Ana səhifə »  Xəbər lenti »  Gənclərin azərbaycançılıq ideologiyası əsasında və vətənpərvərlik ruhunda yetişdirilməsində milli filmlərin də böyük rolu var
A+   Yenilə  A-
Gənclərin azərbaycançılıq ideologiyası əsasında və vətənpərvərlik ruhunda yetişdirilməsində milli filmlərin də böyük rolu var

Son illərdə Azərbaycanda Qarabağ müharibəsi, bu müharibə fonunda yaşananlar, ümumiyyətlə, hərbi-vətənpərvərlik mövzusunda filmlərin çəkilməsinə xüsusi diqqət göstərilir
Məlum olduğu kimi, azərbaycançılıq ideologiyasının təməlində milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarının mənafelərinin qorunması, onların ümumi məqsədlər uğrunda birləşməsi kimi ülvi amallar dayanır. Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Dünyəvi və demokratik dövlət modelini qəbul edən respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Eyni zamanda, etnik-dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin hər bir vətəndaşının torpaqlarımız üçün sahiblik və məsuliyyət hissi yaşaması milli və vətəndaş həmrəyliyinin bariz təzahürüdür. Biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində bu güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Yeri gəlmişkən, təqdim etdiyimiz yazıda azərbaycançılıq ideologiyasının mühüm bir aspektinə diqqət çəkəcəyik. Söhbət respublikamızda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından, eləcə də dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gəncin ana Vətənə bağlılıq hissinin gücləndirilməsindən gedir.
Məlum olduğu kimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindən birini məhz gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi təşkil edir. Öz növbəsində, Ulu Öndərin əsasını qoyduğu siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin azərbaycançılıq ideologiyasını mənimsəyərək milli maraqlar ətrafında sıx birləşməsinə xüsusi diqqət göstərir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə yeniyetmə və gənclərdə vətənpərvərlik hislərinin yüksəldilməsi, onların Vətənin müdafiəsinə, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazır olmaq ruhunda tərbiyə edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Eyni zamanda, azərbaycançılıq ideologiyasına əsaslanan dövlət gənclər siyasətini, onlara göstərilən hərtərəfli qayğını yüksək qiymətləndirən gənclərimiz Vətənə, dövlətə sədaqətli olduqlarını hər addımda sübut edirlər. 44 günlük Vətən müharibəsi zamanı gənclərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlar bu gerçəkliyi növbəti dəfə təsdiqlədi. Şanlı qələbəmizlə başa çatan Vətən müharibəsi göstərdi ki, Azərbaycanda xalqa, dövlətə, torpağa bağlı olan gənclər formalaşıb. Əlamətdar haldır ki, Vətən müharibəsində düşmənə qarşı mübarizədə ölkəmizdə yaşayan bütün xalqları təmsil edən gənclər misilsiz fədakarlıqlar göstərdilər. Onlar üçrəngli bayrağımızı başları üzərinə qaldıraraq döyüşlərə doğma Vətənimiz naminə atılırdılar. Respublikamızda yaşayan bütün xalqları təmsil edən gənclər səngərdə bir-birinə qardaş, arxa idilər, onların hamısı üçün qarşıda ümumi düşmən dayanmışdı.
Keçdiyimiz yol, əldə etdiyimiz uğurlar, Vətən müharibəsində qazandığımız şanlı qələbə onu deməyə əsas verir ki, azərbaycançılıq ideologiyası öz müsbət nəticələrini verməkdədir. Qarşıda isə bizi daha böyük məqsədlər gözləyir. Buna görə də respublikamızda və ölkə hüdudlarından kənarda yaşayan bütün həmvətənlərimizi vahid amal uğrunda birləşdirən azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra daha da gücləndirməliyik. Vurğulamaq yerinə düşər ki, ötən müddət ərzində bu istiqamətdə görülən işlərə dövlət qurumları ilə yanaşı, ayrı-ayrı yaradıcılıq təşkilatları, şair, dramaturq, yazıçı və bəstəkarlarımız, eləcə də ssenarist və rejissorlarımız da öz töhfələrini veriblər. Bu mənada son illərdə milli filmlərimizdə vətənpərvərlik mövzusuna həsr olunan səhnələrə geniş yer verilməsi təqdirəlayiqdir. Gəncləri qəhrəmanlığa, ana Vətəni göz bəbəyi kimi qorumağa, sevməyə çağıran ekran əsərlərinin, eləcə də şəhidlərimizin ömür və döyüş yolundan bəhs edən filmlərin tamaşaçılara vətənpərvərlik ruhunun aşılanmasında rolu böyükdür.
Mövzu ilə bağlı ömrünü Azərbaycan kinosuna həsr etmiş, yüzlərlə rola ekran həyatı bəxş etmiş Rasim Balayevin mövqeyini öyrənməyə çalışdıq. 170-ə qədər filmdə yüksək sənətkarlıq, məharət nümayiş etdirərək kino tariximizin qüdrətli simalarından birinə çevrilən aktyor qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan kinosunun xalqımızın dəyərlər sisteminin formalaşmasında çox böyük əhəmiyyəti olub. Fikirlərinə davam edən sevimli aktyorumuz vurğulayıb: “Təbii ki, son illərdə Azərbaycan kinosunda bir canlanma var, dövlət bu sahəyə böyük həcmdə vəsait ayırır. Bütün bunların hamısı ürəkaçandı və bir kino işçisi kimi mən də buna sevinirəm. Kinomuzda inkişaf müşahidə edilır, bu, danılmazdır, yeni-yeni filmlər çəkilir. Buraya hərbi-vətənpərvərlik mövzusunda çəkilən filmləri də daxil edə bilərik. Azərbaycanda müharibə mövzusunda çəkilən filmlər arasında Qarabağla bağlı həm tam və qısa metrajlı, həm də sənədli və cizgi filmləri əsas yer tutur. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin gerçəklikləri, müharibə və onun fəsadları, humanitar fəlakətlər bu filmlərin əsas mövzusunu təşkil edir. Həmin filmlərin əksəriyyəti xarici ölkələrdə də nümayiş etdirilərək böyük populyarlıq qazanıb”.
Son illərdə Azərbaycanda Qarabağ müharibəsi, bu müharibə fonunda yaşananlar, ümumiyyətlə, hərbi-vətənpərvərlik mövzusunda filmlərin çəkilməsinə xüsusi diqqət göstərilir. Mədəniyyət və Turizm Nazirliyi təşkil etdiyi bir neçə müsabiqədə məhz bu mövzuda olan ssenarilərin ekranlaşdırılmasına çalışıb. Bəhs olunan mövzuda filmlərin istehsalı üçün dövlət tərəfindən hər cür imkan yaradılıb. Bu mövzuda hər il bədii, sənədli, tam və qısa metrajlı filmlər çəkilib.
Qeyd olunduğu kimi, bütün zamanlarda mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin, incəsənətimizin, ictimai fikrimizin içində böyük bir azərbaycançılıq fəlsəfəsi olub. Ötən müddət ərzində Azərbaycan kinematoqrafçıları vətəndaş mövqeyindən çıxış edərək ermənilərin təcavüzünü, Qarabağ müharibəsinin mahiyyətini və səbəblərini kinonun geniş imkanları vasitəsilə açıb göstərən “Hücum”, “Tələ”, “Fəryad”, “Haray”, “Laçın dəhlizi”, “Ümid”, “Sarı gəlin”, “Girov”, “Arxada qalmış gələcək”, “Yalan”, “Biz qayıdacağıq”, “Ağ atlı oğlan”, “Günaydın, mələyim”, “Qala”, “Bir addım”, “Yaddaş”, “Yol”, “Dolu”, “Xoca”, “Mən evə qayıdıram”, “Nabat”, “Qanlı Yanvar” bədii filmlərini yaradıb, ön cəbhədən çoxlu kinomateriallar təqdim ediblər. Bu mövzuda, həmçinin “Qarabağ düyünü”, “Vətən mənə oğul desə”, “Naməlum torpaq”, “Ulu diyarın harayı”, “Qaçqınlar”, “Qədirin sorağında”, “Ana”, “Xocalı - əsrin faciəsi”, “Həsrət”, “Ruhum dağlar aşarsa...”, “Qan yaddaşı”, “Elan olunmamış müharibə”, “Azadlıq ordusu”, “Sərkərdə” və s. sənədli filmlər də çəkilib.
Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən ekran əsərlərindən biri də rejissor Elxan Cəfərovun yazıçı-publisist Aqil Abbasın eyniadlı romanı əsasında çəkdiyi “Dolu” filmidir. Qarabağ müharibəsinə həsr olunmuş “Dolu” filmində rejissor və operator işi moderndir və Azərbaycan kinosunda yeni bir mərhələdir.
Azərbaycan kino sənayesinin ölkə rəhbərliyinin daim diqqətində olduğunu deyən rejissor Elxan Cəfərov, bunun uğurlu nəticəsi kimi müvafiq sahənin günbəgün inkişaf etdiyini bildirib. Rejissor vurğulayıb ki, müharibə haqqında film çəkmək texniki, mənəvi, psixoloji baxımdan çətindir. Onun sözlərinə görə, şəhidlərimizin ömür və döyüş yolundan bəhs edən filmlərimizin insanlarda vətənpərvərlik ruhunun aşılamasında böyük rolu var. “Qarabağ hadisələri başladığı gündən mövzu olaraq kinomuzun diqqət mərkəzinə gəldi. Artıq Qarabağ bizdədir. Qələbədən sonra, şübhəsiz ki, çoxlu sayda yaradıcılıq işləri ərsəyə gələcək. Bu mövzuda sənədli və bədii filmlər çəkiləcək. Mən də yeni bir film çəkmək arzusundayam. Bəri başdan deyə bilərəm ki, hələlik ideya səviyyəsində olan layihədə şəhidlərimizin qəhrəmanlıqları, xalqımızın həmrəyliyi xüsusi vurğulanacaq”, - deyə E.Cəfərov qeyd edib.
Rejissor vətənpərvərlik mövzusunun kinoda ən çox maraq doğuran və daim müraciət edilən istiqamətlərdən olduğunu vurğulayıb: “Mən səngərlərdə olmuşam. Səngərin nə demək olduğunu bilirəm. Qarabağ uğrunda ölümə gedən, şəhid olan yüzlərlə, minlərlə dəyanətli oğullarımız olub. Qarabağ mövzusu üzərində qurulan filmin çəkilişinə böyük ürəklə yanaşıram. Mən bir qədər mistikaya inanan adamam və çəkiliş vaxtı o qanlı günlərdə dünyasını dəyişənlərin ruhunu başımın üzərində hiss edirəm. Onlar sanki mənə güc verirlər”.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, hərbi-vətənpərvərlik mövzusunda olan filmlər gənclərin də maraq dairəsindədir. Bu mövzuda filmlərinin sayı çox olmalı, təbliğatı yüksək səviyyədə həyata keçirilməlidir. Çünki qəhrəmanlıq və vətənpərvərlik ruhunda çəkilən filmlər uşaqlarda, gənclərdə Vətənə, torpağa sevgi və qayğı hisləri formalaşdırır. Deyə bilərik ki, 10 noyabrda düşmənin kapitulyasiya aktını imzalamasından sonra Vətən müharibəsinin gerçəkliklərini təqdim etmək üçün kinomuzda yeni mərhələ başlayıb. Əksər mütəxəssislərin bildirdikləri kimi, əgər bu vaxta qədər ərazilərimizin işğal edilməsi ilə bağlı məqamlar, torpaqların geri qaytarılması çağırışları filmlərin əsas motivini təşkil edirdisə, yeni dönəm ekran əsərlərinin əsas mövzusu Vətən müharibəsinin qəhrəmanları, dünyanın hərbi mərkəzlərini heyrətə salan döyüş taktikamız, üç onillikdən sonra doğma torpaqlarımıza qovuşmağımız, şanlı qələbəmizin təmin olunmasına ölkəmizdə yaşayan bütün xalqların töhfə verməsi olmalıdır. Vətənpərvərlik mövzuda filimlərimiz nə qədər çox olsa, tariximizi, adət-ənənələrimizi, ədəbiyyatımızı, dilimizin gözəl çalarlarını, xalqımızın multikultural dəyərlərini bir o qədər geniş təbliğ edə bilərik.
Müşfiqə BAYRAMLI

 
  • Oxunub:  2580  |  
  • Tarix:  22-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

26 Fevral 17:38
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
26 Fevral 17:34
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir
26 Fevral 17:06
İqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Azərbaycanda Milli Uyğunlaşma Planının hazırlanması prosesinə başlanılır
26 Fevral 17:03
İtaliyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar videoformatda tədbir keçirilib
26 Fevral 17:01
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir, insanları bilərəkdən ölümə məhkum etməkdir
26 Fevral 16:57
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 16:55
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir
26 Fevral 16:36
Prezident: Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq, bu məsələdə hər hansı spekulyasiya yersizdir
26 Fevral 16:30
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir
26 Fevral 16:21
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər
26 Fevral 16:05
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Samuxda ağaclar əkilib
26 Fevral 15:57
Türkiyəli gənclər “Xocalıya ədalət” tələb edirlər
26 Fevral 15:56
Azərbaycanda koronavirusdan 180 nəfər sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb
26 Fevral 15:55
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
26 Fevral 15:51
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
26 Fevral 15:44
Azərbaycan Prezidenti 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb
26 Fevral 15:39
İşğaldan azad olunmuş torpaqların bərpası prosesi başlanıb
26 Fevral 15:21
Ata-baba yurdlarımız, kəndlərimiz, şəhərlərimiz abad olacaq...
