Yanvarın 25-i saat 00:00-dan başlayaraq ölkə ərazisində bir sıra iş və xidmətlərin fəaliyyətinə icazə veriləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə,
ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) bərpa olunacaq. Həmin tarixdən bərbərxanalar, gözəllik salonları fəaliyyət göstərməyə başlayacaq, muzeylər və sərgi zalları açılacaq. Həmçinin şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yanvarın 18-dən yumşaldılması qərara alınıb.
- Oxunub: 3150 |
- Tarix: 16-01-2021 |
-
Çap et |