Ana səhifə »  Xəbər lenti »  Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir
A+   Yenilə  A-
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir

Şahbuz rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində

Əlverişli təbii-coğrafi şəraitə və turizm potensialına malik olan Şahbuz rayonu böyük inkişaf yolu keçib. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan kompleks quruculuq işləri Şahbuz rayonunu da əhatə edib. Bu gün istər Şahbuz şəhəri, istərsə də rayonun qəsəbə və kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, eləcə də turizm obyektlərinin, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Şahbuzda məskunlaşmanı daha da artırıb.

 

Şahbuz şəhərində yeni yaşayış binası

istifadəyə verilib, şəhid ailəsi mənzillə təmin olunub

Son illər muxtar respublikada istifadəyə verilən yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir. Muxtar respublikada şəhid ailələrinin mənzillə təmin olunması da daim diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 19-da Şahbuz şəhərində yeni yaşayış binası istifadəyə verilib, binada şəhid Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Şahbuz rayonunda istifadəyə verilən 40 mənzilli yaşayış binasında ilk mənzil şəhid ailəsinə verilir. 1992-ci ildə Sədərək rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunur. Ötən illər ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş 42 şəhid ailəsinə mənzil verilmiş, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Şəhidlər, qazilər olmadan Vətən torpağı qorunmaz, suverenlik, dövlət müstəqilliyi möhkəmləndirilə bilməz. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Azərbaycan əsgəri daim qəhrəmanlıq göstərmişdir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İstər Vətən müharibəsində, istərsə də Birinci Qarabağ müharibəsində şəhid və qazilərimiz olmuşdur. Sabah isə 20 Yanvar faciəsinin ildönümüdür. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizin tezliklə sağalmasını, şəhid ailələrinə isə səbir diləyirəm.

Ali Məclisin Sədri şəhid ailəsinə yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzilin orderini şəhidin anası Çəməngül Orucovaya təqdim edib.

Şəhid anası Çəməngül Orucova ailə üzvləri adından minnətdarlıq edərək deyib: Mənim oğlum Mehman Orucov Birinci Qarabağ müharibəsində Sədərəyin nankor ermənilərin hücumlarından müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Bir ana kimi qürur duyuram ki, övladım Vətən uğrunda həlak olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı qələbə bütün şəhid anaları kimi, mənə də böyük təsəllidir. Çünki işğal altında olan torpaqlarımız azad edilməklə, həm də şəhid balalarımızın qisası alındı. Şəhid ailəsi kimi dövlətimizin qayğısını daim hiss etmişik. Bu gün bizə verilən mənzil isə həmin qayğının davamıdır. Dövlətimizin bu qayğısını bütün ailə üzvlərim böyük minnətdarlıqla qarşılayır.

Şəhid ailəsinə verilən mənzildə yaşayış üçün bütün şərait yaradılıb, təmir olunub, xalça hədiyyə edilib.

Sonra binaya baxış olub. Məlumat verilib ki, ümumi sahəsi 5 min 388 kvadratmetr olan binanın tikintisinə 2018-ci ilin avqust ayında başlanılıb. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan bina 40 mənzillidir. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. İkiotaqlı mənzillərin hər birinin ümumi sahəsi 63 və 64, üçotaqlı mənzillərin ümumi sahəsi isə 83 və 88 kvadratmetrdir. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. Həmçinin binada mərkəzləşdirilmiş antena sistemi quraşdırılıb.

Yaşayış binasının zirzəmisində yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, elektrik cihazlarının təmiri, ərzaq və təsərrüfat malları mağazaları vardır.

Binanın həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıq sahəsi salınıb.

Şahbuz Rayon Gigiyena və Epidemiologiya
Şöbəsi üçün müasir iş şəraiti yaradılıb

Əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması səhiyyə sisteminin əsasını təşkil edir. Muxtar respublikada bu sahədə görülən işlər, xüsusilə gigiyena və epidemiologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, mütəmadi dezinfeksiya işlərinin aparılması və təmizliyə diqqətin artırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını alıb. Dünyada pandemiya halını almış virusun muxtar respublikada geniş yayılmaması və epidemioloji vəziyyətin sabit olması da görülən işlərin nəticəsidir.

