Ana səhifə »  Xəbər lenti »  Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
A+   Yenilə  A-
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bəyanatda deyilir: “31 il əvvəl SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı qeyri-insani və xəyanətkar siyasəti nəticəsində insanlığa qarşı törədilmiş qatı cinayət hadisəsi olan 20 Yanvar faciəsi xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunub. Bu, həm də öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirən bir tarixdir.

Həmin zaman xalq SSRİ rəhbərliyinin qərəzli siyasətinə etiraz edir, azərbaycanlılara qarşı Ermənistanda, habelə separatçılar tərəfindən Dağlıq Qarabağda törədilmiş bəşəri cinayətlərin araşdırılmasını və cinayətkarların cəzalandırılmasını tələb edirdi. Məhz xalqımızın etiraz səsini boğmaq, Azərbaycanın müstəqilliyə gedən yolunun qarşısını almaq məqsədilə o vaxtkı SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar qırğını törədildi.

Planlaşdırılan hadisə barədə məlumatın əhalidən və ümumiyyətlə, dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində hadisədən bir gün əvvəl Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladıldı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridildi, dinc əhali müxtəlif növ silahlardan atəşə məruz qoyuldu. Silahlı qoşun birləşmələri milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 140-dan çox silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürüb, Bakı şəhərində və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Eyni zamanda, yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb.

Bununla beynəlxalq hüquq normaları, fundamental insan hüquqları kobudcasına pozulub, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilib.

1990-cı il yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat verib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

İnsanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayət əməli BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

Sovet ordusunun xalqımıza qarşı törətdiyi 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi.

1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirib və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib, 20 Yanvar tarixi “Ümumxalq Hüzn günü” elan edilib. Hər il həmin tarixdə şəhidlərin xatirəsi yüz minlərlə insan tərəfindən ehtiramla yad edilir.

Bu qanlı hadisələr zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilmişdir, habelə 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısı davam etdirilir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, o dövrdə Sovet dövlətinin rəhbərliyi tərəfindən Ermənistana dəstək verilməsi nəticəsində Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı törədilib, torpaqlarımızın 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan yerli azərbaycanlı əhali zorla qovulub, bir milyona yaxın dinc əhalinin fundamental hüquqları pozulub. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsindən imtina edən və yeni ərazilər işğal etmək istəyində olan Ermənistan 2020-ci il iyul və avqust aylarında ordumuzun mövqeləri istiqamətində təxribatlar törədib, sentyabr ayının sonlarında atəşkəsi pozaraq, Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini atəşə tutub. Nəticədə çoxsaylı hərbçi və mülki şəxslər həlak olub, yaralanıb, mülki obyektlərə, o cümlədən yaşayış binalarına ciddi ziyan dəyib. Buna cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatına başlayaraq qısa müddətdə ərazilərimizin çox hissəsini işğaldan azad edib, noyabrın 10-da Ermənistan dövlətinin tam məğlubiyyətini rəsmiləşdirən tarixi sənəd imzalanıb. İşğal altında olan torpaqlarımızın azad edilməsi və yüz minlərlə dinc əhalinin öz dədə-baba torpaqlarına qayıtmaq imkanının yaradılması ilə onların fundamental hüquqları bərpa edilib.

Lakin təəssüflə qeyd etmək istərdik ki, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi, bu vəhşilikləri törətmiş hərbi qulluqçuların və onların icrasına əmr verənlərin, ən əvvəl isə o vaxtkı sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə hüquqi əsaslar vardır.

İnanırıq ki, tezliklə 1990-cı il 20 Yanvar faciəsinə beynəlxalq səviyyədə hüquqi qiymət verilərək bu qanlı cinayəti törədənlər məsuliyyətə cəlb olunacaq.

Biz beynəlxalq qurumları və bütövlükdə dünya ictimaiyyətini insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən, eləcə də beynəlxalq hüquq normalarına zidd olan bu cinayət hadisəsinə hüquqi qiymət verməyə çağırırıq”.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

 
  • Oxunub:  5820  |  
  • Tarix:  19-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib
06 Mart 12:53
Tacikistan portalı Ermənistanın üçtərəfli Bəyanata zidd əməlindən yazır
06 Mart 12:52
Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
06 Mart 12:51
Qubadlı rayonu ərazisində DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb
06 Mart 12:48
Azərbaycan islami dəyərlərin və türk dünyasının maraqlarının təmin olunduğu beynəlxalq məkandır
06 Mart 12:09
Liviyanin müvəqqəti işlər vəkili: Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur
06 Mart 12:08
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaradərə kəndinin videogörüntülərini yayıb - VİDEO
06 Mart 11:38
Xarici diplomatlar və hərbi attaşelər Füzuli rayonunun işğaldan azad olunmuş Merdinli kəndində olublar
06 Mart 11:33
YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
06 Mart 11:31
Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
06 Mart 10:47
Sabah ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdlər üçün buraxılış imtahanı keçiriləcək
06 Mart 10:42
“Qardaşlığımızı dünyaya göstərdik”
06 Mart 10:38
“Pakistan Beynəlxalq Hava Yolları” Bakıya birbaşa aviareyslərə başlayır
06 Mart 10:37
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb
06 Mart 09:24
“France 24” televiziya kanalı Qarabağda aparılan quruculuq işlərinə dair reportaj yayımlayıb
06 Mart 09:20
Regional və qlobal layihələr İƏT üzvləri başda olmaqla Azərbaycanı bölgənin cazibədar iqtisadi imkanlar məkanına çevirib
06 Mart 09:10
Azərbaycan tolerant və multikultural ölkədir
06 Mart 08:49
Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Qubadlı və Laçın rayonlarına səfəri təşkil edilib
05 Mart 21:11
Prezident: Böyük Qayıdış proqramı icra olunanda ilk növbədə, ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
05 Mart 20:42
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
05 Mart 20:40
Özbəkistandan Bakı-Tbilisi-Qars dəmir yolu ilə 40 konteyner yola salınıb
05 Mart 20:36
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
05 Mart 20:27
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
05 Mart 19:57
Prezident: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
05 Mart 19:56
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
05 Mart 19:50
Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram
05 Mart 19:50
Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib
05 Mart 19:34
Prezident İlham Əliyev: Biz qonşularımızla dostluq münasibətləri qurmasaydıq İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi
05 Mart 19:32
Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır - VİDEO
05 Mart 19:28
Texniki Universitetdə tədbir: Azərbaycan qadını - həyatın əbədi gözəlliyi
05 Mart 19:19
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
05 Mart 19:16
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının “İş yerlərində gender müxtəlifliyi” layihəsinə dair memorandum imzalanıb
05 Mart 18:56
Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında videoformatda görüş keçirilib
05 Mart 18:54
Azərbaycanın tarixi Qələbəsi İƏT çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün də yeni imkanlar yaradıb
05 Mart 18:40
Prezident: Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik
05 Mart 18:38
Qida Təhlükəsizliyi Agentliyi ilə Beynəlxalq Donor təşkilatlarının nümayəndələri arasında görüş keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA