Azərbaycanın Gürcüstandakı səfirliyi daha 250-yə yaxın vətəndaşın ölkəmizə təxliyəsini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, təxliyə olunan vətəndaşlar koronovirusla əlaqədar test olunublar.
Test nəticələri neqativ olan vətəndaşlar Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşıblar.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı təxliyə olunanlara COVID-19 arayışı təqdim edəndən sonra onlar növbəli şəkildə sərhəd-keçid məntəqəsini keçiblər.
Həmin şəxslərin Azərbaycanda xüsusi karantin rejimində yaşadıqları yerə çatmaq üçün bir günlük sərbəst hərəkət icazələri olacaq.
Qeyd edək ki, Gürcüstandan Azərbaycan vətəndaşlarının son təxliyəsi ötən il sentyabrın 21-də baş tutub.
Azərbaycan səfirliyi pandemiya dövründə Gürcüstandan və bu ölkənin ərazisi vasitəsilə 2 mindən çox azərbaycanlının Vətənə qayıtmasını təmin edib.
- Oxunub: 2310 |
- Tarix: 15-01-2021 |
-
Çap et |