Yanvarın 18-dən “Avro-2020" Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, ZOOM platforması üzərindən təkbətək olaraq keçiriləcək müsahibə mərhələsini uğurla tamamlayan könüllülər "Avro-2020" Bakı Könüllülər komandasına qoşulacaqlar.
Qeyd edək ki, müsahibə mərhələsində iştirak ilə əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.
- Oxunub: 2400 |
- Tarix: 18-01-2021 |
-
Çap et |