Ana səhifə »  Xəbər lenti »  Şuşaya möhtəşəm səfər
A+   Yenilə  A-
Şuşaya möhtəşəm səfər

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəhrəman əsgərlərimizin, Milli Ordumuzun qəhrəmanlığı sayəsində erməni işğalçılarından azad olunan Şuşaya səfəri, orada Azərbaycanın üçrəngli bayrağını ucaltması xalqımızın əhval-ruhiyyəsini bir qədər də yüksəldib. Bu səfər Prezident İlham Əliyevin söylədiyi hər bir fikir yaranmış suallara bir növ cavab idi. İlk növbədə, Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyulması strateji əhəmiyyət daşıyır. Bu, eyni zamanda, azad edilmiş rayonlarımızın inkişafı üçün çox önəmli layihədir. Müharibənin bitməsindən iki ay keçməsinə baxmayaraq, artıq bərpa və quruculuq işlərinə start verilib. Bütün imkanlar səfərbər olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlansın, vətəndaşlarımız öz doğma torpaqlarında qurub-yaratsınlar. Dövlətimizin başçısının bununla bağlı çoxsaylı sərəncamlarını və onların icrası çərçivəsində görülən tədbirləri xüsusi vurğulamaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Komitə sədri deyib: “Azərbaycan Prezidenti hərbiçilər qarşısında çıxış edərkən dedi: “Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm”. Ancaq bu səfərlərin mahiyyəti fərqlidir. O zaman Prezident İlham Əliyev dövlət rəhbərinin övladı, bir vətəndaş kimi gəlmişdisə, bu dəfə isə müzəffər, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi səfər edir. Eyni zamanda, Şuşadan bütün Azərbaycana və dünyaya bəyan edir ki, bu torpaqlar tarixən də bizim olub, hər zaman da bizim olacaq. “Burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!” bəyanatı çox təsiredici, həm də məsuliyyətlidir. Ancaq Müzəffər Ali Baş Komandan bu müqəddəs işi, şərəf borcunu bizim qəhrəman hərbçilərimizə, cəsur, igid döyüşçülərimizə, övladlarımıza tapşırdı. Bir məsələni unutmayaq ki, bu müharibənin əsas iştirakçıları gənc nəslin nümayəndələri, heç vaxt Qarabağı görməyən, yalnız adını eşidən gənclər idi. Bir çoxları, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçilər deyirdilər ki, artıq yeni nəsil yetişib, onlar Qarabağı görməyiblər, bu, reallıqdır, siz bununla barışmalısınız. Ancaq Azərbaycan gəncliyi, yeni nəsil özü yeni reallıq yaratdı və tarixi torpaqlarımızı erməni işğalçılarından azad etdi. Məşhur şeirdə deyildiyi kimi: “Orada bir kənd var uzaqda, o kənd bizim kəndimizdir. Getməsək də, qalmasaq da, o kənd bizim kəndimizdir!!!” Bəli, yaşından, etnik, milli, dini və siyasi mənsubiyyətindan asılı olmayaraq, hər bir vətəndaşımız bu möhtəşəm Qələbə üçün öz səylərini birləşdirdi. Bu birlik, bu “dəmir yumruq” nəticəsində qısa müddətdə Vətən, yurd həsrətinə son qoyuldu.

Digər mühüm bəyanat isə Ermənistanda revanş haqqında düşünənlərə və onların havadarlarına idi. Biz son zamanlar bəzi təxribatçı halları müşahidə edirik, dezinformasiyalar yayılır ki, ermənilər güc toplayır. Ancaq onlar dəmir yumruğu yaddan çıxarmamalıdırlar. Prezident İlham Əliyev dediyi kimi, “bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”.

