Ana səhifə »  Xəbər lenti »  Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək
A+   Yenilə  A-
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək

İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyulması ilə öz tarixi sahibinə qayıdan ərazilərimizdə əsas prioritetlərdən biri quruculuq və bərpa işlərinə başlanılması oldu. Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə cənnət məkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir. Bu günlərdə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də yeni həyatın başlanmasını təsdiqləyən bir sıra mühüm məqamlarla yadda qaldı. Füzuli-Şuşa avtomobil yolunun və Füzuli rayonu ərazisində beynəlxalq hava limanının təməlinin qoyulması deyilənlərin təsdiqidir. Füzuli-Şuşa avtomobil yolu müasir standartlara cavab verən dördzolaqlı, bəzi hissələrdə isə altızolaqlı olmaqla bölgənin nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılmasında strateji əhəmiyyət daşıyacaq. Belə ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli aeroportu ilə əlaqələndiriləcək və bu magistraldan İsa bulağına yeni yol çəkiləcək. Qarabağın döyünən ürəyi kimi dəyərləndirilən Şuşanın əvvəlki gözəlliyi daha da yeniləşdirilmiş şəkildə özünə qaytarılacaq.”

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Bu il Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyən V.Rəhimzadə qeyd edib: “Artıq ölkə vətəndaşları, həmçinin xarici qonaqlar, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə rahat gələ biləcəklər. Füzuli Beynəlxalq Hava Limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə başlanılması ilə bağlı tapşırıqlar verilib. Bu isə öz növbəsində dünyanın istənilən guşəsindən Şuşaya rahat gedişi təmin edəcək. Dövlətimizin başçısı İlham Əliyevin Şuşaya doğru yolunu davam etdirərkən söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: “Yolumuza davam edirik. Baxın, Günəş də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur”.

“Ümumiyyətlə, Qarabağın yeni yaradılacaq avtomobil, hava və dəmiryol infrastrukturu bölgənin inkişafında xüsusi əhəmiyyətə malik olacaq”, - söyləyən baş redaktor bildirib ki, hər hansı bir regionun inkişafı üçün yol-nəqliyyat infrastrukturunun müasir tələblərə cavab verməsi çox böyük əhəmiyyət kəsb edir. O deyib: “Son 17 ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas məqsəd kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin yol infrastrukturunun beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində atdığı addımların müsbət nəticəsidir ki, Azərbaycan bu sahədə də beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz liderliyini qoruyur. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan inkişaf etməkdə olan 74 ölkə arasında infrastruktur layihələri ilə bağlı dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdədir. Bu baxımdan, işğaldan azad edilən ərazilərdə ilk olaraq müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması xüsusi önəm daşıyır. Bölgədə Füzuli Beynəlxalq Hava Limanından başqa, daha bir beynəlxalq hava limanının inşası da nəzərdə tutulub ki, bu da ya Kəlbəcər, ya da Laçın rayonlarının ərazisində olacaq. Bu ərazilərdə yol infrastrukturunun təkmilləşdirilməsi Azərbaycanın reytinq cədvəlində yerinin daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcək. Bir sözlə, Azərbaycanın imkanlarını genişləndirmək və ölkəmizin inkişaf dinamikasını artırmaq üçün bütün bu işlərin daha fəal, məqsədyönlü şəkildə aparılması nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırığı ilə sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yaradılan İşçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Bu işlərin reallaşdırılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qarabağın bərpası tədbirlərinə cəlb olunub”.

Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılmasının əhəmiyyətini vurğulayan baş redaktor bildirib: “Əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə investisiyaların cəlb edilməsini, bu sahədə dövlət-özəl investisiya əməkdaşlığının inkişafını təmin edən, eləcə də xarici və daxili investisiyaların cəlb edilməsi ilə bağlı zəruri təşviqat işlərini həyata keçirməkdir. Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Bu bölgəyə həyat qayıtdıqdan sonra turizm sektoru da inkişaf edəcək. Pandemiyadan sonra bərpa ediləcək beynəlxalq turizm sərgiləri bir daha Qarabağ bölgəsinin turizm potensialının təqdimatına öz töhfəsini verəcək. Qarabağ potensial imkanları ilə Azərbaycanın iqtisadi inkişafına davamlı töhfələr verməklə yanaşı, dünyanın diqqətini də özünə cəlb edəcək. İqtisadiyyatın şaxələndirilməsi daha da sürətlənəcək, Azərbaycan həmişə olduğu kimi, gələcəkdə də ortaya çıxan hər bir çətinliyi iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində aradan qaldıracaq”.

 
  • Oxunub:  2370  |  
  • Tarix:  18-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

25 Fevral 22:34
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb
25 Fevral 22:00
Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsi xüsusi narahatlıq yaradır
25 Fevral 21:58
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib
25 Fevral 21:48
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
25 Fevral 21:36
Xarici jurnalistlər Xocalı soyqırımı dəhşətlərini şahidlərin dilindən dinləyiblər
25 Fevral 20:34
ABŞ-ın Minneapolis şəhərində üzərində “Xocalıya ədalət!” şüarı yazılan lövhə quraşdırılıb
25 Fevral 20:32
Almaniya portalında “Xocalı: Azərbaycanlılara qarşı erməni soyqırımı” adlı məqalə dərc olunub
25 Fevral 20:11
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib
25 Fevral 19:35
Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
25 Fevral 19:20
Dövlət İdarəçilik Akademiyasında onlayn təlim: Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması
25 Fevral 19:02
Ədəbiyyat Muzeyində “Xocalının sağalmayan yarası” adlı elmi sessiya keçirilib
25 Fevral 19:02
Niderlandda “Azərbaycan yeni yaranmaqda olan Avrasiya biznes qovşağı kimi” mövzusunda vebinar keçirilib
25 Fevral 19:00
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə
25 Fevral 18:57
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
25 Fevral 18:51
Energetika Nazirliyində ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub
25 Fevral 18:48
COVID-19-dan sağalan uşaqların səhhətində problemlər qala bilərmi?
25 Fevral 18:13
Azərbaycan və Litva parlament dostluq qruplarının onlayn görüşü olub
25 Fevral 18:12
Konstitusiya Məhkəməsinin sədri onlayn formatda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
25 Fevral 18:10
“Dostluq” yatağı üzrə hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması üçün İşçi Qrup yaradılıb – Sərəncam
25 Fevral 18:05
İstanbulda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan fotosərginin açılışı olub
25 Fevral 18:05
Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya olunmalıdır
25 Fevral 17:44
Prezident İlham Əliyev: Biz bütün işlərə nəzarət edirik və ordumuzu bundan sonra da gücləndirəcəyik
25 Fevral 17:44
YAP Gəncə şəhər təşkilatında “Xocalı soyqırımını unutma! ”adlı tədbir keçirilib
25 Fevral 17:35
YAP Xətai rayon təşkilatının 2020-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
25 Fevral 17:33
YAP Ağdaş və Qəbələ rayon təşkilatlarının gəncləri “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda birgə tədbir keçiriblər
25 Fevral 17:32
Xarici jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olub
25 Fevral 17:26
Azərbaycanda koronavirusdan 142 nəfər sağalıb, 126 yeni yoluxma faktı qeydə alınıb
25 Fevral 17:25
Gürcüstanda şəhərlərarası sərnişindaşıma bərpa edilib
25 Fevral 17:23
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
25 Fevral 17:22
“ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
25 Fevral 17:20
Prezident: Müharibədən sonra Azərbaycanda inkişaf gedir, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini didirlər
25 Fevral 17:16
Hikmət Babaoğlu: Media sahəsində aparılan islahatlar çoxşaxəli xarakter daşıyır
25 Fevral 17:11
Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində beynəlxalq konfrans keçirilib
25 Fevral 17:09
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
25 Fevral 17:06
Prezident: Bu, tarixi hadisədir, Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb
25 Fevral 17:05
Pakistanın Sərhəd İşləri Təşkilatı Azərbaycanın infrastruktur layihələrinin icrasında maraqlıdır
25 Fevral 17:04
“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair Anlaşma Memorandumu təsdiqlənib
25 Fevral 16:59
Prezident İlham Əliyev: Biz İkinci Qarabağ müharibəsində istədiyimizə az itkilərlə nail olduq
25 Fevral 16:58
Rumıniyada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
25 Fevral 16:53
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
25 Fevral 16:51
Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir
25 Fevral 16:47
Avropa Şurası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının həyata keçirdiyi layihələr müzakirə olunub
25 Fevral 16:17
Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib
25 Fevral 16:17
Səudiyyə Ərəbistanı və Azərbaycan arasında parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edilib
25 Fevral 16:09
DİA-da videokonfrans: Xocalı soyqırımı - ermənilərin beynəlxalq cinayətlərinin tərkib hissəsi kimi
25 Fevral 16:07
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 16:03
Ermənistan ordusunda rüşvətxorluq halları baş alıb gedir
25 Fevral 16:01
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Macarıstan hökumətinə bəyanat ünvanlanıb
25 Fevral 16:00
Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
25 Fevral 15:57
Etna vulkanının püskürməsi kosmosdan qeydə alınıb
25 Fevral 15:29
İtaliya qəzeti: “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara”
25 Fevral 15:28
Özbəkistanda Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
25 Fevral 15:25
Sergey Markov: Xocalı qırğını açıq-aydın siyasi məqsədlə törədilmişdi
25 Fevral 15:18
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 15:12
Xocalıda baş verənlər nə üçün soyqırımıdır?
25 Fevral 15:08
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə ediblər
25 Fevral 14:51
Azərbaycanın xarici işlər naziri Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
25 Fevral 14:50
Beynəlxalq konfransda Xocalı soyqırımı yad edilib
25 Fevral 14:48
Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq
25 Fevral 14:45
Afrikanın 20-dən çox televiziya və radio kanalı “Azerspace-2” peykinin resurslarından istifadə edəcək
25 Fevral 14:44
Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı çıxışı gözlənilir
25 Fevral 14:40
Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi və sərgi keçirilib
25 Fevral 14:25
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalı nişanəsi” adlı qısametrajlı film təqdim edilib
25 Fevral 14:17
İsveçrədəki soydaşlarımız cenevrəli deputatları sülhə səs verməyə çağırıblar
25 Fevral 14:10
Multikulturalizm Mərkəzi Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib
25 Fevral 13:42
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb
25 Fevral 13:38
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib
25 Fevral 13:34
Ermənistan hərbçiləri Paşinyanın istefasını tələb ediblər
25 Fevral 13:33
XİN: Lüksemburqun xarici işlər nazirinin Azərbaycanı ittiham etməsi onun bölgədəki vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir
25 Fevral 13:29
ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA