Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov və bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasileva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olublar.
AZƏRTAC xəbər verir ki, Akademiyanın nəzdində fəaliyyət göstərən Multimedia mərkəzi ilə tanış olan qonaqlara burada yaradılan şərait barədə ətraflı məlumat verilib.
Akademiyanın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov bildiriblər ki, mərkəzdə ən son avadanlıqla təchiz edilən radio sistemi, o cümlədən TV layihələrin hazırlanması üçün studiyalar yaradılıb. Həmin studiyalar bütün zəruri texniki avadanlıqla təchiz edilib.
Qonaqlar akademiyanın telekanalına müsahibə verərək multimedia mərkəzinin işini yüksək qiymətləndirib, buranı nümunəvi mərkəz adlandırıblar.
- Oxunub: 1230 |
- Tarix: 14-01-2021 |
-
Çap et |