Ana səhifə »  Xəbər lenti »  20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
A+   Yenilə  A-
20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
“20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Mən o dəhşətli gündə yaxınlarını itirmiş bütün insanlara bir daha
başsağlığı verirəm. Şəhidlərimizin ruhu əbədi yaşayacaq və yaşamalıdır”.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Tarix boyu xalqımız zaman-zaman faciələrə, soyqırımlarına məruz qalıb. Bu faciələrin böyük bir hissəsi XX əsrdə baş verib. Həmin dəhşətli faciələrdə xalqımız özünün azadlığı uğrunda mübarizədə itkilər versə də, nəhayət, 1990-cı il 20 Yanvar qırğınından sonra azadlıq, istiqlaliyyət istəyinə qovuşdu.

AZƏRTAC Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin “20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” adlı məqaləsini təqdim edir.

20 Yanvar faciəsi Azərbaycan tarixində və bütövlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilir. Həmin dəhşətli hadisələrdən 30 il keçsə də, o məşəqqətli gecə heç vaxt unudulmur və sanki dünən, bu gün baş verib, yaddaşlarda, həm də xalqımızın qəhrəmanlıq salnaməsi kimi qalır. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq, eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm iqtisadi cəhətdən, eyni zamanda, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir.

20 Yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, axın-axın Şəhidlər xiyabanına gedir, azadlıq, istiqlaliyyət yolunda canlarından keçən mərd oğul və qızlarımızın xatirəsini yad edir, ruhlarına dualar oxuyur. Yaddaşlarımıza soyqırımı kimi həkk olunan 20 Yanvar faciəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir. Təəssüf ki, bu cinayəti törədənlər, onun təşkilatçıları hələ də beynəlxalq müstəvidə hüquqi qiymətlərini, layiq olduqları cəzasını almayıblar.

Təbii ki, 20 Yanvar hadisəsi yalnız faciə kimi xatırlanmamalıdır. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Azadlıq istəyi ilə mübarizəyə qalxmış dinc əhalini ağır artilleriya, qadağan olunmuş güllələrlə qətlə yetirən Sovet imperiyasının rəhbərliyi bu imperiyanın süqutunu bir az da tezləşdirmiş oldu.

Azadlıq mücadiləsində şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Bu, elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın , cəsarətlə mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. 20 Yanvar faciəsi olmasaydı, bəlkə də Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı. Çünki bu tarix Azərbaycan xalqının uzun illərdən bəri apardığı müstəqillik mübarizəsinin məntiqi nəticəsi idi.

Təbii ki, sovet imperiyası Azərbaycanın müstəqillik əldə etməsinə heç cür razı ola bilmirdi. “Torpaqdan pay olmaz!” tələbi ilə mübarizəyə qalxan xalqımızın haqq səsi qısa bir vaxtda Kremli silkələdi. Buna qədər müxtəlif respublikalarda günahsız insanların haqq səsini silah-sursatla, qan axıtmaqla boğmağa vərdiş etmiş imperiya öz hərb maşınını bütün gücü ilə işə salıb Bakıya yönəltdi və keçmiş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun təşkilatçılığı ilə 20 Yanvar hadisəsini törədərək bu dəfə əllərini azərbaycanlıların qanına batırdı.

Sovet rejiminin göstərişlərini yerinə yetirən Azərbaycanın o vaxtkı rəhbərliyi müxtəlif vasitələrlə bu faciəni ört- basdır edir, təqsirkarı özümüzdə axtarırdı. İmperiyanın törətdiyi qanlı hadisə barədə ilk dəfə ulu öndər Heydər Əliyev dünya ictimaiyyətini məlumatlandırdı. Həmin vaxt Moskvada ciddi nəzarət altında yaşayan Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını riskə qoyaraq, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi. Ulu Öndər orada bəyanat verərək, bu qətliamı kəskin şəkildə pislədi, keçmiş SSRİ hakimiyyətini ittiham etdi.

Həmin bəyanatdan bəzi məqamları diqqətə çatdırmaq istərdim: “...Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm...

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır...

Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

Bunlar üçün, ilk növbədə , Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə, o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət, əslində, Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan, əslində, qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə, sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi”.

Ulu Öndər Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olduğunu bildirmiş, camaatı sakitləşdirmək üçün də imkanların tükənmədiyini diqqətə çatdırmış, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olduğunu demişdir. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur.

Heydər Əliyev belə qərar qəbul etmiş adamların hərəkətini kəskin pisləyərək, siyasi qəbahət saymışdır. Müdrik şəxsiyyət Azərbaycana kənardan böyük ordu kontingenti yeridilməsinin səhv qərar olduğunu bildirərək demişdir ki, respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü Ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Bütün bunlardan sonra Bakıya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.

