Ana səhifə »  Xəbər lenti »  Adil Əliyev: Moskva görüşünün nəticələri və perspektivlər
A+   Yenilə  A-
Adil Əliyev: Moskva görüşünün nəticələri və perspektivlər

Bildiyimiz kimi, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılması ilə əlaqədar görüş keçirildi. Görüş zamanı Putin, Əliyev və Paşinyan razılaşmanın, həmçinin Rusiya tərəfindən həyata keçirilən sülhməramlı prosesin uğurunu təsdiqlədilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclis Sədrinin müavini Adil Əliyevin “Moskva görüşünün nəticələri və perspektivlər” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Görüşdə Rusiya tərəfinin əsas mövqeyi noyabrın 10-da əldə olunan razılaşmanın uğurunu nümayiş etdirmək və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinə nisbətən prosesdə daha operativ iştirak etdiyini göstərmək oldu.

Azərbaycan Prezidenti İlham Əliyev 30 ilə yaxın müddətdə fəaliyyət göstərən Minsk qrupunun heç bir işə yaramadığını və münaqişənin rəşadətli Ordumuzun gücü ilə qısa müddətdə, cəmi 44 gün ərzində həll edildiyini dünyaya nümayiş etdirdi.

Keçirilən görüş nəticə etibarilə aşağıdakı qənaətə gəlməyə əsas verir:

- sülh prosesi hər üç tərəfin təsdiqlədiyi üçtərəfli formatda uğurla davam edir;

- digər həmsədrlərin müdaxiləsi sülh prosesini pozmaq təhdidi nümayiş etdirir. Nəticədə ABŞ və Fransa kənara çəkilir, Rusiya isə münaqişənin həllində gedişat ilə bağlı digər həmsədrləri məlumatlandırmağı öhdəsinə götürür. Eyni zamanda, ATƏT-in mandatı qorunur və bütün razılaşmalar beynəlxalq hüququn tələblərinə uyğun olaraq həyata keçirilir. Bu səbəbdən də, V.Putin öz çıxışında 10 noyabr bəyanatını “sülh razılaşması” adlandırdı.

Məlumdur ki, Rusiya üçün ABŞ-ın Cənubi Qafqazda gedən proseslərə təsirlərini azaltmaq vacibdir. 28 ilin nəticələri açıq-aydın göstərdi ki, 1992-ci ilin yayında yaradılan Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermədi. Əksinə, böyük imkanlara malik erməni lobbilərinin fəaliyyət göstərdiyi ABŞ və Fransanın həmsədrliyi yalnız və yalnız danışıqlar prosesində Ermənistanın mövqeyini gücləndirdi, münaqişənin həllinin qeyri-müəyyən vaxtadək uzanmasına, status-kvonun saxlanmasına səbəb oldu.

Təsadüfi deyildir ki, Ermənistan hələ də Minsk qrupunun hər üç həmsədrinin iştirakı ilə danışıqları canlandırmağa çalışır. Zənnimcə, Fransa Prezidenti Emmanuel Makrona məlumat sızdırmalarında əsas məqsəd də danışıqlar prosesinə digər həmsədr ölkələri də qoşmaq və münaqişənin həllini dalana dirəmək cəhdi idi. Paşinyan Moskva görüşündə bir daha Minsk qrupunun vasitəçiliyini qeyd etdi. Buna baxmayaraq, Azərbaycanın mövqeyi, Ermənistanın Fransanı prosesə cəlb etmək istəyini təsirsiz hala gətirdi.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il 11 yanvar tarixli bəyanatı ötən il 10 noyabrda imzalanmış sülh müqaviləsinin 9-cu bəndinin həyata keçirilməsini izah edən bəyanat kimi qəbul edilə bilər. Hər üç liderin imzaladığı yeni sənəd prosesə lazımi ağırlıq və qaçılmazlıq verir, habelə sülh prosesini və Ermənistanın kapitulyasiyasını birbaşa təsdiqləyir.

Bəyanatdan aydın olur ki, layihələrin qəti təsdiqinə dair danışıqlar 2021-ci ilin martında baş tutacaq. Göründüyü kimi, tərəflər inşaat işlərinə yazın əvvəlində başlamağı planlaşdırır, layihələr bir çox məsələlərin həllini əhatə edəcək və tərəflər arasında ətraflı müzakirə olunacaq. Həmin layihələrdə Zəngilandan Naxçıvana doğru Zəngəzurdan keçən dəmir yolu və magistral yolların çəkilişi, Azərbaycanla Naxçıvan və Türkiyə arasında nəqliyyat infrastrukturunun bərpası, dəmir yolunun salınması əsas məsələdir.

Qeyd etmək lazımdır ki, Türkiyə ilə ölkəmiz arasında ticarət dövriyyəsi hər keçən gün daha da artır, iqtisadi əlaqələr güclənir, amma indiyədək bütün tranzit yollar yalnız Gürcüstan ərazisindən keçdiyi üçün daşımalar yalnız o marşrutla mümkün olurdu. Ona görə də, birbaşa yolların açılması vacibdir. Rusiya ilə Türkiyə arasındakı mövcud siyasi və iqtisadi tərəfdaşlıqlar fonunda Rusiya üçün də etibarlı rabitə əlaqəsi vacibdir. Rusiya-Türkiyə daşımalarının ölkəmiz üzərindən keçməsi təbii ki, Azərbaycana əlavə qazanc gətirəcək.

Yeni imzalanmış bəyanatda vurğulanan mühüm məsələ qısa müddətdə yeni yollar salınaraq infrastrukturun bərpası, iqtisadi əlaqələrin genişlənməsidir. Təbii ki, bütün bu layihələr ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacaq.

Onu da qeyd edək ki, hazırda Qarabağ ermənilərinin tərksilah edilməsi və üçüncü şəxslərin Qarabağa girişi məsələləri Paşinyanla deyil, birbaşa Rusiya Prezidenti Vladimir Putinlə həll edilir, çünki indi Laçın dəhlizinə və Qarabağ ermənilərinə nəzarəti Rusiya sülhməramlıları həyata keçirir. Bu faktın özü həm Ermənistan rəhbərliyinə və cəmiyyətinə, eyni zamanda, bütün dünyaya açıq mesaj verir ki, Azərbaycanın razılığı olmadan nəinki Dağlıq Qarabağda, eləcə də Cənubi Qafqazda heç bir məsələ həll edilə bilməz və hər hansı bir təxribat Ermənistan üçün daha böyük itkilər hesabına başa gələr. Azərbaycan rəhbərinin dediyi kimi, “dəmir yumruq yerindədir!”.

Sülh razılaşmasından sonrakı dövrə nəzər saldıqda görürük ki, ötən iki ayda erməni diversantlarına qarşı tərəfimizdən iki hərbi əməliyyat keçirilib. Həmin əməliyyatların birində Ermənistan silahlı qüvvələrinin 62 hərbçisi yaxalanıb. Moskva görüşündə Paşinyan həmin hərbçilərin qaytarılmasını xahiş etsə də, bu xahiş rədd edildi. Çünki həmin hərbçilər sülh danışıqlarından sonra təxribat törədərkən yaxalanıblar. Bu səbəbdən də onların qaytarılması istisnadır.

Ermənistandakı mövcud durumda Paşinyanın vəziyyəti olduqca ağrılıdır. O, hakimiyyətə gəldiyi gündən etibarən xalqın etimadını qazana bilməyib, üstəlik də fəaliyyəti dövründə ölkə daxilində çox ciddi narazılıqlar yaradıb. Baş verənlərin fonunda azad mətbuata tətbiq etdiyi senzura, bloqqerlərin və jurnalistlərin həbsi və təqib edilməsi, müxalifətlə çəkişmələri, uğursuz kadr siyasəti erməni xalqı tərəfindən daim narazılıqla qarşılanıb. Habelə 44 günlük müharibədə Ermənistanın rüsvayçı məğlubiyyəti və kapitulyasiya aktına imza atması, habelə döyüşlərdə on mindən çox hərbçinin ölümü bu ölkədə çox ciddi narazılıq yaradıb. Vəziyyət o yerə çatıb ki, günlərlə davam edən etiraz mitinqləri və istefa çağırışları ilə ürəyi soyumayan narazı kütlə Paşinyanın aeroporta gedən yolunu belə bağlamışdı. Bu səbəbdən də, Moskva görüşündə ən kiçik uğur qazanmaq belə Paşinyan üçün çox vacib idi, lakin yeganə istəyi olan əsirlərin qaytarılmasından da imtina olundu.

Xülyalarla yaşayan Ermənistan tərəfi hələ də “status” çağırışlarını davam etdirir. Amma artıq qatar gedib, bu məsələ tarixdə qalıb. Azərbaycan illər uzunu Qarabağa ən yüksək muxtariyyət verməklə Ermənistan silahlı qüvvələrinin oradan sülh yolu ilə çıxarılmasını istəyib, lakin erməni havadarlarının iştahası böyük olduğundan buna razılıq verməyiblər. Vətən müharibəsindən sonra isə bu, mümkün deyil. Çünki rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz torpaqlarını döyüşərək, itkilər verərək, igid oğullarının qanı bahasına işğaldan azad edib.

Azərbaycan Prezidenti deyib ki, status-kvo artıq yoxdur. Tezliklə azərbaycanlılar Dağlıq Qarabağa, Şuşaya, işğaldan azad olunmuş digər şəhər və kəndlərə qayıdacaqlar. Azərbaycan əhalisi öz yurdunda məskunlaşdıqca erməni əhalisi ilə say nisbəti də aydınlaşacaq. Madrid prinsipləri ilə bağlı danışıqlarda olduğu kimi, 1988-ci ildən əvvəlki nisbətlərə istinadlar bu çərçivədə işləmir. Çünki Dağlıq Qarabağ Ermənistanın nəzarəti altında olduğu zaman ermənilər azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına icazə verməməyə çalışırdılar. İndi isə vəziyyət dəyişib və soydaşlarımız öz evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Azərbaycanlıların işğaldan azad olunmuş torpaqlarımıza qayıtmasına az qalıb.

 
  • Oxunub:  1830  |  
  • Tarix:  14-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

26 Yanvar 09:18
Mübariz Tağıyev: Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalının bərpası həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır
26 Yanvar 09:16
Əliqismət Lalayev: Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi hamının arzusudur
26 Yanvar 09:14
Timsahın göz yaşları, yaxud Əli Kərimlinin saxta “narahatlığı”
26 Yanvar 09:11
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

26 Yanvar 09:10
Antimilli şura - satqınlıq və xəyanət simvolu

26 Yanvar 09:08
Zamir Hüseynov: 2021-ci il Qarabağa möhtəşəm qayıdışımızın başlanğıcı olacaq
26 Yanvar 09:07
Tahir Kərimli: Ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub
26 Yanvar 09:05
Abutalıb Səmədov: “Dostluq” yatağının birgə işlənməsini Azərbaycanın neft-qaz sənayesində yeni mərhələnin başlanğıcı hesab etmək olar
26 Yanvar 09:04
Əlisahib Hüseynov: Bu anlaşma nəinki hər iki ölkə, eyni zamanda, bölgə və bütün Türk dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir
26 Yanvar 09:03
Fuad Əliyev: Şəhid ailələrinə və qazilərə təkcə dövlət deyil, bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir

26 Yanvar 09:02
Radikalların yalanlar seriyası...

26 Yanvar 09:00
Ermənistan hökuməti aqoniya vəziyyətindədir
26 Yanvar 08:58
Peyvənd tətbiq olunduğu gündən bir ay sonra qoruyuculuğunu göstərməyə başlayır
26 Yanvar 08:56
Ölkəmizdə pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir
25 Yanvar 22:40
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib
25 Yanvar 21:45
Səməd Seyidov: AŞPA-dakı bəzi qrupların gərginliyi səngiməyib, onlar vəziyyəti qızışdırmağa çalışırlar
25 Yanvar 20:49
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
25 Yanvar 20:43
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndinin videogörüntülərini paylaşıb VİDEO
25 Yanvar 20:37
Səməd Seyidov: Ermənilərin AŞPA-da Azərbaycanla bağlı əsassız iddiaları tamamilə iflasa uğradı
25 Yanvar 20:34
Ölkəmizdə əlillərə, şəhid ailələrinə daim yüksək diqqət və qayğı göstərilir
25 Yanvar 20:29
Rafael Hüseynov: Ermənistan nümayəndə heyətinin üzvləri təxribatçı çıxışlarına son qoymalıdırlar
25 Yanvar 20:24
Ədliyyə Nazirliyi tərəfindən “CEPEJ və məhkəmə-hüquq islahatları: Azərbaycanın nailiyyətləri” mövzusunda onlayn brifinq keçirilib
25 Yanvar 20:20
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndinin videogörüntülərini paylaşıb VİDEO
25 Yanvar 19:48
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
25 Yanvar 19:45
Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
25 Yanvar 19:45
Azərbaycanda koronavirusdan 273 nəfər sağalıb, 57 yeni yoluxma faktı qeydə alınıb
25 Yanvar 18:23
Hande Harmancı: "İlkin səhiyyə xidməti nəticəsində ildə 24 min insanın həyatını xilas etmək mümkündür"
25 Yanvar 18:17
Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib
25 Yanvar 18:13
Misir portalı Prezident İlham Əliyevin ermənilərin məscidləri təhqir etməsi barədə çıxışını yayıb
25 Yanvar 18:11
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsinin ilk görüşü olub
25 Yanvar 17:52
Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib
25 Yanvar 17:43
MEDİA silsilə təbirlərinə ADA Universiteti ilə başlayıb
25 Yanvar 17:42
Məhəmməd Cavad Zərif: Ərazilərin işğalına son qoyulması bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaradır
25 Yanvar 17:21
Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
25 Yanvar 17:12
DOST mərkəzlərində yeni rekord göstərici qeydə alınıb
25 Yanvar 17:07
Ölkəyə gətirilən məhsulların 19,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
25 Yanvar 16:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
25 Yanvar 16:50
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 5 il ərzində mənzil və ya fərdi evlə təminatı işləri aparılacaq
25 Yanvar 16:47
Meksika–Azərbaycan ədəbi əlaqələri davam etdirilir
25 Yanvar 16:42
Yaponiyanın “Fujitomi” “YouTube” kanalında Azərbaycanın qlobal enerji layihələrindən bəhs edən veriliş yayımlanıb
25 Yanvar 16:30
XİN: Rusiya Dövlət Duması üzvünün Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik
25 Yanvar 15:57
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
25 Yanvar 15:56
Baş prokuror: Ötən il 30 nəfər tutularaq ölkəmizə ekstradisiya edilib
25 Yanvar 15:48
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları ötən il 39 şəxsi cinayət başında yaxalayıb
25 Yanvar 15:20
Məhəmməd Cavad Zərif: İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır
25 Yanvar 15:17
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
25 Yanvar 15:12
Eldar İbrahimov: Azərbaycan-Türkmənistan münasibətləri yüksələn xətlə inkişaf edir
25 Yanvar 15:05
AŞPA-nın qış sessiyası işə başlayıb
25 Yanvar 14:57
Təmraz Tağıyev: "Dostluq" yatağı ilə bağlı razılaşma, ilk növbədə, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir
25 Yanvar 14:53
Atopik dermatit düzgün diaqnoz və müalicə olmasa, astmaya keçə bilərmi?
25 Yanvar 14:41
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
25 Yanvar 14:40
Vüqar Seyidov: Prezident İlham Əliyev regionda yeni reallıqların fövqündə sülhün və əməkdaşlığın banisidir
25 Yanvar 14:34
İndiyədək Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb
25 Yanvar 14:22
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
25 Yanvar 14:20
Alman nəşri Azərbaycan və Türkmənistan dövlət başçılarının videokonfrans formatında keçirilən görüşü barədə yazıb
25 Yanvar 14:16
Anar Məmmədov: Dinamik iqtisadi inkişaf davamlı xarakter daşıyır
25 Yanvar 14:13
Ötən il Azərbaycanda 35 mindən çox nikah qeydə alınıb
25 Yanvar 14:06
“İMZA – Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
25 Yanvar 13:12
Ermənistanın hərbi cinayətləri barədə 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib
25 Yanvar 13:10
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
25 Yanvar 12:45
Azərbaycan Ordusunun şanlı zəfəri ilə yenilənən tarix - Daşaltı əməliyyatından 29 il ötür
25 Yanvar 12:37
Azərbaycanın Qarsdakı Baş Konsulluğu Nizami Gəncəvinin 880 illiyi münasibətilə videokonfrans təşkil edib
25 Yanvar 12:17
Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfəsini verəcək
25 Yanvar 12:10
Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
25 Yanvar 12:03
Hava nəqliyyatı ilə sərnişindaşıma 78,6 faiz azalıb
25 Yanvar 11:53
Nazir: Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək
25 Yanvar 11:48
Ombudsman Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib
25 Yanvar 11:47
İlon Mask Yer kürəsini qlobal istiləşmədən xilas etmək üsulunu tapan alimə 100 milyon dollar mükafat vəd edib
25 Yanvar 11:46
Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır
25 Yanvar 11:34
UNEC-də beynəlxalq konfrans: Azərbaycanın alban xristian mirası - Xudavəng məbədi

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5