Şuşaya səfər zaman Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidləri və Qazançı kilsəsini ziyarət edən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva vəziyyətlə yerində tanış oldular. Düşmən işğal dövründə dini abidələrimizi məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Fondun sədri, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik. Azərbaycanda hər zaman bütün dinlərin məbədləri qorunur. Hətta Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunur və təmir olunub. Ancaq ermənilərin nə etdiklərini də görürük. Bizim bütün dini, tarixi, mədəni abidələrimizi dağıdıblar, yararsız hala salıblar, onları təhqir ediblər. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına əsaslanan Beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli hesabatlar hazırlayırlar. Məhz cənab Prezidentin beynəlxalq təşkilatlara müraciətindən sonra onlar ölkəmizə səfər edərək, əsl həqiqəti öz gözləri ilə gördülər. Bu günlərdə Azərbaycanda səfərdə olan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər etdi. Baş direktor səfərlə bağlı bunları dedi: “Əvvəllər heç vaxt görmədiyimiz faciəni gördük. Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir. Biz çox istəyirik ki, beynəlxalq təşkilatlar öz hesabatlarında ikili standartlara yol verməsinlər, həqiqəti yazsınlar”.

Deputat qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Azərbaycan Prezidentinin bu büstlərin qarşısında qısa, lakin tarixi çıxışı zamanı bir daha ermənilərin insanlığa yaraşmayan hərəkətlərini, alçaq niyyətlərini ifşa etdi.

Dövlətimizin başçısının Molla Pənah Vaqifin dağıdılmış məqbərəsi qarşısında çıxışı isə mühüm siyasi hadisələrə tarixi ekskurs olmaqla yanaşı, həm də mühüm ismarışlar idi. Prezident İlham Əliyev bildirdi ki, bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idisə, digər tərəfdən onun məhz burada ucaldılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir.

Ermənilərin əsas məqsədi o vaxt yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlıların izini tədricən silmək, bu ərazini erməniləşdirmək idi. Bu məqsədin reallaşdırılmasının qarşısını isə Ulu Öndər kəsirdi. Onun səyləri, uzaqgörən siyasəti, o cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilməsi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi nəticəsində bölgənin milli tərkibi Azərbaycanın xeyrinə xeyli dəyişmişdi və 1982-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25 faizini azərbaycanlılar təşkil edirdilər. Bu tarixi faktları misal göstərən İlham Əliyev qeyd etdi ki, əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi. Bu, həqiqətən belədir.

Şuşaya səfər edən Prezident İlham Əliyevin dediyi bu səmimi sözlər hələ uzun müddət yaddaşlarda qalacaqdır: “Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz buna tam əminliklə inanırıq! Qarabağ Azərbaycandır!”.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  18-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

25 Fevral 09:13
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir
25 Fevral 09:07
“CoronaVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır
25 Fevral 09:05
Ermənistanda siyasi qarşıdurma kəskinləşir
25 Fevral 09:04
Savadsızlıq, yoxsa qərəz?
24 Fevral 20:42
Ceyhun Bayramovun Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub
24 Fevral 20:39
Azay Quliyev: 44 günlük müharibədən sonrakı vəziyyət mövcud reallığa uyğun addımların atılmasını daha da vacib edir
24 Fevral 19:46
Xocalı faciəsi qurbanlarının xatirəsi Tbilisidə anılıb
24 Fevral 19:41
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb
24 Fevral 19:38
Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir təşkil edilib
24 Fevral 19:12
3 dəqiqə ərzində görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
24 Fevral 19:06
YAP Gədəbəy rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib
24 Fevral 18:54
Hava temperaturunun koronavirus infeksiyasına yoluxmaya təsiri aşkar edilib
24 Fevral 18:49
Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir
24 Fevral 18:09
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir
24 Fevral 18:08
Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək
24 Fevral 17:41
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir
24 Fevral 17:25
Mikayıl Cabbarov: Keçən il dövlət satınalmaları 14,8 faiz artıb
24 Fevral 17:23
Hikmət Babaoğlu: Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir
24 Fevral 17:15
BDU-da Beynəlxalq elmi konfrans: Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri
24 Fevral 17:14
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
24 Fevral 17:10
Karol Büro-Bonnar: Azərbaycanda keçirdiyimiz görüşlər zamanı Fransa ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı faktlar əldə etdik
24 Fevral 17:08
Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib
24 Fevral 17:05
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
24 Fevral 17:01
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə sanki məğlubiyyətin acığını çıxmağa çalışır
24 Fevral 16:42
Təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib
24 Fevral 16:40
Avropa İttifaqının dəstəyi, UNFPA və RİİB-in təşkilatçılığı ilə Azərbaycanda ilk “Gender bərabərliyi” hakatonu keçirilib
24 Fevral 16:39
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib
24 Fevral 16:37
Azərbaycan və Pakistan parlamentlərarası dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 16:34
Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
24 Fevral 16:33
Azərbaycan vətəndaşları Gürcüstana PCR testi ilə səfər edə biləcəklər
24 Fevral 16:30
Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq
24 Fevral 16:25
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı
24 Fevral 16:24
DİN bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb
24 Fevral 16:21
Fransa Milli Assambleyasının deputatı: Azərbaycan multikultural, bütün mədəniyyətlərə və konfessiyalara açıq ölkədir
24 Fevral 16:19
Rusiyalı jurnalist: Erməni silahlı qüvvələri tərəfindən torpaqların gen-bol minalanması həmin əraziləri öz nəzarətində saxlamağa kömək etmədi
24 Fevral 16:17
Beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması hər zaman diqqət mərkəzində olub
24 Fevral 16:15
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edib
24 Fevral 16:13
Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək
24 Fevral 16:11
Ombudsman Aparatında ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
24 Fevral 16:06
"Siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası ilə bağladım və hesab edirəm ki, doğru addım atmışam"
24 Fevral 15:35
Hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 27 nəfərə çatıb
24 Fevral 15:15
Milli Kitabxanada “Xocalı 29” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
24 Fevral 15:14
Tbilisidə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib
24 Fevral 15:09
Azərbaycanda koronavirusdan 145 nəfər sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb
24 Fevral 15:01
Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada da anılıb
24 Fevral 14:47
Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir
24 Fevral 14:46
Ukrayna Ali Radasının deputatı: Xocalı hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir
24 Fevral 14:43
Vətən müharibəsində düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayılıb - VİDEO
24 Fevral 14:38
Misir KİV-ləri: Xocalı soyqırımının 29-cu ildönümü bu il Azərbaycanda fərqli şəkildə anılır
24 Fevral 14:35
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib
24 Fevral 14:29
Abşeron yarımadasında gecə 9 dərəcəyədək şaxta gözlənilir
24 Fevral 14:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində xeyli işlər görüb
24 Fevral 14:06
"Sabahın məktəbi" mövzusunda vebinar keçiriləcək
24 Fevral 13:24
Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini paylaşıb VİDEO
24 Fevral 13:22
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xaçmazda 613 ağac əkilib
24 Fevral 13:20
Yardımlıda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
24 Fevral 13:06
FHN vətəndaşları ehtiyatlı olmağa, təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırır
24 Fevral 12:58
Türkiyənin Azərbaycandan təbii qaz idxalı artıb
24 Fevral 12:57
Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
24 Fevral 12:41
“Jewish Journal” nəşrində ermənipərəst senatorların bəyanatlarına cavab məqaləsi dərc edilib
24 Fevral 12:28
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub
24 Fevral 12:23
Avtomobil yollarındakı vəziyyət açıqlanıb
24 Fevral 12:03
Bakı Nəqliyyat Agentliyi: Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir
24 Fevral 12:01
Baş nazir Əli Əsədov İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
24 Fevral 11:59
Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir
24 Fevral 11:51
“Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib
24 Fevral 11:42
Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır
24 Fevral 11:38
Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama yayıb
24 Fevral 09:07
“Peyvənd olunanlar arasında ciddi yan təsirlərə, allergik reaksiyalara rast gəlinməyib”
24 Fevral 09:06
Ermənistanda qarşıdurma pik həddinə çatıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA