Ana səhifə »  Xəbər lenti »  Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi
A+   Yenilə  A-
Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi

“Müxalifətin radikal qanadının yaratdığı “milli şuranın” Azərbaycanın milli maraqlarına tam zidd siyasi xətt tutması yeni hadisə deyildir. “Milli şura” adlandırılmasına baxmayaraq, təsis edildiyi ilk gündən anti-milli mahiyyət nümayiş etdirməsi bu qurumun az qala siyasi brendinə çevrilib. Əslində, onun konstruksiyası dövlətin milli maraqları anlayışı strukturunda özünə yer tapa bilməmişdir və ya bunu istəməmişdir. Azərbaycana qarşı təbliğat aparmaq “milli şuranın” təkcə siyasi taktikası deyil, həm də ideologiyasıdır. Onun siyasi fəlsəfəsində və apardığı təbliğatda müxtəlif xarici qüvvələrin anti-Azərbaycan kampaniyaları ilə oxşar cəhətlər o qədər çoxdur ki, bunları sadəcə təsadüf kimi qiymətləndirmək sadəlövhlük olardı. “Milli Şuranın” və anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasi kampaniyanın vahid ideoloji-təbliğat platformadan çıxış etməsi ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra bir daha özünün təkzidbedilməz təsdiqini tapmaqdadır.” Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində ““milli şuranın” milli xəyanəti” sərlövhəli məqaləsində bildirib.

Əli Əhmədov qeyd edib ki, Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərqərar olunması ilə yekunlaşmış Vətən müharibəsinin nəticələrinin təftiş edilməsi Azərbaycanın düşmənlərinin və onlara havadarlıq edənlərin anti-Azərbaycan təbliğatının başlıca vəzifəsinə çevrilib: “Müharibədə məğlub olan, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa məcbur edilən, ordusu tar-mar olunmuş Ermənistanın bu yönümdə əlacsız cəhdlərini bəlkə də başa düşmək olar. Lakin “milli şuranın” rəhbərləri olan Əli Kərimli – Cəmil Həsənli cütlüyünün və ətrafındakılarının mahiyyət etibarilə anti-Azərbaycan dairələrin apardığı çirkin kampaniyadan heç nə ilə fərqlənməyən hərəkətlərini, böhtançı və əslində, satqın təbliğat kampaniyalarını başa düşmək heç cür mümkün deyil. Sağlam təfəkkür bu işdə acizdir. Buna görə də minlərlə, on minlərlə insan “milli şura” təmsilçilərinin dövlət maraqlarımızla daban-dabana zidd olan hərəkətlərini və təbliğatını sadəcə lənətləyirlər.”

“Təxminən 30 il bundan əvvəl indiki “milli şurada” cəmləşən insanların təmsil olunduğu hakimiyyətin bağışlanmaz səhvləri nəticəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə layiqli müqavimət göstərilmədi, Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğal edildi. Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etmək əvəzinə hakimiyyətdaxili çəkişmələri qızışdıran, ölkədə separatizmin alovlanmasına rəvac verən məsuliyyətsiz siyasət aparan, milli birliyi təmin edə bilməyən, ölkədə xaos və anarxiya yaradan və bu səbəblərdən bütünlüklə iflas olan AXC-Müsavat hakimiyyəti son anda ölkəyə daha bir ağır zərbə vurdu – Prezident və Ali Baş Komandan Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 18-də Ordubadın Kələki kəndinə qaçdı, hökumət üzvləri isə vəzifələrini “dondurduqlarını” elan edərək hakimiyyət böhranını daha da dərinləşdirdi. AXC-Müsavat hökumətinin bu hərəkətinin komandirin ordunu döyüş meydanında qoyub qaçmasından heç bir fərqi yoxdur. Birinci hal nə qədər ağır cinayətdirsə, ikinci hal ondan heç də az olmayan cinayətdir.”-deyə, Baş nazirin müavini bildirib.

Əli Əhmədovun sözlərinə görə, görünür heç də təsadüfi deyildir ki, bir çox erməni siyasətçiləri və adi insanlar ölkənin indiki baş naziri Paşinyanı Ermənistanın Elçibəyi adlandırırlar. Bu həm də ona işarədir ki, mənfur düşmən də birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğal olunmasında AXC-Müsavat hakimiyyətinin cinayət xarakterli “xidmətlərinin” xüsusi rol oynadığını etiraf edir.

“Qanlı yanvar hadisəsinin növbəti ildönümü ərəfəsində qeyd etmək yerinə düşər ki, AXC-Müsavat hakimiyyətində təmsil olunanların 1993-cü ilin iyununda vəzifələrini tərk edib gizlənmələri onların heç də ilk qaçışı deyildi. 1990-cı ilin yanvar ayında əliyalın insanları sərxoş və beyinləri dumanlı sovet ordusu əsgərlərinə müqavimət göstərmək üçün küçələrə dəvət edənlər dəhşətli qırğın zamanı hərəsi bir yana qaçıb gizləndilər. O cümlədən o zaman hələ Əbülfəz Əliyev olan Elçibəy də qaçıb 6 ay üzə çıxmadı.

Lakin 20 yanvar tarixinin dəyanət, ləyaqət və cəsarət nümunəsi də var. Bakıya qoşun yeridib dinc əhaliyə divan tutan M.Qorbaçovun siyasi təqibə məruz qoyduğu Ümummilli Lider Heydər Əliyev onun həyatına birbaşa təhlükə olmasına baxmayaraq, imperiyanın paytaxtı Moskvada mətbuat konfransı keçirərək, azərbaycanlılara qarşı törədilən qanlı cinayəti qətiyyətlə pislədi, onu təşkil edən SSRİ rəhbərliyini ittiham etdi. O zaman, İlham Əliyev də həmin mətbuat konfransında iştirak etməklə həyatını real təhlükə altına qoymuşdu.”deyə, Baş nazirin müavini bildirib.

Əli Əhmədov qeyd edib ki, beləliklə, xalqın taleyinin ən həssas anlarında iki davranış nümunəsi tarixə həkk olunub: bir tərəfdə Heydər Əliyevin və onun oğlu İlham Əliyevin Bakı qırğınını törədən Sovet imperiyasının paytaxtında açıq mətbuat konfransı təşkil edərək M.Qorbaçovu azərbaycanlılara qarşı qətliam törətməkdə ittiham etməsi, digər tərəfdə isə Bakıda özünü ölkənin gələcək lideri kimi görənlərin canlarını qurtarmaq üçün biabırcasına qaçıb gizlənməsi: “Nə qədər fərqli insanlar, nə qədər fərqli xarakterlər. Heç də təsadüfi deyil ki, AXC-Müsavat hakimiyyətinin ölkəni ağır böhrana salan, məğlub vəziyyətə gətirən rəhbərləri 1993-cü ilin iyun ayında yenidən qaçıb gizlənməyə üstünlük verdilər, Heydər Əliyev isə onların mirasını aradan qaldırmalı, erməni təcavüzünün ölkənin dərinliklərinə irəliləməsinin, separatizmin və digər təhlükəli meyillərin qarşısını almalı oldu. Və nəhayət, AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını 1990-cı ilin yanvarında qaçıb gizlənənlərdən fərqli olaraq, Sovet imperiyasının mərkəzində əli qana batmış Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi.

Paradoks bundan ibarətdir ki, 1992-1993-cü illərdə birinci Qarabağ müharibəsini uduzan AXC-Müsavat hakimiyyətinin “milli şurada” təmsil olunan nümayəndələri II Qarabağ müharibəsində xalqımızın şanlı qələbəsinin tarixi əhəmiyyətinin üzərinə kölgə salmağa çalışır, nəticələri təftiş edir və bu hərəkətləri ilə anti-Azərbaycan qüvvələrlə bir mövqedə dayanırlar. Xalqımızın və dövlətimizin düşmənləri ilə eyni mövqedə olan, eyni dərəcədə anti-Azərbaycan təbliğatı aparanlar özlərini nə qədər “milli şura” adlandırsalar da, milli xəyanət yoluna yuvarlandıqlarından yaxalarını kənara çəkə bilməyəcəklər.”

“Vətən müharibəsi tarixi qələbəmizlə başa çatıb. Düşmən məğlub olub. 30 il işğal altında olan Qarabağ azad edilib. Bütün dünya Prezident, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm zəfərini qəbul edir, Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşır. Əli Kərimli-Cəmil Həsənli cütlüyü isə bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur və ilham mənbəyinə şübhə yaratmağa çalışır. Buna milli xəyanətdən başqa ad vermək mümkün deyil. Təəssüf ki, milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir.” deyə, YAP Sədrinin müavini bildirib.

 
  • Oxunub:  5100  |  
  • Tarix:  18-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

25 Fevral 22:34
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb
25 Fevral 22:00
Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsi xüsusi narahatlıq yaradır
25 Fevral 21:58
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını tələb edib
25 Fevral 21:48
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
25 Fevral 21:36
Xarici jurnalistlər Xocalı soyqırımı dəhşətlərini şahidlərin dilindən dinləyiblər
25 Fevral 20:34
ABŞ-ın Minneapolis şəhərində üzərində “Xocalıya ədalət!” şüarı yazılan lövhə quraşdırılıb
25 Fevral 20:32
Almaniya portalında “Xocalı: Azərbaycanlılara qarşı erməni soyqırımı” adlı məqalə dərc olunub
25 Fevral 20:11
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib
25 Fevral 19:35
Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
25 Fevral 19:20
Dövlət İdarəçilik Akademiyasında onlayn təlim: Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması
25 Fevral 19:02
Ədəbiyyat Muzeyində “Xocalının sağalmayan yarası” adlı elmi sessiya keçirilib
25 Fevral 19:02
Niderlandda “Azərbaycan yeni yaranmaqda olan Avrasiya biznes qovşağı kimi” mövzusunda vebinar keçirilib
25 Fevral 19:00
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə
25 Fevral 18:57
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
25 Fevral 18:51
Energetika Nazirliyində ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub
25 Fevral 18:48
COVID-19-dan sağalan uşaqların səhhətində problemlər qala bilərmi?
25 Fevral 18:13
Azərbaycan və Litva parlament dostluq qruplarının onlayn görüşü olub
25 Fevral 18:12
Konstitusiya Məhkəməsinin sədri onlayn formatda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
25 Fevral 18:10
“Dostluq” yatağı üzrə hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması üçün İşçi Qrup yaradılıb – Sərəncam
25 Fevral 18:05
İstanbulda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan fotosərginin açılışı olub
25 Fevral 18:05
Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya olunmalıdır
25 Fevral 17:44
Prezident İlham Əliyev: Biz bütün işlərə nəzarət edirik və ordumuzu bundan sonra da gücləndirəcəyik
25 Fevral 17:44
YAP Gəncə şəhər təşkilatında “Xocalı soyqırımını unutma! ”adlı tədbir keçirilib
25 Fevral 17:35
YAP Xətai rayon təşkilatının 2020-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
25 Fevral 17:33
YAP Ağdaş və Qəbələ rayon təşkilatlarının gəncləri “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda birgə tədbir keçiriblər
25 Fevral 17:32
Xarici jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olub
25 Fevral 17:26
Azərbaycanda koronavirusdan 142 nəfər sağalıb, 126 yeni yoluxma faktı qeydə alınıb
25 Fevral 17:25
Gürcüstanda şəhərlərarası sərnişindaşıma bərpa edilib
25 Fevral 17:23
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
25 Fevral 17:22
“ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
25 Fevral 17:20
Prezident: Müharibədən sonra Azərbaycanda inkişaf gedir, Ermənistanda isə böhran hökm sürür, bir-birilərini didirlər
25 Fevral 17:16
Hikmət Babaoğlu: Media sahəsində aparılan islahatlar çoxşaxəli xarakter daşıyır
25 Fevral 17:11
Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində beynəlxalq konfrans keçirilib
25 Fevral 17:09
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
25 Fevral 17:06
Prezident: Bu, tarixi hadisədir, Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb
25 Fevral 17:05
Pakistanın Sərhəd İşləri Təşkilatı Azərbaycanın infrastruktur layihələrinin icrasında maraqlıdır
25 Fevral 17:04
“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsinə dair Anlaşma Memorandumu təsdiqlənib
25 Fevral 16:59
Prezident İlham Əliyev: Biz İkinci Qarabağ müharibəsində istədiyimizə az itkilərlə nail olduq
25 Fevral 16:58
Rumıniyada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
25 Fevral 16:53
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir
25 Fevral 16:51
Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir
25 Fevral 16:47
Avropa Şurası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman təsisatının həyata keçirdiyi layihələr müzakirə olunub
25 Fevral 16:17
Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib
25 Fevral 16:17
Səudiyyə Ərəbistanı və Azərbaycan arasında parlamentlərarası əlaqələrin perspektivləri müzakirə edilib
25 Fevral 16:09
DİA-da videokonfrans: Xocalı soyqırımı - ermənilərin beynəlxalq cinayətlərinin tərkib hissəsi kimi
25 Fevral 16:07
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 16:03
Ermənistan ordusunda rüşvətxorluq halları baş alıb gedir
25 Fevral 16:01
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Macarıstan hökumətinə bəyanat ünvanlanıb
25 Fevral 16:00
Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
25 Fevral 15:57
Etna vulkanının püskürməsi kosmosdan qeydə alınıb
25 Fevral 15:29
İtaliya qəzeti: “Xocalı: Azərbaycan xalqının ürəyində açıq yara”
25 Fevral 15:28
Özbəkistanda Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
25 Fevral 15:25
Sergey Markov: Xocalı qırğını açıq-aydın siyasi məqsədlə törədilmişdi
25 Fevral 15:18
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
25 Fevral 15:12
Xocalıda baş verənlər nə üçün soyqırımıdır?
25 Fevral 15:08
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə ediblər
25 Fevral 14:51
Azərbaycanın xarici işlər naziri Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
25 Fevral 14:50
Beynəlxalq konfransda Xocalı soyqırımı yad edilib
25 Fevral 14:48
Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq
25 Fevral 14:45
Afrikanın 20-dən çox televiziya və radio kanalı “Azerspace-2” peykinin resurslarından istifadə edəcək
25 Fevral 14:44
Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı çıxışı gözlənilir
25 Fevral 14:40
Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi və sərgi keçirilib
25 Fevral 14:25
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Xocalı nişanəsi” adlı qısametrajlı film təqdim edilib
25 Fevral 14:17
İsveçrədəki soydaşlarımız cenevrəli deputatları sülhə səs verməyə çağırıblar
25 Fevral 14:10
Multikulturalizm Mərkəzi Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib
25 Fevral 13:42
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb
25 Fevral 13:38
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib
25 Fevral 13:34
Ermənistan hərbçiləri Paşinyanın istefasını tələb ediblər
25 Fevral 13:33
XİN: Lüksemburqun xarici işlər nazirinin Azərbaycanı ittiham etməsi onun bölgədəki vəziyyətdən xəbərsiz nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir
25 Fevral 13:29
ÜST-nin Azərbaycan nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA