Ana səhifə »  Xəbər lenti »  Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsini öyrənir
A+   Yenilə  A-
Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsini öyrənir

Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində ölkəmizdə liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə onlayn seminar keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi bazarı və bərpaolunan enerji mənbələrinin liberal bazar münasibətləri şəraitində idarə edilməsi məsələlərinə həsr olunmuş tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.

Nazir P.Şahbazov qardaş Türkiyə ilə əməkdaşlıq əlaqələrinin bütün sahələrdə, o cümlədən enerji sektorunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində reallaşan strateji enerji layihələri əməkdaşlığımızın yalnız iki ölkənin deyil, dünyanın enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynadığını göstərir. Türkiyənin elektrik enerjisi bazarı və bərpaolunan enerji sahəsində nailiyyətləri və bu isitiqamətdə əməkdaşlığımız da ölkəmizin elektroenergetika sektorunun yeni münasibətlər əsasında inkişafına töhfə verəcək”.

Çıxışda, həmçinin elektroenergetika sahəsində liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin və bu sahədə bazar prinsiplərini ehtiva edən yeni qanun layihəsinin hazırlandığı bildirilib. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin də Azərbaycan Prezidentinin islahatlar və iqtisadiyyatın diversifikasiyası kursunun prioritetlərindən olduğu, bu məqsədlə ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılmasının planlaşdırıldığı vurğulanıb. Ümumi gücü 470 meqavat olan külək və günəş elektrik stansiyaları ilə bağlı pilot layihələrin isə artıq icra olunduğu qeyd edilib. Eyni zamanda, liberal bazara keçid və bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası sahəsində beynəlxalq təcrübənin, o cümlədən 2019-cu ildən etibarən Türkiyə təcrübəsinin öyrənilməsi üzrə atılan addımlardan bəhs edilib.

Türkiyənin energetika və təbii sərvətlər naziri F.Dönmez isə çıxışında iki ölkənin birliyi və qardaşlığının regionda və dünyada sülhə və sabitliyə, birgə enerji layihələrinin, o cümlədən TANAP-ın isə Türkiyə və Avropann enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, TAP-ın sayəsində TANAP-ın və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq. Liberal elektrik enerjisi bazarının isə Türkiyədə uzun illərdir uğurla tətbiq edildiyini, yüksəkkeyfiyyətli, rəqabətədavamlı sistemin yaradıldığını, bərpaolunan enerji sahəsinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyən F.Dönmez bu istiqamətdə ölkəsinin mütərəqqi təcrübəsini də Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.

Energetika Nazirliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, qarşı tərəfdən isə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi, Enerji Bazarlarını Tənzimləmə Qurumu (EPDK), Enerji Bazarları Əməliyyat Şirkəti (EPİAŞ) və Elektrik Enerjisi Ötürmə Şirkətinin (TEİAŞ) nümayəndələrinin iştirakı ilə iki gün davam edən seminarda Türkiyədə liberal elektrik enerjisi bazarına keçidin mərhələləri, keçid prosesində yaranan problemlər, onların aradan qaldırılması yolları, qiymətlərin formalaşması, subyektlər arasında hesablaşma, balanslaşdırma və köməkçi xidmətlər bazarlarının təşkili, idarə edilməsi, ehtiyat güclərin saxlanılması mexanizmi, həmçinin bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası məsələlərinin həlli, bu enerji mənbələrindən istifadənin genişləndirilməsinin bazara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid və bu sahədə yeni münasibətləri tənzimləyən qanunvericilik bazasının yaradılması ilə bağlı təkliflərin hazırlanması “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  22-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA