Ana səhifə »  Xəbər lenti »  Baş Prokurorluq: KİVDF-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib
A+   Yenilə  A-
Baş Prokurorluq: KİVDF-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq demokratik cəmiyyətin əsas atributlarından olan kütləvi informasiya vasitələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, bu mühüm sahə üzrə dövlətin dəstək siyasətinə qanunsuz əməlləri ilə kölgə salan vəzifəli şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkarlanmış qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla KİVDF-nin sərəncamında olan əmlakın həmin qurumun icraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən olunub.

Belə ki, aparılmış istintaqla müəyyənləşdirilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürmüş, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib, həmin cinayət əməllərinin aşkar edilməsinin qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiqləməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib. Eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4-cü (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə həmin korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 
  • Oxunub:  1350  |  
  • Tarix:  14-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

18 Yanvar 20:57
Deputat: Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olduğunu sübut etdi
18 Yanvar 20:45
Fərhad Dəjpəsənd: İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına kömək göstərməyə hazırdır
18 Yanvar 20:42
Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
18 Yanvar 20:37
Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edib
18 Yanvar 20:34
Torpağa və dövlətə sədaqət prinsipi ümummilli lider Heydər Əliyevin gənclərimizə ən ali mirasıdır
18 Yanvar 20:32
Türk Şurasının Baş katibi: Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir
18 Yanvar 19:02
Türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılmasına dair müzakirələr aparılıb
18 Yanvar 18:56
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Yanvar 18:43
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
18 Yanvar 18:36
Azərbaycanda koronavirus infeksiyasından 503 nəfər sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb
18 Yanvar 18:30
YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
18 Yanvar 18:19
Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək
18 Yanvar 18:15
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
18 Yanvar 17:54
Mikayıl Cabbarov: Sənaye parklarında 50 rezident qeydiyyata alınıb
18 Yanvar 17:52
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
18 Yanvar 17:51
Nazir: 2020-ci ildə Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub
18 Yanvar 17:47
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
18 Yanvar 17:46
Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub
18 Yanvar 17:30
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək
18 Yanvar 17:26
Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə hərəkət qrafiki açıqlanıb
18 Yanvar 17:25
Ermitaj muzeyinə qarşı iddia...
18 Yanvar 17:08
20 Yanvar şəhidlərinin əziz xatirəsi İğdırda anılıb
18 Yanvar 17:05
Deputat: Prezidentin Şuşaya səfəri düşmən üzərində Zəfərimizin əyani sübutudur
18 Yanvar 17:02
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur
18 Yanvar 16:58
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 16:48
Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18 Yanvar 16:45
Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya bir daha göstərdi
18 Yanvar 16:44
ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
18 Yanvar 16:43
Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
18 Yanvar 16:41
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
18 Yanvar 16:34
Cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib
18 Yanvar 16:29
Prezident İlham Əliyev: Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək
18 Yanvar 16:24
Prezident: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
18 Yanvar 16:19
Sergey Lavrov Dağlıq Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ideyasını “ekzotik təklif” adlandırıb
18 Yanvar 16:14
Şuşaya möhtəşəm səfər
18 Yanvar 16:12
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 16:05
Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”
18 Yanvar 16:03
Bakı Limanından aşırılan TIR və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub
18 Yanvar 15:58
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
18 Yanvar 15:57
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
18 Yanvar 15:52
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
18 Yanvar 15:34
Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb
18 Yanvar 15:31
Baş həkim Kubra Cabbarova: Peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz
18 Yanvar 15:30
Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Yanvar 15:28
Reza Deqati: Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb
18 Yanvar 15:22
Tibb Universitetində 20 Yanvar şəhidləri yad edilib
18 Yanvar 15:19
Bakı Limanında yükaşırmanın həcmi artıb
18 Yanvar 15:18
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
18 Yanvar 15:12
GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb
18 Yanvar 15:10
Azərbaycan təbii qazının ixracı 16 faiz artıb
18 Yanvar 15:01
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır
18 Yanvar 14:59
Avstraliya sərhədləri 2022-ci ilə qədər bağlayacaq
18 Yanvar 13:44
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Sinovac” şirkətinin vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb
18 Yanvar 13:42
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Merdinli kəndinin videogörüntülərini paylaşıb VİDEO
18 Yanvar 13:41
Milli Məclisin deputatı Ağalar Vəliyev: Çox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq
18 Yanvar 13:17
Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək
18 Yanvar 13:08
Şuşa şəhərinədək 101,5 kilometrlik xidməti yol istifadəyə verilib
18 Yanvar 12:52
Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi
18 Yanvar 12:38
Vaksinasiya COVID-19-la mübarizədə mühüm amildir
18 Yanvar 12:10
"Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq
18 Yanvar 11:58
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq
18 Yanvar 11:56
Agentlik sədri: “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”
18 Yanvar 11:54
Oqtay Şirəliyev: “Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşısı "Sinovac" şirkətinin vaksinidir”
18 Yanvar 11:47
Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini
18 Yanvar 11:44
Azərbaycan pandemiya ilə mübarizə tədbirlərinə görə liderlər arasında yer alıb
18 Yanvar 11:42
Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini
18 Yanvar 11:21
Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub
18 Yanvar 11:15
Polietilen torba istehsalçıları ilə əmtəə bazarındakı vəziyyət müzakirə olunub
18 Yanvar 11:11
Azərbaycanda vaksinasiya prosesi başlayıb
18 Yanvar 11:09
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +7