Yanvarın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və Ədalət və İnkişaf Partiyasının Kayseri Rayon Gənclər Qolu arasında "Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı beynəlxalq tədbir keçirilib.
Azərbaycan və Türkiyə münasibətləri regional əməkdaşlığa, təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa töhfə verəcək beynəlxalq əhəmiyyətli əlaqələrdir. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi mütəmadi şəkildə Türkiyənin iqtidar partiyası olan AK Partiyanın regional təşkilatlarının gəncləri ilə əlaqələr yaradır, bir sıra görüşlər keçirir. 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə regionda davamlı sülh yaratmaq üçün öz töhfələrini verdi və bu istiqamətdə işlər davam etdirilir. Bu tədbirin məqsədi Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq çərçivəsində hər iki ölkənin iqtidar partiyalarını təmsil edən gənclər arasında fikir mübadiləsi aparmaq üçün bağlantı yaratmaqdır.
İclasda YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Gənclər Birliyinin İdarə Heyətinin üzvləri və AK Partiyanın Kayseri Rayon Gənclər Qolunun başqanı Furkan Şimşək, Gənclər Qolunun İdarə Heyətinin üzvləri iştirak ediblər.
- Oxunub: 3180 |
- Tarix: 16-01-2021 |
-
Çap et |