26 Fevral 15:18
"Torpaqları əhəmiyyətsiz danışıqlarla yox, şəhidlərimizin qanı hesabına azad etdik"
26 Fevral 15:13
Prezident İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi yenidən işğaldan azad olunmuş torpaqlarda
26 Fevral 15:08
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
26 Fevral 15:07
Xocalı soyqırımına həsr olunmuş sərgi - “Unudulmaz faciə”
26 Fevral 15:04
Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər
26 Fevral 14:55
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib
26 Fevral 14:47
Xocalı faciəsi qurbanlarının xatirəsi Moskvada da yad edilib
26 Fevral 14:43
İğdırlılar Xocalı soyqırımını törədən vandalları qınayıblar
26 Fevral 14:40
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
26 Fevral 14:38
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
26 Fevral 14:36
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
26 Fevral 14:29
Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
26 Fevral 14:27
Prezident İlham Əliyev: Ərazilərin bərpası üzrə böyük planlarımız var və onları reallaşdıracağıq
26 Fevral 14:23
YAP Laçın rayon təşkilatı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirib
26 Fevral 14:21
YAP Gənclər Birliyinin üzvləri Xocalı faciəsi qurbanlarının xatirəsinə abidəni ziyarət ediblər
26 Fevral 14:17
Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır
26 Fevral 14:12
YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
26 Fevral 14:09
Arktikada buzların əriməsi qlobal iqlimə hansı dərəcədə təsir göstərə bilər?
26 Fevral 14:07
Sevinc Hüseynova: 29 il öncə baş vermiş Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir
26 Fevral 14:04
Perm Azərbaycan Gənclər Komitəsi və Qırğızıstanda yaşayan azərbaycanlı gənclər Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıblar
26 Fevral 13:08
Türkiyə XİN: Xocalı qətliamının açdığı yaralar bizim üçün təzədir
26 Fevral 13:05
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq
26 Fevral 13:03
Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
26 Fevral 13:00
ADA Universitetində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib
26 Fevral 12:37
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib
26 Fevral 12:33
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 12:26
Prezident: Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar
26 Fevral 12:25
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarını anma günü keçirilib
26 Fevral 12:12
Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib
26 Fevral 12:11
Prezident İlham Əliyev: Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq
26 Fevral 12:09
Vaşinqtonda Xocalı qətliamının ildönümü ilə əlaqədar vebinar keçirlib
26 Fevral 12:04
Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 11:41
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
26 Fevral 11:38
Müdafiə Nazirliyi Ağdam rayonunun Tərnöyüt kəndinin videogörüntülərini yayıb - VİDEO
26 Fevral 11:31
İlk dərslər Xocalı soyqırımına həsr olunub
26 Fevral 11:24
Kolumbiya Senatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib
26 Fevral 11:12
YAP Nərimanov rayon təşkilatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
26 Fevral 11:10
Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
26 Fevral 11:07
Əli Əhmədov: Azərbaycan xalqı Xocalı qurbanlarını unutmur
26 Fevral 11:05
Yaponiya səfirliyinin nümayəndələri Tərtərdə erməni təxribatının nəticələri ilə tanış olublar
26 Fevral 11:03
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
26 Fevral 11:03
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:21
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
26 Fevral 09:30
Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıb
26 Fevral 09:29
ABŞ-ın Yuta Universitetində Xocalı qətliamına həsr edilmiş mühazirə oxunub
26 Fevral 09:24
Heydər Əliyev Sarayı “Xocalı fəryadı”adlı layihə hazırlayıb
26 Fevral 09:13
Bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımı erməni vandalizminin növbəti nümunəsidir
26 Fevral 09:08
Ortaqlığı bitirən “maraq savaşı”
26 Fevral 09:05
Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi hərbi cinayətdir

26 Fevral 09:04
İndiki Ermənistan ərazisində Azərbaycanın tarixi abidələri vandalizmə məruz qalıb

26 Fevral 09:02
Xocalı soyqırımı insanlığa qarşı ən amansız qətliamlardan biridir
26 Fevral 08:59
Elşən Musayev: Revanşist qüvvələrin Azərbaycana qarşı növbəti təxribat niyyətləri iflasa məhkumdur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA
Bakı
gündüz+4 +7
gecə0 -1