Ana səhifə »  Xəbər lenti »  Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
A+   Yenilə  A-
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır

“Yola saldığımız 2020- ci il xalqımızın, eləcə də dünya azərbaycanlılarının yaddaşında əbədi qalacaq. Məhz bu ildə həm acılı, həm də sevincli günlər yaşadıq. Ötən ilin ilk günlərindən dünyanın başı üzərini almış koronavirus kabusu ölkəmizdən də yan keçmədi. Ancaq dövlət başçımızın düşünülmüş tədbirləri Azərbaycanı bu bəladan daha az zərər çəkən dövlətlər sırasına qoş­du. Üstəlik, dövlət başçımızın təşəbbüsü ilə pandemiyadan daha çox əziyyət çəkən dünyanın 30 - dan çox ölkəsinə humanitar yardım göstərildi. Əlavə olaraq, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində ianə edildi. İlin sonunda isə ölkəmiz 30 ilə yaxın müddətdə davam edən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə öz gücü ilə cəmi 44 gün ərzində son qoydu.Bütün bunlar barəsində 2020-ci ilin yekunlarına həsr olun­muş videomüşavirədə Prezident İlham Əliyev ətraflı məlumat verdi”. Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.

Ağalar Vəliyev bildirib ki, dövlətimizin başçısı koronavirusun bütün dünya üçün çox böyük sınaq olduğunu və Azərbaycanın bu sınaq­dan şərəflə çıxdığını diqqətə çatdırdı. Ölkə başçısı qeyd etdi ki, vəziyyət tam nəzarətdədir. Pandemiyanın fəsadlarına bax­mayaraq, ölkəmiz bir sıra sahələrdə uğurlar da qazanıb. Dövlətimizin başçısı çıxışında bunları da diqqətə çatdırdı. Vurğuladı ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Cənab Prezident həmçinin kənd təsərrüfatının 2 faiz artdığını və bundan sonra daha da çox artaca­ğını bildirdi. Çünki hazırda azad edilmiş torpaqlarda payızlıq əkini aparılır. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb. Neft Fondunun vəsaiti azalmayıb, artıb. Deməli, öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bax­mayaraq ki, koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər -- müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb.

Millət vəkilinin sözləriə görə, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqi artırılıb. Yeni reytinqə görə, 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bundan əlavə, Azərbaycan 10 ən isla­hatçı ölkə sırasına daxil edilmişdir. Ölkə Prezidenti Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini də diqqətə çatdırdı. He­sabatda qeyd edilir ki, əhalinin elektrik təchizatı səviyyəsinə görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında be­şinci, hökumətin uzunmüddətli stra­tegiyasına görə 10-cu, siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı – dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyinə görə – 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdəyik.

Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Dövlətimizin başçısı bildirdi ki, bu göstəricilər dünyanın aparıcı və ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli fo­rumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir.

“Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Ermənistan silahlı qüvvələrini darmadağın etməsi və 30 illik münaqişəyə son qoyması dünyada böyük əks-səda doğurub. 30 il ərzində dünyanın ən nüfuzlu təşkilatlarının həll edə bilmədikləri münaqişəni möhtərəm Prezidentimiz 44 gün ərzində həll etdi. Dövlət başçımız 2020-ci ilin yekunla­rına həsr olunmuş videomüşavirədə də bu Qələbənin qazanılmasını xüsusi vurğulayaraq dedi ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunma­sıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq, öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlubiyyətə uğratdı. Üç rayonumuzu bir güllə atma­dan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Bu tarixi Qələbə Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoydu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, aparıcı beynəlxalq təşkilatlar iddia edirdilər ki, münaqişənin hərbi həll yolu yox­dur. Bu, dünyada baş alıb gedən ikili standartların, islamofobiyanın, ayrı - seçkiliyin, siyasi riyakarlığın təzahürü idi. Müharibə dövründə dövlət başçımız dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdi ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq. Əks-təqdirdə, axıra qədər gedəcəyik. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin imzaladıqları üçtərəfli bəyanat bizim qələbəmizi, Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirdi. Məhz Azərbaycanın döyüş meydanındakı böyük Qələbəsi Ermənistan hərbi-siyasi rəhbərliyini təslim olmağa vadar etdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. 30 ilə yaxındır icrasız qalmış BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını Prezident İlham Əliyev təmin etdi. Bu, həm də beynəlxalq hüququn, ədalətin təmin olunması deməkdir. Bu qələbə, həm də ədalətin qələbəsi idi. Azərbaycanın bu tarixi Qələbəsi digər bölgələrdə olan münaqişələrin həlli üçün də açar rolunu oynayacaq. Beynəlxalq hüqu­qa əməl edilmədiyi bir şəraitdə digər dövlətlər də eyni üsuldan istifadə edəcəklər. Bu yolda Azərbaycan onlara nümunə göstərdi. Dövlət başçımızın dediyi kimi, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xal­qımızın əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”,-deyə deputat vurğulayıb.

Ağalar Vəliyev söyləyib ki, yanvarın 11- də Moskvada Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Dağlıq Qarabağla bağlı imza­lanan birgə bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. Vladimir Putinin də qeyd etdiyi kimi, regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusi diqqətə layiqdir. Moskva görüşündə möhtərəm Prezidentimiz İlham Əliyevin məğrur duruşu, alicənablığı, yüksək səviyyəli çıxışları diqqəti cəlb etdi. Azərbaycan Prezidenti qalib dövlət rəhbəri statu­sundan, şəxsi üstünlüyündən istifadə edərək Paşinyanı aşağılamadı, onu çıxılmaz duruma salmadı. Prezident İl­ham Əliyevin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və öz fəaliyyətini məhz bu istiqamətdə qurur.

Millət vəkili qeyd edib ki, Paşinyanın dövlət başçılarının mətbuat üçün bəyanatları zamanı çıxı­şında qaldırdığı məsələlər onu bir daha gülünc vəziyyətinə qoydu: “Çünki onun qaldırdığı məsələlər müzakirə mövzusu deyildi. Rusiya Prezidenti V. Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmamışdı. Həmin məsələlər birgə bəyanatda da əksini tapmadı. Paşinyanın çıxışı, onun ofisinin yaydığı press-reliz daxili audito­riyaya, Ermənistan əhalisinə hesablan­mış iddialardan başqa bir şey deyildi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş abadlıq-quruculuq işlərinə başlanılıb. Beynəlxalq miqyaslı aeroportun, hər cür infrastruktura malik yolların, tikintisi, genişmiqyaslı infrast­ruktura , abadlıq–quruculuq işlərinə başlanılması bir daha təsdiqləyir ki, yaxın illərdə həmin ərazilər yenidən Azərbaycanın dilbər guşəsinə çevriləcəkdir”.

 
  • Oxunub:  3510  |  
  • Tarix:  15-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

01 Mart 13:33
“Asiya-Avropa dəhlizində Azərbaycanın rolu” mövzusunda vebinar təşkil olunub
01 Mart 13:31
Martın ilk günlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
01 Mart 13:30
Qələbə əzmini tarixə yazmış Azərbaycan xalqı...
01 Mart 13:29
İki şahmatçımız FIDE-nin reytinq siyahısında ilk onluqda qərarlaşıb
01 Mart 13:22
Mənəvi normalara əsaslanan siyasət
01 Mart 13:03
İtaliyalı oxuculara Xocalı soyqırımı ilə bağlı məlumat verilib
01 Mart 12:42
“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb
01 Mart 12:38
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
01 Mart 12:31
Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır
01 Mart 12:30
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
01 Mart 12:16
Azərbaycan Prezidenti mətbuat konfransında səsləndirdiyi fikirlərlə insan hüquqlarına prioritet istiqamət kimi yanaşdığını bütün dünyaya göstərdi
01 Mart 12:13
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
01 Mart 12:09
Türkiyə səfirliyinin əməkdaşı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub
01 Mart 12:02
Tarix yazmış Azərbaycan xalqı
01 Mart 11:42
Orxan Məmmədov: Bu il ölkə üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi planlaşdırılır
01 Mart 11:40
Baş infeksionist immun sistemini gücləndirməyə kömək edəcək tövsiyələri açıqlayıb
01 Mart 11:33
Yaxın günlərdə Yevlaxda KOB evi açılacaq
01 Mart 11:30
DİN avtomobillərini tekniki baxışdan keçirməyən sürücülərə müraciət edib
01 Mart 11:26
“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib
01 Mart 11:25
Ötən il KOBİA-ya 3187 vətəndaş müraciəti daxil olub
01 Mart 11:23
Gürcüstanlı jurnalist: İlk dəfədir yox edilmiş şəhərlər görürəm, bu, barbarlıqdır
01 Mart 11:22
Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir
01 Mart 11:18
Müdafiə Nazirliyi Ağdam rayonunun Güllücə kəndinin videogörüntülərini yayıb - VİDEO
01 Mart 11:11
2021-2025-ci illərdə bütün şəhid ailələri və müharibə əlilləri evlə təmin ediləcək
01 Mart 11:08
Sevda Abdullayeva: Dövlətimiz öz sosial siyasətinin prioritetlərinə sadiqdir
01 Mart 10:12
Azərbaycanda şəhid ailələrinə və qazilərə yüksək qayğı göstərilir
28 Fevral 17:05
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb
28 Fevral 16:28
Türkiyə mediası: Prezident İlham Əliyev dörd saatdan artıq zamanda jurnalistlərin əllidən çox sualını cavablandırıb
28 Fevral 16:15
Azərbaycanda koronavirusdan 117 nəfər sağalıb, 270 yeni yoluxma faktı qeydə alınıb
28 Fevral 16:09
XİN: Ermənistanın aqressiv ritorikası rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir
28 Fevral 15:35
Respublikanın 7 şəhər və rayonunda magistraturaya qəbul imtahanı aparılıb
28 Fevral 14:50
Abram İxiilov: Dünya Azərbaycan və yəhudi xalqının dostluğunu anlamaq istəyirsə Qırmızı qəsəbəyə baş çəksin
28 Fevral 14:38
Deputat: Azərbaycan Prezidenti mətbuat konfransı ilə informasiya cəbhəsindəki mövqeyimizi daha da möhkəmləndirdi
28 Fevral 13:51
XİN: Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi
28 Fevral 13:50
“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur
28 Fevral 13:49
Gürcü jurnalistlər işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliyini lentə alırlar
28 Fevral 13:47
Müdafiə Nazirliyi Ağdam rayonunun Eyvazxanbəyli kəndinin videogörüntülərini yayıb - VİDEO
28 Fevral 12:48
Azərbaycanda 273 mindən çox vətəndaşa koronavirus əleyhinə peyvənd vurulub
28 Fevral 12:07
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhə quraşdırılıb və aksiya keçirilib
28 Fevral 12:05
Dünya ictimaiyyəti Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunun bir daha şahidi oldu
28 Fevral 10:53
Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb
28 Fevral 10:38
Professor Necdet Ünüvar: Xocalı soyqırımı məqsədli şəkildə insanlıq əleyhinə törədilən cinayətdir
28 Fevral 10:36
Litva Seyminin rəsmi saytı Azərbaycan və Litva parlamentlərarası dostluq qruplarının görüşündən yazıb
28 Fevral 10:34
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib
27 Fevral 19:14
XİN: Ermənistan hərbçilərinin Azərbaycan ərazilərinə qanunsuz şəkildə göndərilməsi birgə Bəyanatın kobud şəkildə pozulmasıdır
27 Fevral 19:05
Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib
27 Fevral 18:56
“France 24” kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb
27 Fevral 18:33
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir
27 Fevral 18:27
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir
27 Fevral 18:08
Jan-Mişel Brən: Fransa mətbuatı Xocalı faciəsinə biganə qalmamalıdır
27 Fevral 18:06
Qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
27 Fevral 17:45
Azərbaycanda koronavirusdan 172 nəfər sağalıb, 278 yeni yoluxma faktı qeydə alınıb
27 Fevral 17:42
“Kənddən şəhərə” həftəsonu yarmarkası fəaliyyətə başlayıb
27 Fevral 17:36
Amerikalı konqresmen Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib
27 Fevral 17:17
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi beynəlxalq onlayn konfrans keçirib
27 Fevral 17:14
İşğaldan azad edilən ərazilərdə əlvan metal ehtiyatlarının potensialı dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq
27 Fevral 17:07
“Azərlotereya” ASC-nin Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsinə dair müqavilə imzalanıb
27 Fevral 17:02
Goranboyda Xocalı soyqırımı qurbanları yad edilib
27 Fevral 16:58
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər
27 Fevral 16:57
Prezident İlham Əliyev mətbuat konfransında mühüm mesajlar verdi
27 Fevral 16:55
“Israel Hayom” qəzeti: Azərbaycanlılar Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı qırğını heç vaxt unutmayacaq
27 Fevral 15:37
Azərbaycan Prezidenti mətbuat konfransında ölkəmizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətləri göstərdi
27 Fevral 15:20
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
27 Fevral 15:00
Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır
27 Fevral 14:57
Maisə Heybətova: Vaksinasiya edilənlərin sayının artması COVID-19 infeksiyasının qarşısını alacaq
27 Fevral 14:53
Arzuxan Əlizadə: Minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir
27 Fevral 14:47
Torpaqlarımızın işğal olunması AXC-“Müsavat” cütlüyünün xəyanətinin nəticəsi idi
27 Fevral 14:36
Fuad Əliyev: Ermənistan beynəlxalq qanunvericiliyi və konvensiyaları pozduğuna görə mütləq cavab verməlidir
27 Fevral 14:31
Qulamhüseyn Əlibəyli: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir
27 Fevral 14:23
Rufiz Qonaqov: Ölkəmizdə postmüharibə dövründə siyasi dialoqun daha da gücləndirilməsi mühüm əhəmiyyətə malikdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6