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün yaradılan yeni iş şəraiti ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək deyib: “Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlər epidemioloji vəziyyətin sabitləşməsinə zəmin yaradıb, insanların sağlamlığı daim diqqətdə saxlanılıb. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsində muxtar respublikada yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınıb. Bu sahədə əsas iş Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin üzərinə düşür. Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən də bu sahədə işlər görülüb, parazitoloji və bakterioloji müayinələr aparılıb, uşaqlar vaksinasiyaya cəlb edilib. Bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır”. Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ötən il Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin istifadəyə verilməsi zamanı Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Epidemioloji Atlasının hazırlanması ilə bağlı tapşırıq verib. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva yeni nəşr olunmuş atlası Ali Məclisin Sədrinə təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş otaqları istifadəyə verilir. Şahbuz rayonu 1930-cu ildə yaradılıb. Bu illər ərzində rayon böyük inkişaf yolu keçib, təşkilatlar formalaşıb. Rayonun ötən illərdə inkişafına töhfə verən təşkilatlardan biri də Gigiyena və Epidemiologiya Şöbəsidir. Şöbənin kollektivi tərəfindən rayonda epidemioloji vəziyyətə daim nəzarət olunur, əhali arasında maarifləndirici tədbirlər aparılır. Şahbuz rayonunda 1 şəhər, 1 qəsəbə və 22 kənd vardır. Rayonda 25 mindən çox əhali yaşayır. Əhalinin gigiyenik qaydalara əməl etməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, eyni zamanda ərazidə epidemioloji vəziyyətə nəzarət üçün şöbənin iş şəraitinin müasirləşdirilməsinə ciddi ehtiyac vardı. Dünyada baş vermiş epidemioloji vəziyyət gigiyena və epidemiologiya sahəsinin nə qədər vacib olduğunu göstərdi. Bütün bunlar nəzərə alınaraq 2020-ci ildə muxtar respublikada bu sahədə struktur dəyişikliyi edilərək Naxçıvan Muxtar Respublikasında Gigiyena və Epidemiologiya Mərkəzi, rayonlarda isə şöbələri yaradıldı. Şahbuz rayonundakı şöbə 26 ştat vahidi ilə fəaliyyətə başladı.

Ali Məclisin Sədri deyib: Dünyadakı epidemioloji vəziyyətlə bağlı olaraq bu gün gigiyena və epidemiologiya sahəsinin üzərinə mühüm vəzifələr düşür. Adından da göründüyü kimi, gigiyena və epidemiologiya sahəsi bütün dövrlərdə vacibdir. Dünya Səhiyyə Təşkilatının tövsiyəsi də ondan ibarətdir ki, gigiyenik qaydalara əməl edilsin, təmizlik, sosial məsafə qorunsun, ərazilərin epidemioloji vəziyyətinə nəzarət olunması üçün dezinfeksiya işləri aparılsın və əhali daim maarifləndirilsin. Bu sahə daim diqqət mərkəzində olmalı, maddi-texniki bazası möhkəmləndirilməli, kadr potensialının təkmilləşdirilməsi nəzarətdə saxlanılmalı, maarifləndirici tədbirlər keçirilməlidir. Artıq muxtar respublikanın bir sıra rayonlarında Gigiyena və Epidemiologiya şöbələri müasir iş şəraiti ilə təmin olunmuşdur. Bu işlər cari ildə də davam etdiriləcəkdir. Gigiyena və epidemiologiya sahəsində vaxtında görülmüş işlərin nəticəsidir ki, muxtar respublikada epidemiya pandemiyaya çevrilmədi.

Ali Məclisin Sədri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin həkim köməkçisi Mehriban İmanquliyeva rayonun səhiyyə işçiləri adından minnətdarlıq edərək deyib: Kollektivimiz əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi ki, bu da işin keyfiyyətinə təsir edirdi. Artıq bizim üçün müasir iş şəraiti yaradılıb. Bu, daha yaxşı işləməyimizə, əhalinin sağlamlığının və epidemioloji vəziyyətin qorunmasına təminat verir.

Gigiyena və Epidemiologiya Şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, şöbədə müdir, epidemioloq, sterilizasiya və dezinfektor otaqları, epidemioloji, bakterioloji, parazitaloji, ümumi sanitariya laboratoriyaları, bufet və anbar vardır. Şöbə nitratometr, dozimetr, PH-metr, termohiqrometr, binokulyar mikroskop, avtoklav, distilyator, sentrifuqa, analitik tərəzi, quruducu və soyuducu şkaflar, həmçinin köməkçi tibbi ləvazimatlarla təmin edilib. Ötən il Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən rayonda 1620 obyektdə 813 min kvadratmetr sahədə dezinfeksiya, 167 obyektdə 172 min kvadratmetr sahədə isə dezinseksiya işləri aparılıb.

Ali Məclisin Sədri bölgədəki turistik ərazilərdə və yaylaqlarda dezinfeksiya işlərinin aparılması, su hövzələrindən nümunələrin götürülərək yoxlanılması, ailə təsərrüfatlarında istehsal olunan konservləşdirilmiş məhsullara nəzarət olunması barədə tapşırıqlar verib.

 
 
  • Oxunub:  2970  |  
  • Tarix:  19-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA