Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib. Öncə YAP Gədəbəy rayon təşkilatı İdarə Heyətinin üzvləri və rayon İcra Hakimiyyətinin nümayəndələri Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər.
Daha sonra videokonfrans formatında keçirilən tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev rayon təşkilatının yaranmasının 28-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışan R.Nağıyev həmin dövrdəki siyasi proseslərdən, ölkədə hökm sürən hərc-mərclikdən də bəhs edib. Qeyd edilib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib və bu gün YAP nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir: “Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında sıx birləşib, dövlətimizin daha yüksək inkişafı üçün həmrəylik nümayiş etdirir. Regionun ən böyük iqtisadi güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və aparılan uğurlu dövlət siyasəti dayanır”.
2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən Vətən müharibəsində YAP Gədəbəy rayon təşkilatının üzvlərinin fəal iştirakına toxunan R.Nağıyev əlavə edib ki, YAP Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışını böyük ruh yüksəkliyi ilə qarşılayan rayon təşkilatının üzvləri müharibə dövründə müsəlləh əsgər kimi vətənin keşiyində dayanıblar.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, YAP Gədəbəy rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət Əliyeva, YAP Gədəbəy rayon təşkilatı Gənlər Birliyinin sədri Anar Məmmədov və digərləri YAP-ın Azərbaycanın inkişafındakı rolundan bəhs ediblər.
PƏRVİZ
- Oxunub: 2400 |
- Tarix: 20-01-2021 |
-
Çap et |