Elektron hesablama texnologiyası sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Microsoft”un 2021-ci ildə hansı yeniliklərə imza atacağı maraq doğururdu. “Lenta.ru” kompüter istifadəçilərinin bu marağına da son qoyub. Belə ki, saytın “Windows Latest” nəşrinə istindən verdiyi məlumata görə, bu ilin yayında şirkət “Windows 10” əməliyyat sisteminin dizaynında dəyişiklik edəcək.
Müəlliflər qeyd edirlər ki, “21H1” adlanan yeni dizayn “Başla” menyusu, “İdarəetmə paneli”, “Tapşırıq paneli”, “Axtarış” və s.-nin yenilənməsini nəzərdə tutur. Onların sözlərinə görə, artıq qeyd olunan yeniliklərdən bəziləri “Windows 10”un müxtəlif versiyalarına əlavə edilib.
“Windows 10”da aparılacaq yeni dizaynla yanaşı, “Microsoft” şirkəti 2021-ci ildə “Windows 10X” əməliyyat sistemini də buraxmaq niyyətindədir. Həmin əməliyyat sistemi iki ekranı olan kompüterlər üçün nəzərdə tutulub.
- Oxunub: 1500 |
- Tarix: 14-01-2021 |
-
Çap et |