Ana səhifə »  Xəbər lenti »  Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
A+   Yenilə  A-
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj

Ulu öndər Heydər Əliyev 1982-ci il yanvarın 14-də böyük şair və ictimai xadim Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılışını etmişdi. Həmin tədbirdə iştirak etmiş 21 yaşlı İlham Əliyev heç vaxt fikirləşməzdi ki, Azərbaycanın qeyrət qalası olan Şuşa 10 ildən sonra işğal ediləcək və məhz o, bu işğala son qoyaraq 39 ildən sonra, eyni gündə bu müqəddəs şəhərə Müzəffər Ali Baş Komandan kimi geri qayıdacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib.

Azay Quliyev deyib: “Bəli, bu tarixi və şərəfli missiya məhz Prezident İlham Əliyevin taleyinə yazılmışdı. Azərbaycan xalqının tapdanmış qürurunu və heysiyyətini bərpa etməyi, dahi şəxsiyyətlərimiz Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün erməni vəhşiləri tərəfindən güllələnmiş büstünü doğma vətənlərinə qaytarmağı, qan yaddaşımızda daşlaşmış Cıdır düzündə öz qəhrəman əsgərlərini salamlamağı yalnız Ali Baş Komandan kimi cənab İlham Əliyev bacardı.

Qarabağ torpaqlarını, Şuşanı Heydər Əliyevin dövlətçilik məfkurəsinin və İlham Əliyev idarəçiliyinin yetirməsi olan gənclər böyük qəhrəmanlıq və şücaət göstərərək azad etdilər. Ali Baş Komandanın qətiyyətli iradəsi və “dəmir yumruğu” ilə əsgər və zabitlərimizin igidliyi, Vətən sevgisi və düşmənə olan nifrəti birləşərək dünyanın hərbi ekspertlərini heyrətləndirən Şuşanın azad olunma əməliyyatını uğurla başa çatdırmağa nail oldular.

Azərbaycan Prezidentinin Şuşa səfəri həm də böyük qayıdışın Şuşadan başlayacağının yeni anonsu idi. Ali Baş Komandanın revanşizm xülyalarında olan düşmənə məhz Şuşadan mesaj verməsi, onlara dəmir yumruğunu bir daha xatırlatması həm də rəmzi məna daşıyır. Çünki “Şuşaya sahib olan bütün Qarabağa nəzarət edir” gerçəkliyini hamı, o cümlədən ermənilər də yaxşı başa düşürlər.

Səfərdə diqqəti cəlb edən məqamlardan biri də Prezidentin, Mehriban xanımın və Leyla xanımın Şuşada olan müqəddəs yerləri, məscidləri ziyarət etmələri, eyni zamanda xristian dini məbədinə baş çəkmələridir. Bununla mesaj verildi ki, Şuşadakı Aşağı və Yuxarı Gövhər ağa məscidləri və Qarabağda olan Qafqaz Albaniyası mədəniyyətinin nümunələri, o cümlədən Qazançı məbədi bundan sonra Azərbaycan dövləti tərəfindən qorunacaq. Heydər Əliyev Fondu indiyədək yüzlərlə tarixi və dini abidənin bərpası, qorunması və dünyaya tanıdılması istiqamətində çoxlu işlər görüb. Eyni xoş tale Qarabağda olan xristian dini məbədlərini də gözləyir. Bu, həm də xristian dini altında pərdələnərək öz çirkin niyyətlərini həyata keçirmək istəyən, işğala dini münaqişə donu geyindirərək ona haqq qazandırmağa çalışan ermənilərə və onların havadarlarına Azərbaycanın tutarlı cavabı, ölkəmizin multikultural dəyərlərə nə qədər önəm verdiyinin, bütün dinlərə və millətlərə bərabər şəkildə hörmət olunduğunun bir daha nümayişi idi.

Eyni zamanda, dövlət başçısı tərəfindən Ermənistanın bir ölkənin şirkətinin iştirakı ilə təmir-bərpa işləri adı altında Şuşadakı Yuxarı Gövhər ağa məscidinin tarixinin saxtalaşdırmasının, “Azərbaycan izi”nin silinməsinə cəhd edilməsinin, İslam abidələrini təhqir etdikdən sonra müsəlman ölkələri ilə riyakarcasına dostluq əlaqələri qurmasının sərt tənqid olunması həmin ölkələrə həm etiraz, həm də xəbərdarlıq idi. Əminik ki, Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesajlar ünvanına çatıb”.

 
  • Oxunub:  4980  |  
  • Tarix:  16-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

27 Fevral 19:14
XİN: Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə qanunsuz şəkildə göndərilməsi birgə Bəyanatın kobud şəkildə pozulmasıdır
27 Fevral 19:05
Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib
27 Fevral 18:56
“France 24” kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb
27 Fevral 18:33
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir
27 Fevral 18:27
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir
27 Fevral 18:08
Jan-Mişel Brən: Fransa mətbuatı Xocalı faciəsinə biganə qalmamalıdır
27 Fevral 18:06
Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
27 Fevral 17:45
Azərbaycanda koronavirusdan 172 nəfər sağalıb, 278 yeni yoluxma faktı qeydə alınıb
27 Fevral 17:42
“Kənddən şəhərə” həftəsonu yarmarkası fəaliyyətə başlayıb
27 Fevral 17:36
Amerikalı konqresmen Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib
27 Fevral 17:17
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi beynəlxalq onlayn konfrans keçirib
27 Fevral 17:14
İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq
27 Fevral 17:07
“Azərlotereya” ASC-nin Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb
27 Fevral 17:02
Goranboyda Xocalı soyqırımı qurbanları yad edilib
27 Fevral 16:58
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər
27 Fevral 16:57
Prezident İlham Əliyev mətbuat konfransında mühüm mesajlar verdi
27 Fevral 16:55
“Israel Hayom” qəzeti: Azərbaycanlılar Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı qırğını heç vaxt unutmayacaq
27 Fevral 15:37
Azərbaycan Prezidenti mətbuat konfransında ölkəmizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətləri göstərdi
27 Fevral 15:20
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
27 Fevral 15:00
Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır
27 Fevral 14:57
Maisə Heybətova: Vaksinasiya edilənlərin sayının artması COVID-19 infeksiyasının qarşısını alacaq
27 Fevral 14:53
Arzuxan Əlizadə: Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir
27 Fevral 14:47
Torpaqlarımızın işğal olunması AXC-“Müsavat” cütlüyünün xəyanətinin nəticəsi idi
27 Fevral 14:36
Fuad Əliyev: Ermənistan beynəlxalq qanunvericiliyi və konvensiyaları pozduğuna görə mütləq cavab verməlidir
27 Fevral 14:31
Qulamhüseyn Əlibəyli: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir
27 Fevral 14:23
Rufiz Qonaqov: Ölkəmizdə postmüharibə dövründə siyasi dialoqun daha da gücləndirilməsi mühüm əhəmiyyətə malikdir
27 Fevral 13:58
Ukrayna gəncləri “Xocalıya ədalət!” aksiyası keçiriblər
27 Fevral 13:55
Nazirlər Kabineti “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə 10 alt işçi qrupu yaradıb
27 Fevral 13:49
Bakı metrosundakı müasir tipli vaqonların sayı 75-ə çatıb
27 Fevral 13:44
Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib
27 Fevral 13:04
İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq
27 Fevral 12:15
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçirilib
27 Fevral 11:59
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılışı olub
27 Fevral 11:42
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edilib
27 Fevral 11:40
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj yayıb
27 Fevral 11:39
Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir
27 Fevral 11:11
Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndinin videogörüntülərini yayıb - VİDEO
27 Fevral 10:58
Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olanlar mənzil və fərdi evlə təmin olunacaq
27 Fevral 10:49
Xocalıdan olan rabitəçilərlə görüş keçirilib
27 Fevral 09:33
ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib
27 Fevral 09:30
ABŞ-ın ştatlarında Xocalı qətliamına həsr olunmuş tədbirlər davam edir
27 Fevral 09:27
Təhsil naziri: Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi vacibdir
26 Fevral 22:14
Qərbi Azərbaycan İcması Ankara Təmsilçiliyi Xocalı şəhidlərini anıb
26 Fevral 21:38
Prezident İlham Əliyev: Türkiyə özü müəyyən edəcək ki, Ermənistanla sərhədlər nə zaman açıla bilər
26 Fevral 20:30
Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz
26 Fevral 20:26
NATO-nun mənzil-qərargahında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26 Fevral 20:23
Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26 Fevral 20:19
Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb
26 Fevral 19:32
Prezident İlham Əliyev: Maksimum qısa müddət ərzində mərhələli şəkildə biz insanlarımızı o bölgələrə qaytaracağıq
26 Fevral 19:31
İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib
26 Fevral 19:29
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb
26 Fevral 19:26
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 19:21
Parlament Jurnalistləri Birliyi açıqlama YAYDI
26 Fevral 19:15
Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib
26 Fevral 19:08
BDU-da beynəlxalq tədbir: Xocalı faciəsi - insanlığa qarşı törədilmiş bəşəri cinayət
26 Fevral 18:59
Azərbaycan Texniki Universitetində yeni təşkilat və xidmət yaradılıb
26 Fevral 18:56
Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
26 Fevral 18:43
Texniki Universitetdə videokonfrans: Xocalı-türkün yurdu, türkün qüruru
26 Fevral 18:15
Xocalı faciəsi - qan yaddaşımız
26 Fevral 18:12
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.khojalytoday.com akademik resurs bazasının təqdimatı olub
26 Fevral 18:08
Xocalı soyqırımı Azərbaycan tarixində ən qanlı faciələrdən biridir
26 Fevral 17:38
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
26 Fevral 17:34
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir
26 Fevral 17:06
İqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün Azərbaycanda Milli Uyğunlaşma Planının hazırlanması prosesinə başlanılır
26 Fevral 17:03
İtaliyada Xocalı soyqırımının ildönümü ilə əlaqədar videoformatda tədbir keçirilib
26 Fevral 17:01
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir, insanları bilərəkdən ölümə məhkum etməkdir
26 Fevral 16:57
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 16:55
Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi uzun illər ərazində aparılan ardıcıl, məqsədyönlü siyasətin məntiqi nəticəsidir
26 Fevral 16:36
Prezident: Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq, bu məsələdə hər hansı spekulyasiya yersizdir
26 Fevral 16:30
Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA