Ana səhifə »  Xəbər lenti »  Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir
A+   Yenilə  A-
Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir

Müvafiq Dövlət Proqramına əsasən respublikamızda 2025-ci ilə qədər yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulub
Azərbaycanda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı üzrə müvafiq Dövlət proqramlarında qarşıya qoyulan əsas hədəflərdən biri bölgələrdə aqrar sektorun geniş potensialından daha səmərəli istifadə olunmasını, bu sahədə istehsal və ixrac imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Müəyyənləşdirilən hədəflərə çatmaq üçün bölgələrin infrastruktur təminatı gücləndirilir, əkin dövriyyəsinə yeni torpaqlar cəlb edilir, fermerlərə dəstək tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir. Son illərdə Azərbaycanda aqrar sektorda həyata keçirilən ardıcıl islahatlar çərçivəsində, həmçinin əmək tutumu və gəlir imkanları geniş olan sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Vurğulamaq yerinə düşər ki, indiyədək respublikamızda bir sıra belə gəlirli sahələrin uzunmüddətli inkişaf perspektivlərini özündə ehtiva edən Dövlət proqramları qəbul edilib və hazırda uğurla reallaşdırılmaqdadır. Xarakterik haldır ki, ölkəmizdə kənd təsərrüfatının əmək tutumu və gəlir imkanları böyük olan sahələri inkişaf etdirilərkən ayrı-ayrı regionların əmək ehtiyatları, tarixdən gələn ənənələri, coğrafi-iqlim xüsusiyyətləri və digər amillər mütləq nəzərə alınır ki, bu da son nəticədə yaxşı göstəricilərin əldə olunmasını şərtləndirir. Son illərdə respublikamızda baramaçılıqda əldə olunan uğurlar deyilənləri əyani şəkildə təsdiqləyir.
Müxtəlif mənbələrdə Azərbaycanda baramaçılığın tarixinin uzaq keçmişə - V əsrə gedib çıxdığı təsdiqlənir. Bildirilir ki, XII əsrdən etibarən Azərbaycan ipəyinin Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunmasına başlanıb. XVII əsrin 30-cu illərində Azərbaycana səfər etmiş Adam Olearinin verdiyi məlumata görə, burada hər il 10-20 min tay xammal toplanırdı. Ondan 3000 tay Şirvanın, 2000 tay Qarabağın payına düşürdü (hər tayın çəkisi təxminən 5,5 pud idi). Deməli, hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xammal istehsal olunurdu.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş isə keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. O vaxt respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” 1971-ci il 3 mart tarixli qərar qəbul edilmişdi. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə, respublikada barama tədarükü 36,1 faiz artmışdı. Respublikamız barama istehsalına görə keçmiş Sovet birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu.
Ölkəmizdə baramaçılığın inkişafında dönüş Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2016-cı ildən başladı. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli və “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli sərəncamlar imzaladı. Bəhs olunan sənədlər ölkə üzrə baramaçılığın potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaratdı. Həmçinin dövlətimizin başçısının “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına uyğun olaraq Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilib. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi, digər dəstək tədbirləri bu sahəyə marağı daha da artırıb. Eləcə də dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Dövlət Proqramında 2025-ci ilə qədər ölkə üzrə yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Deyilənlərdən də göründüyü kimi, son illərdə respublikamızda baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir. Artıq ölkəmizin 40-dək bölgəsində insanlar baramaçılıqla məşğul olaraq bu sahədən yaxşı gəlir götürürlər.
Onlayn müşavirədə ölkəmizdə barama istehsalının səmərəli təşkili ilə bağlı məsələlər müzakirə edilib
Cari il yanvarın əvvəlində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə onlayn formatda keçirilən müşavirədə ölkəmizdə barama istehsalının səmərəli təşkili ilə bağlı məsələlər müzakirə edilib. Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və Nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.
Müşavirədə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Bildirilib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir.
Onlayn müşavirədə Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələrə diqqət çəkilib. Bildirilib ki, dövlət dəstəyi nəticəsində ölkədə baramaçılıq sahəsinə maraq artıb. Tədbirdə yaş barama istehsalı və emalı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrozootexniki qaydalara uyğun tut ipəkqurdlarının bəslənməsinə riayət etməklə barama istehsalının artırılması məsələləri müzakirə olunub. Onlayn müşavirədə baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi məsələlərinə də toxunulub. Həmçinin baramaçılıqla bağlı tədbirlər planına əsasən işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Müşavirədə baramaçılığın inkişafı ilə bağlı səsləndirilən təkliflər qeydə alınıb, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Barama istehsalçılarının vahid platformada birləşmələri onlara bir sıra üstünlüklər verəcək
Bundan sonra respublikamızın müxtəlif bölgələrindən olan barama istehsalçıları vahid platformada təmsil olunacaqlar. 2020-ci il dekabr ayının sonlarında “Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis toplantısı keçirilib. Onlayn formatda keçirilən toplantıda Kənd Təsərrrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərləri, Qax Damazlıq İpəkçilik Stansiyasının təmsilçiləri, həmçinin 28 rayondan 64 kümçü iştirak ediblər.
Toplantıda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, barama istehsalçılarının vahid platformada birləşməsi kümçülərin daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək. Bu səbəbdən kümçülərin bir araya gələrək ictimai birlik təsis etmələri təşəbbüsü təqdirəlayiqdir və nazirlik fermerlərin ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir. Araz İsmayılovun sözlərinə görə, assosiasiya kümçülərə bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, ölkədə baramaçılığın inkişafına dair təkliflər hazırlamalarına şərait yaradacaq.
Toplantı iştirakçıları Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramının qəbul olunduğunu xatırladaraq, dövlətin subsidiya mexanizmləri vasitəsilə proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək göstərdiyini bildiriblər. Tədbirdə yaş barama istehsalı və emalı, ipəkçilik məhsullarının ixracı, keyfiyyətli ipəkqurdu toxumu istehsalı, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə barama istehsalının artırılması, xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Toplantının sonunda “Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub. Birliyin Nizamnaməsi müzakirələrdən sonra təsdiq edilib. Səsvermə nəticəsində Abdul Orucov Assosiasiyanın sədri, Laləzar Heydərova və Tehmur Musayev sədr müavinləri seçiliblər. Bundan başqa, Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2430  |  
  • Tarix:  20-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

25 Fevral 19:02
Niderlandda “Azərbaycan yeni yaranmaqda olan Avrasiya biznes qovşağı kimi” mövzusunda vebinar keçirilib
25 Fevral 18:57
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
25 Fevral 18:51
Energetika Nazirliyində ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub
25 Fevral 18:48
COVID-19-dan sağalan uşaqların səhhətində problemlər qala bilərmi?
25 Fevral 18:13
Azərbaycan və Litva parlament dostluq qruplarının onlayn görüşü olub
25 Fevral 18:12
Konstitusiya Məhkəməsinin sədri onlayn formatda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
25 Fevral 18:10
“Dostluq” yatağı üzrə hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması üçün İşçi Qrup yaradılıb – Sərəncam
25 Fevral 18:05
İstanbulda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan fotosərginin açılışı olub
25 Fevral 18:05
Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya olunmalıdır
25 Fevral 17:44
Prezident İlham Əliyev: Biz bütün işlərə nəzarət edirik və ordumuzu bundan sonra da gücləndirəcəyik
25 Fevral 17:44
YAP Gəncə şəhər təşkilatında “Xocalı soyqırımını unutma! ”adlı tədbir keçirilib
25 Fevral 17:40
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib
25 Fevral 17:35
YAP Xətai rayon təşkilatının 2020-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
25 Fevral 17:33
YAP Ağdaş və Qəbələ rayon təşkilatlarının gəncləri “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda birgə tədbir keçiriblər
25 Fevral 17:32
Xarici jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olub
25 Fevral 17:26
Azərbaycanda koronavirusdan 142 nəfər sağalıb, 126 yeni yoluxma faktı qeydə alınıb
25 Fevral 17:25
Gürcüstanda şəhərlərarası sərnişindaşıma bərpa edilib
25 Fevral 17:23
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
25 Fevral 17:22
“ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
25 Fevral 17:20
Prezident: Müharibədən sonra Azərbaycanda inkişaf gedir, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini didirlər
25 Fevral 17:16
Hikmət Babaoğlu: Media sahəsində aparılan islahatlar çoxşaxəli xarakter daşıyır
25 Fevral 17:11
Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində beynəlxalq konfrans keçirilib
25 Fevral 17:09
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
25 Fevral 17:06
Prezident: Bu, tarixi hadisədir, Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb
25 Fevral 17:05
Pakistanın Sərhəd İşləri Təşkilatı Azərbaycanın infrastruktur layihələrinin icrasında maraqlıdır
25 Fevral 17:04
“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair Anlaşma Memorandumu təsdiqlənib
25 Fevral 16:59
Prezident İlham Əliyev: Biz İkinci Qarabağ müharibəsində istədiyimizə az itkilərlə nail olduq
25 Fevral 16:58
Rumıniyada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
25 Fevral 16:53
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
25 Fevral 16:51
Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir
25 Fevral 16:47
Avropa Şurası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının həyata keçirdiyi layihələr müzakirə olunub
25 Fevral 16:17
Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib
25 Fevral 16:17
Səudiyyə Ərəbistanı və Azərbaycan arasında parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edilib
25 Fevral 16:09
DİA-da videokonfrans: Xocalı soyqırımı - ermənilərin beynəlxalq cinayətlərinin tərkib hissəsi kimi
25 Fevral 16:07
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 16:03
Ermənistan ordusunda rüşvətxorluq halları baş alıb gedir
25 Fevral 16:01
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Macarıstan hökumətinə bəyanat ünvanlanıb
25 Fevral 16:00
Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
25 Fevral 15:57
Etna vulkanının püskürməsi kosmosdan qeydə alınıb
25 Fevral 15:29
İtaliya qəzeti: “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara”
25 Fevral 15:28
Özbəkistanda Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
25 Fevral 15:25
Sergey Markov: Xocalı qırğını açıq-aydın siyasi məqsədlə törədilmişdi
25 Fevral 15:18
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 15:12
Xocalıda baş verənlər nə üçün soyqırımıdır?
25 Fevral 15:08
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə ediblər
25 Fevral 14:51
Azərbaycanın xarici işlər naziri Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
25 Fevral 14:50
Beynəlxalq konfransda Xocalı soyqırımı yad edilib
25 Fevral 14:48
Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq
25 Fevral 14:45
Afrikanın 20-dən çox televiziya və radio kanalı “Azerspace-2” peykinin resurslarından istifadə edəcək
25 Fevral 14:44
Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı çıxışı gözlənilir
25 Fevral 14:40
Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi və sərgi keçirilib
25 Fevral 14:25
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalı nişanəsi” adlı qısametrajlı film təqdim edilib
25 Fevral 14:17
İsveçrədəki soydaşlarımız cenevrəli deputatları sülhə səs verməyə çağırıblar
25 Fevral 14:10
Multikulturalizm Mərkəzi Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib
25 Fevral 13:42
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb
25 Fevral 13:38
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib
25 Fevral 13:34
Ermənistan hərbçiləri Paşinyanın istefasını tələb ediblər
25 Fevral 13:33
XİN: Lüksemburqun xarici işlər nazirinin Azərbaycanı ittiham etməsi onun bölgədəki vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir
25 Fevral 13:29
ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir
25 Fevral 13:25
DİN: Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək
25 Fevral 13:04
Lənkəranda “Xocalıya ədalət” kampaniyası çərçivəsində 613 ağac əkilib
25 Fevral 12:57
Bakı Dövlət Universitetində “Nizami Gəncəvi İli” çərçivəsində tədbir keçirilib
25 Fevral 12:54
Xocalı soyqırımının bütün dünyada tanıdılması ümumxalq məsələsidir, hər birimiz bu işdə fəallıq göstərməliyik
25 Fevral 12:49
Türkiyə parlamentinin sədri: Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir
25 Fevral 12:33
YAP Səbail rayon təşkilatının fəalları Vətən müharibəsinin qazilərini ziyarət edirlər
25 Fevral 12:30
Ramin Məmmədov: Bundan sonrakı mərhələdə də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylərimizi gücləndirməliyik
25 Fevral 12:29
Naqif Həmzəyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir
25 Fevral 12:27
Ötən il Azərbaycanda 126 min 571 körpə doğulub
25 Fevral 12:19
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir
25 Fevral 12:15
Kiyevdə “1992-ci il Xocalıdan-2020-ci il Tərtər və Gəncəyə” mövzusunda dəyirmi masa keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA