlarının geri qaytarılması ilə əldə olunan tarixi Qələbə münasibətilə təbrik edib və bu qələbənin yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına fəxarət hissi bəxş etdiyini vurğulayıb. O, həmçinin keçən ilin sonunda Azərbaycanın işğaldan azad olunan Füzuli və Ağdam rayonlarına səfər etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Natiq bildirib ki, Türk Şurasının Baş katibi Bağdad Amrayev və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun Azərbaycana səfəri çərçivəsində üç türkdilli beynəlxalq təşkilatın rəhbərləri bir sıra yüksək səviyyəli görüşlər keçirib, mühüm mövzularda müzakirələr aparıblar.

Fondun prezidenti Türk Şurasının, TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin və nümayəndə heyətlərinin Azərbaycanın işğaldan azad olunan Füzuli və Ağdam rayonlarına səfər etdiyini bildirib. Günay Əfəndiyeva Azərbaycanın tarixi şəhərlərindən və qədim mədəniyyət mərkəzlərindən olan Ağdamın erməni vandalizminin qurbanı olduğunu, Füzulinin isə tamamilə dağıdıldığını qeyd edib.

Fondun prezidenti bildirib ki, “Korkutname” kitabının ilkin təqdimatı Füzuli şəhərində keçirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitabı Füzulinin işğaldan azad olunması münasibətilə Fonda hədiyyə edib. “Beləliklə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəhbər səviyyəsində Azərbaycanın bu qədim torpaqlarına ilk qədəm qoyan, TÜRKSOY isə ilk təqdimat mərasimi keçirən təşkilatlardır, “- deyə Günay Əfəndiyeva vurğulayıb.

Fondun prezidenti bu kitabın Füzulidə təqdimatının simvolik məna daşıdığını, türk dünyasının birliyini təcəssüm etdirən Dədə Qorqudun nəsihətləri ilə iki qardaş təşkilatın həmrəyliklərini bir daha nümayiş etdirdiyini bildirib. “Kitabın ön sözü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur və bu da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha göstərir” – deyə G.Əfəndiyeva qeyd edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovu belə önəmli tədbiri təşkil etdiklərinə görə təbrik edib və bunun rəmzi məna daşıdığını vurğulayıb.

Mədəniyyət naziri 2020-ci ilin müstəqil Azərbaycan Respublikasının, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixinə ən unudulmaz və əlamətdar təqvim kimi həkk olunduğunu söyləyib. Azərbaycanın suverenliyinin bərpa olunduğunu, mədəni bütövlüyünün, coğrafi tamlığının təmin olunduğunu qeyd edən

Anar Kərimov deyib: “Təsadüfi deyil ki, türk folkloru tarixinin ifadə forması məhz dastan yaradıcılığıdır. İkinci Qarabağ müharibəsində Azərbaycanın apardığı haqq savaşında başda Türkiyə Cümhuriyyəti olmaqla bütövlükdə türk dünyası mənəvi həmrəylik göstərdi. Bərpa edəcəyimiz Qarabağda bu il Vaqif poeziya günlərini keçirəcəyik və bu ədəbiyyat festivalına əziz şairimiz Kənan Çarboğanı xüsusi dəvət edirik. Kənan Çarboğanın qələmə aldığı və TÜRKSOY-un dəstəyilə nəşr olunmuş “Korkutname” kitabı son 10 ildə işıq üzü görmüş xüsusi əhəmiyyətə malik kitablardan biridir. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan və digər türk xalqlarının ədəbi abidəsidir. Bu dastan tariximizin, milli kimliyimizin təzahüründə son dərəcə etibarlı və mötəbər mənbədir”.

Nazir, ulu öndər Heydər Əliyevin bu dastan haqqında söylədiklərini xatırladıb: “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur. Onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır”. Bildirilib ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən Bakı şəhərində 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb, parkın mərkəzində Dədə Qorqud abidəsi ucaldılıb. 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli mədəniyyət nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Kənan Çarboğan tərəfindən dastanın 12 boyunun kəlmə-kələmə nəzmə çəkilməsi türk mədəniyyətinə təqdirəlayiq bir töhfədir. Kənan Çarboğanın ömrünün 10 ilini bu işə həsr etməsi onun bədii yaddaşımıza ehtiramıdır, sevgisidir, hətta bir yazıçı kimi öz soykökünə bağlılığıdır.

Anar Kərimov çıxışının sonunda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxış edərək, tədbir iştirakçılarını Şanlı Qələbə münasibətilə təbrik edib, hər kəsi “Korkutnamə” kitabının təqdimatında görməsindən şad olduğunu bildirib. Baş katib mərasimin Bakıda- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib. Kitab haqqında məlumat verən Düsen Kaseinov Türk Dünyasının ortaq dastanı olan Dədə Qorqudun ədəbiyyat xəzinəsinin zəngin sərvətlərindən olduğunu vurğulayıb.

Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək belə tədbirlərin keçirilməsinin önəmindən danışıb, tarixi yazılı abidə olan “Kitabi-Dədə Qorqud”la bağlı fikirlərini bölüşüb və bu istiqamətdə daha geniş tədqiqatların aparılmasının, gənclərin bu sahənin dərindən öyrənilməsinə cəlb olunmasının vacibliyindən söz açıblar.

Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  22-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA