Ana səhifə »  Xəbər lenti »  Eldar İbrahimov: Dövlətimiz hərb meydanında olduğu kimi, diplomatik arenada da üstün mövqedədir
A+   Yenilə  A-
Eldar İbrahimov: Dövlətimiz hərb meydanında olduğu kimi, diplomatik arenada da üstün mövqedədir

“Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri, səfər zamanı keçirilən üçtərəfli görüş, imzalanmış bəyanat ölkəmizin növbəti uğuru və diplomatik qələbəsidir. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Moskva görüşü zamanı imzalanmış üçtərəfli bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli İşçi qrupun, yarımqrupların yaradılması, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir”. Bu fikirləri Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, 10 noyabr üçtərəfli Bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi isə görüşün pozulmasına çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı. Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi. Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının - terrorçularının azad olunması məsələsini qabardırdı. Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi. Bir sözlə, Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada da davam etdirir.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair imzalanmış birgə bəyanatda tərəflər 10 noyabr Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar.

“İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi bəyanatda qeyd etdiyi kimi, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Beləliklə, Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni - humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir. Əgər Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı”, - deyən deputat söyləyib ki, Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir. Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti artacaq.

Vüqar Bayramov: Azərbaycan, Türkiyə və Pakistan arasında iqtisadi əlaqələr daha da güclənəcək

“Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi ölkələr üçün geosiyasi əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda iqtisadi əlaqələrin də genişlənməsinə müsbət təsir edəcək”. Bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 V.Bayramov bildirib ki, bu, ümumi nominal ümumi daxili məhsulu  1 tirlyon dollardan çox olan 3 ölkənin birlikdə olması anlamına gəlir. Digər tərəfdən, 743 milyard dollar ÜDM-lə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-ə malik olan Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdirlər.

Millət vəkili qeyd edib edib ki, üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir: “Hazırda, Azərbaycan ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4.5 milyard dollardır və son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb. Azərbaycanla Pakistan arasındakı illik ticarət dövriyyəsi isə 14.8 milyard dollardır. Ölkələr ticari əməkdaşlığı son iki ildə 80 faizə yaxın genişləndirə biliblər. Göründüyü kimi, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir. Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları da var. Gözlənilir ki, bu ölkələrin şirkətləri bərpa və yenidənqurma mərhələsində yaxından təmsil olunacaqlar”.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  14-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

19 Yanvar 09:21
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
19 Yanvar 09:19
Arif Fərzəliyev: Moskva görüşü Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması baxımından yeni prespektivlər açır
19 Yanvar 09:18
Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir
19 Yanvar 09:16
Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir
19 Yanvar 09:13
Tahir Kərimli: Əldə edilən razılaşmalar Azərbaycanın maraqlarına uyğundur
19 Yanvar 09:11
Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir
19 Yanvar 09:06
Sübut Əsədov: Müharibə zamanı vətəndaşların dağıdılmış evlərinin bərpası dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biridir

19 Yanvar 09:05
Əli Kərimlinin tarixi təhrif etmək cəhdi əbəsdir

19 Yanvar 09:04
Ermənistanda siyasi qarşıdurma: gərginlik artır, ziddiyyətlər dərinləşir
19 Yanvar 09:02
COVID-19-a qarşı peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
19 Yanvar 08:58
Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə də milli birliyimizin təmin olunmasında əsaslı rol oynadı
18 Yanvar 20:57
Deputat: Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olduğunu sübut etdi
18 Yanvar 20:45
Fərhad Dəjpəsənd: İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına kömək göstərməyə hazırdır
18 Yanvar 20:42
Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
18 Yanvar 20:37
Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edib
18 Yanvar 20:34
Torpağa və dövlətə sədaqət prinsipi ümummilli lider Heydər Əliyevin gənclərimizə ən ali mirasıdır
18 Yanvar 20:32
Türk Şurasının Baş katibi: Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir
18 Yanvar 19:02
Türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılmasına dair müzakirələr aparılıb
18 Yanvar 18:56
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Yanvar 18:43
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
18 Yanvar 18:36
Azərbaycanda koronavirus infeksiyasından 503 nəfər sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb
18 Yanvar 18:30
YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
18 Yanvar 18:19
Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək
18 Yanvar 18:15
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
18 Yanvar 17:54
Mikayıl Cabbarov: Sənaye parklarında 50 rezident qeydiyyata alınıb
18 Yanvar 17:52
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
18 Yanvar 17:51
Nazir: 2020-ci ildə Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub
18 Yanvar 17:47
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
18 Yanvar 17:46
Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub
18 Yanvar 17:30
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək
18 Yanvar 17:26
Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə hərəkət qrafiki açıqlanıb
18 Yanvar 17:25
Ermitaj muzeyinə qarşı iddia...
18 Yanvar 17:08
20 Yanvar şəhidlərinin əziz xatirəsi İğdırda anılıb
18 Yanvar 17:05
Deputat: Prezidentin Şuşaya səfəri düşmən üzərində Zəfərimizin əyani sübutudur
18 Yanvar 17:02
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur
18 Yanvar 16:58
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 16:48
Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18 Yanvar 16:45
Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya bir daha göstərdi
18 Yanvar 16:44
ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
18 Yanvar 16:43
Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
18 Yanvar 16:41
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
18 Yanvar 16:34
Cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib
18 Yanvar 16:29
Prezident İlham Əliyev: Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək
18 Yanvar 16:24
Prezident: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
18 Yanvar 16:19
Sergey Lavrov Dağlıq Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ideyasını “ekzotik təklif” adlandırıb
18 Yanvar 16:14
Şuşaya möhtəşəm səfər
18 Yanvar 16:12
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 16:05
Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”
18 Yanvar 16:03
Bakı Limanından aşırılan TIR və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub
18 Yanvar 15:58
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
18 Yanvar 15:57
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
18 Yanvar 15:52
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
18 Yanvar 15:34
Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb
18 Yanvar 15:31
Baş həkim Kubra Cabbarova: Peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz
18 Yanvar 15:30
Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Yanvar 15:28
Reza Deqati: Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb
18 Yanvar 15:22
Tibb Universitetində 20 Yanvar şəhidləri yad edilib
18 Yanvar 15:19
Bakı Limanında yükaşırmanın həcmi artıb
18 Yanvar 15:18
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
18 Yanvar 15:12
GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb
18 Yanvar 15:10
Azərbaycan təbii qazının ixracı 16 faiz artıb
18 Yanvar 15:01
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır
18 Yanvar 14:59
Avstraliya sərhədləri 2022-ci ilə qədər bağlayacaq
18 Yanvar 13:44
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Sinovac” şirkətinin vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb
18 Yanvar 13:42
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Merdinli kəndinin videogörüntülərini paylaşıb VİDEO
18 Yanvar 13:41
Milli Məclisin deputatı Ağalar Vəliyev: Çox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq
18 Yanvar 13:17
Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək
18 Yanvar 13:08
Şuşa şəhərinədək 101,5 kilometrlik xidməti yol istifadəyə verilib
18 Yanvar 12:52
Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi
18 Yanvar 12:38
Vaksinasiya COVID-19-la mübarizədə mühüm amildir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+2 +4