20 Yanvar faciəsinə vaxtında siyasi-hüquqi qiymət verilmədi. Hətta sonradan hakimiyyəti ələ keçirənlər də bu barədə düşünmədilər. 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda da bu məsələnin müzakirəsi davam etdirilməmişdi. Ali Sovetin Yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.

Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

20 Yanvar gününün Ümumxalq Hüzn Günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində Ulu Öndərin siyasi kursunun davamı olaraq, Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən sosial siyasət həmin kateqoriyadan olan insanların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. İndiyədək müharibə əlilləri və şəhid ailələri sırasında 20 Yanvar əlilləri və şəhid ailələrinin mənzillə, minik avtomobilləri ilə təminatı bu layihənin tərkib hissəsidir.

20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri Prezident təqaüdü ilə, əlilliyə görə müavinət və ya pensiya ilə təmin edilirlər. 2019-cu ildə təqdim edilən iki sosial paket çərçivəsində onların müavinət və təqaüdləri də orta hesabla 100 faiz artırılıb, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

20 Yanvar bizim böyük faciəmizdir, ancaq, eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində ölkəmiz, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Xalqımız öz cəsarətini, mərdliyini, qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu 20 Yanvar faciəsindən 30 il sonra – 2020-ci ildə də nümayiş etdirdi.

Dünyanın ən reytinqli təşkilatlarının 30 il ərzində nizamlamaya bilmədikləri Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu düşmənə divan tutaraq işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycanı bütövləşdirdi.

 
 
  • Oxunub:  2790  |  
  • Tarix:  19-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 08:45
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
03 Mart 08:43
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
03 Mart 08:36
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb
03 Mart 08:30
“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03 Mart 08:29
Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03 Mart 08:28
Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası
02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
02 Mart 14:51
Təmraz Tağıyev: Azərbaycanda şəhid ailələrinə və Qarabağ qazilərinə yüksək dövlət qayğısı mövcuddur
02 Mart 14:43
Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru ilə görüşüb
02 Mart 14:40
Ankarada dahi Nizami Gəncəvi yaradıcılığına həsr olunan mərasim keçirilib
02 Mart 14:38
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
02 Mart 14:36
Prezident İlham Əliyevin mətbuat konfransından alınacaq dərslər
02 Mart 14:27
Strasburqun Kleber meydanında Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
02 Mart 14:17
Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
02 Mart 14:13
Azərbaycan və Türkiyə hər zaman, ən çətin anlarda belə qardaşlıq nümunəsi ortaya qoyublar
02 Mart 14:08
Ötən gün ölkəmizdə 22 mindən çox vətəndaş koronavirus əleyhinə peyvənd olunub
02 Mart 13:52
Xəzər dənizində zəlzələ olub
02 Mart 13:24
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində mülki müdafiə tədbirləri müzakirə olunub
02 Mart 13:20
ABŞ-ın Boston şəhərində Xocalı soyqırımı ilə əlaqədar səssiz aksiya keçirilib
02 Mart 13:12
Futbol üzrə Azərbaycan millisi Türkiyə seçməsi ilə yoldaşlıq görüşü keçirəcək
02 Mart 13:10
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb
02 Mart 13:09
ÜST: Son yeddi həftə ərzində COVID-19-a yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb
02 Mart 12:59
Azərbaycanın mədəniyyət naziri Türkiyənin xarici işlər naziri ilə görüşüb
02 Mart 12:56
Prezident İlham Əliyevin mətbuat konfransını İspaniyanın “La Vanguardia” qəzeti də işıqlandırıb
02 Mart 12:50
Xorvatiya portalında ermənilərin Qarabağda törətdikləri vandallıq aktları ilə bağlı məqalə dərc olunub
02 Mart 12:41
Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək
02 Mart 12:39
Azərbaycanla Türkiyə arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
02 Mart 12:36
Bu il Formula 1 Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq
02 Mart 12:18
Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
02 Mart 12:12
Vüqar Rəhimzadə: Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir
02 Mart 12:11
Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndinin videogörüntülərini yayıb - VİDEO
02 Mart 12:10
Təhsil Nazirliyi: Fevralda Vətən müharibəsi iştirakçılarının ailə üzvlərindən 87 nəfər işə qəbul olunub
02 Mart 12:09
Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı tikilir
02 Mart 12:06
Türkiyədə ənənəvi təhsil bu gündən bərpa olunur
02 Mart 12:04
Fransa portalında Azərbaycan multikulturalizmindən bəhs olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5