Ana səhifə »  Xəbər lenti »  Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
A+   Yenilə  A-
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib

Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati Qarabağla bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb. O, müsahibəsində Azərbaycan Ordusunun şücaətindən, Qarabağ dərslərindən, azad olmuş rayonlarda yaşadığı şoklardan danışıb.

İkinci Qarabağ müharibəsi bir neçə aspektdən öyrənilməlidir. Son 40 ildə dünyanın müxtəlif yerlərində müharibə zonalarında olmuşam. Gördüklərimi fotoaparatımın yaddaşına həkk eləmişəm. Orta Şərqdə, Afrikada, Asiyada müharibələri işıqlandırmaq təcrübəmi nəzərə alsaq, Qarabağ müharibəsi ilə bağlı əminliklə deyə bilərəm ki, o, dünya tarixində yeni bir müharibə formasıdır.

Azərbaycanın rəşadətli ordusunun taktikası, döyüş metodu, yeni texnikadan, dronlardan istifadə qabiliyyəti bütün dünya ölkələrinin diqqətini cəlb edib. Hətta deyərdim ki, bəzi böyük dövlətlər də Azərbaycanın hərb praktikasını, müharibə metodunu və müharibə vasitələrini öyrənməyə başlayıblar. Qarabağ müharibəsi bəzi böyük dövlətləri hərbi sahələrini yenidən nəzərdən keçirməyə məcbur edib. 40 illik təcrübəmdə, müharibə ilə bağlı ağlıma gələn ilk fikir budur.

İkincisi, bu müharibənin ən vacib elementlərindən biri isə digər müharibələrdə heç vaxt görmədiyim enerji və iradədir: doğma evinə qayıtmaq arzusu ilə yaşayan əsgərdəki güclü enerji. Öz doğma yurdunu azad etməyə gedən əsgərdə, hərbiçilərdə fərdi və kollektiv enerji yaranır. İkinci Qarabağ müharibəsində bu fərdi və kollektiv enerjinin şahidi oldum, qorxu bilmədən irəliyə can atan, doğma evinə çatmağa çalışan fərdi və kollektiv enerji və iradə. Qorxmadan, cəsarətlə ölümə gedən əsgərlər. Qarabağın bəzi ərazilərinin, xüsusilə də Şuşanın coğrafi mövqeyi çox mürəkkəbdir. Əsgərlər aşağıdan yuxarı döyüşməli, dağın yüksəkliyini ələ keçirməli idilər. Azərbaycan əsgəri bəşəriyyətdə görünməmiş şücaət və qəhrəmanlıq göstərərək, bu cür çətin coğrafi mövqedə qələbə əzmini reallaşdıraraq, adını tarixə - zəfər və müharibə tarixinə yazdı.

Qarabağın vacib dərsləri...

Qarabağ müharibəsindən çox dərs götürülməlidir. Nəhayət, 30 il əvvəl doğma evlərindən ayaq yalın, əli boş didərgin salınan 700 mindən çox azərbaycanlı məcburi köçkün öz hüquqlarını bərpa etdi. Ermənistandan qovulan qaçqınlar hələ aqibətlərini gözləyirlər...

Otuz ildən sonra xalq öz iradəsi gücünə ədaləti, hüququnu bərpa etdi, itirdiklərini geri qaytardı. Bu tarixdə və bəşəriyyətdə çox vacib andır. 1992-ci ildə erməni silahlı qüvvələri azərbaycanlıları çox iztiraba düçar etmişdi. 2020-ci ildə isə işğalçılar, cinayətkarlar cəzalandırıldı. Budur Qarabağın əsas dərsi: özgənin torpağına göz dikmək olmaz. Başqasının mülkünə yiyələnmək olmaz, məsum insanlara pislik etmək olmaz, pislik gec-tez onu törədənin üzərinə qayıdır.

1992-ci ildə Xocalı soyqırımı zamanı çəkdiyim şəkillərdə azərbaycanlı məcburi köçkünlər əllərində doğmalarının, yaxınlarının şəklini tutaraq onların cəsədinin axtarırdılar. 2020-ci ildə İrəvanda eyni səhnə yaşandı.

Qarabağın dünyaya, bəşəriyyətə verdiyi dərs və ötürdüyü ismarıc budur. Pisliyə cavab elə pislik olur.

Yaşadığım şoklar...

Müharibə zamanı məni şoka salan gördüyüm səhnələr və ermənilərin Azərbaycan qəbiristanlıqlarına göstərdikləri hörmətsizlik, vəhşilik oldu. Ermənilər 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində evləri, kəndləri, şəhərləri demək olar yer üzündən siliblər, daş üstə daş qalmayıb. Ancaq məzarlara qarşı bu cür vəhşilik heç yerdə olmayıb. Dünyanın müxtəlif regionlarında müharibələr zamanı şəhərlərin bir hissəsi dağıdılırdı. Ancaq ermənilər sistematik və qəsdən hər şeyi dağıdıblar. Qəbiristanlıqda cəsədlərin qızıl dişlərini çıxarmaq üçün bütün qəbirləri bir-bir qazıb, insan sümüklərini ətrafa səpələyiblər. Bu, vəhşiliyin son həddidir. Qəbiristanlıqlara belə hücum beynəlxalq səviyyədə cinayətdir.

Azərbaycan mütləq beynəlxalq məhkəmələrə, təşkilatlara müraciət etməlidir. Ekspertlər, mütəxəssislər gəlib bu mənzərəni görməlidirlər. Bu dağıntılar 2-3 fərdin işi deyil, bu bir icmanın məqsədli şəkildə törətdiyi əməldir.

Azad olunmuş kənd və şəhərlərdə ikinci şoku məscidlərə, türbələrə qarşı erməni vəhşiliyini görəndə yaşadım.

Bu zonada ev heyvanlarının saxlanılması üçün çoxlu məkanlar olmasına baxmayaraq, ermənilər ev heyvanlarını məscidlərdə, türbələrdə, dini məkanlarda saxlayıblar. Donuz müsəlman aləmi üçün haram sayılır. Ermənilər donuzlarını məsciddə bəsləyiblər. Bu, təhqirin və vəhşiliyin son həddidir.

Fransa və fransızların informasiya əsirliyi...

Fransa və fransızlar 44 günlük müharibə zamanı bir qrup erməni və ermənipərəstin informasiya əsiri oldular. Burada yaşayan ermənilər bir əsr ərzində özlərinə fransız cəmiyyətində nüfuzu olan insanlardan, siyasətçilərdən dostlar tutublar. Siyasi rıçaq bu insanların əlindədir. Bir tərəfdən bu qrup səsvermə hüquqları ilə siyasətçiləri əsir götürdü və bunu fransız deputatların reaksiyasında aydın gördük. Fransız siyasətçiləri elə bir qeyri-professionallıq göstərdilər, elə bir səhvə yol verdilər ki, hətta məktəbə yenicə gedən uşaq belə bu cür bəsit səhv edə bilməz.

Azərbaycanın iradəsi...

İndi hökumətin iradəsi vacibdir. Ekspertlərə, mütəxəssislərə, tarixi danışmağı və yazmağı bacaran, bu tarixə hansı prizmadan yanaşmağı bilən mütəxəssislərə ehtiyac var. Böyük iradə lazımdır, bu sahədə vacib olan layihə hazırlanmalı və reallaşdırılmalıdır.

Qarabağda gördüyüm hər şey, hətta ən kiçik hesab olunan detallar beynəlxalq səviyyədə vacib arqument olacaq. Azərbaycan öz hüququnu və həqiqətləri dünyaya çatdırmağa çalışmalıdır. Müharibədən sonrakı indiki vaxt çox vacibdir.

İnformasiya müharibəsi...

Bu gün informasiya müharibəsi davam edir. Ölkə daxilində bunu görmək çətindir. Ancaq kənardan baxanda bu aydın görünür. Düz deyirlər ki, müharibə indi daha çox insanların şüurunda, təsəvvürlərində davam edir.

Kəlbəcər yeni istiqamətimdir, ora gedirəm. Oradakı hər qarışı çəkmək lazımdır. Vaxt gələndə, ehtiyac olanda məhz həmin şəkillər ermənilərin yalanlarını açıb göstərəcək. Bütün uçuntular, vəhşiliklər, ümumiyyətlə azad olunmuş rayonlarda hər qarış torpaq lentə alınmalı və gələcək üçün saxlanılmalıdır. Bu çox vacibdir. Əldə sübut olandan sonra ermənilər heç nəyi inkar edə bilməzlər.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  19-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

09 Mart 13:35
Martın 10-na gözlənilən hava proqnozu
09 Mart 13:31
Mikayıl Cabbarov: “Aİ Biznes Mühiti Hesabatı 2020” sənədinin nəticələrini müzakirə edirik
09 Mart 13:25
Əliabbas Salahzadə: Partiyanın VII qurultayında qəbul olunan qərarlar ölkəmizin qarşısında yeni imkanlar açır
09 Mart 13:21
Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib
09 Mart 13:15
Misirdəki diaspor mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib
09 Mart 13:09
Ağstafada Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub
09 Mart 13:06
ICESCO “Qadın İli” çərçivəsində ilk açılış tədbirini keçirəcək
09 Mart 12:55
Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə memorandum imzalayıb
09 Mart 12:45
DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
09 Mart 12:35
Sahibə Qafarova: Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər
09 Mart 12:10
Əldə edilən uğurlar görülən işlərin nəticəsidir
09 Mart 12:03
“Məni unutma” adlı rəsm sərgisi təşkil olunub
09 Mart 12:00
Katakombaların bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması ölkəmizin dünya mədəni irsinin qorunmasına mühüm töhfələrindən biri olacaq
09 Mart 11:57
Azərbaycanın xarici siyasətdə əsas prioriteti milli maraqların təmin olunmasıdır
09 Mart 11:53
Cənubi Qafqazın ən qüdrətli və sabit ölkəsi - Azərbaycan!
09 Mart 11:51
YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi ölkənin siyasi həyatına dinamizm gətirəcək
09 Mart 11:49
Azərbaycan regionda enerji asılılığı olmayan yeganə ölkədir
09 Mart 11:47
Azərbaycan və Türkiyənin Los-Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüblər
09 Mart 11:25
Futzal üzrə Azərbaycan millisi Moldova yığmasının qonağı olacaq
09 Mart 11:22
Yunus Əmrə İnstitutunun rəhbəri Beynəlxalq Muğam Mərkəzində olub
09 Mart 11:21
Milli Məclisin növbəti plenar iclası keçirilir
09 Mart 11:19
Müdafiə Nazirliyi Füzuli rayonunun Görazıllı kəndinin videogörüntülərini yayıb - VİDEO
09 Mart 11:13
Şəhid Məzahir Göyüşovun xatirəsi yad edilib
09 Mart 10:52
Azərbaycan neftinin bir barreli 69,38 dollara satılır
09 Mart 08:50
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət edilib
09 Mart 08:47
Türkiyə Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında telefon danışığı olub
09 Mart 08:43
Bu gün Yel çərşənbəsidir
08 Mart 19:03
Azərbaycanda sutka ərzində koronavirusa 195 nəfər yoluxub
08 Mart 17:59
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
08 Mart 17:21
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur
08 Mart 16:31
“YAŞAT” Fondunun layihəsi davam edir
08 Mart 13:38
Qadın, Ana adı həmişə böyük ehtiramla tərənnüm olunur
08 Mart 13:02
Milli Məclisin sədri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
08 Mart 12:58
BMT-nin mötəbər Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi
08 Mart 10:08
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5