Azərbaycanda yanvarın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0°, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Yanvarın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3°, gündüz 3-6° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° isti olacağı ehtimal edilir. Yolların buz bağlayacağı gözlənilir.
- Oxunub: 2550 |
- Tarix: 19-01-2021 |
-
Çap et |