Ana səhifə »  Xəbər lenti »  Dövlət Miqrasiya Xidmətində 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
A+   Yenilə  A-
Dövlət Miqrasiya Xidmətində 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Dövlət Miqrasiya Xidmətində (DMX) 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ötən il miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verən DMX-nin rəisi Vüsal Hüseynov 2020-ci ilin bütün dünyada olduğu kimi, ölkəmizdə də davam edən pandemiya dövründə miqrasiya proseslərinin ən çox təsirə məruz qalmış sahələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində Prezident İlham Əliyev tərəfindən yaradılmış və aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sistemli tədbirlər görülməklə yanaşı, miqrasiya prosesləri də diqqətdə saxlanılıb.

Ötən ildə də dövlət rəhbərliyi tərəfindən qurumun qarşısında müəyyənləşdirilmiş vəzifələrin vaxtında və uğurla yerinə yetirildiyini deyən Xidmət rəisi hesabat ilində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, elektron xidmətlərdən geniş istifadə olunması istiqamətində tədbirlərin icrasının, eləcə də müxtəlif sosial layihələrin davam etdirildiyini diqqətə çatdırıb.

Vüsal Hüseynov bildirilib ki, 2020-ci ilin ilk iki ayında 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəyə gələn əcnəbilərin (15 faiz artma) və Xidmətə edilən müraciətlərin sayında çoxalma müşahidə olunsa da, pandemiya dövründə dövlət sərhədindən giriş-çıxışın məhdudlaşdırılması səbəbindən bu dinamika azalmaya doğru dəyişib. Belə ki, 2019-cu illə müqayisədə hesabat dövründə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 4 dəfə, olduğu yer üzrə qeydiyyatda 4,7 dəfə, ölkədə müvəqqəti yaşayanların arasında 16 faiz, daimi yaşayanlarda 18 faiz, iş icazəsi alanlarda 9 faiz azalma qeydə alınıb. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 87 faiz azalma olub.

COVID-19 infeksiyası ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təminatı, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə məlumatlandırma tədbirlərinin gücləndirildiyini deyən Xidmət rəisi hesabat dövründə bütün elektron xidmətlərin yeniləndiyini və sadələşdirildiyini vurğulayıb. Tələb olunan sənəd siyahısı optimallaşdırılıb və güzəştlər müəyyənləşdirilib. Elektron xidmətlərin təkmilləşdirilməsi nəticəsində ötən il müvəqqəti olma müddətinin uzadılması, iş və yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında 2019-cu il ilə müqayisədə 8,5 dəfə artım müşahidə olunub. Pandemiya dövründə məlumatlandırmanın artırılması və qəbul edilən zənglərin kəskin çoxalması səbəbindən 919 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib, işçi qüvvəsi və texniki imkanları artırılıb, ümumilikdə fəaliyyətinin günün tələblərinə uyğun qurulması təmin olunub. Hazırda da Çağrı Mərkəzi ölkə xaricindən gələn zənglərə də açıq olmaqla yanaşı, fasiləsiz rejimdə fəaliyyətini davam etdirir. Hesabat ilində Çağrı Mərkəzinə edilən zənglərin sayı 2,2 dəfə artaraq, 244 min 398 olub. DMX tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər nəticəsində “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə Dövlət Miqrasiya Xidməti əvvəlki iki ildə olduğu kimi 2020-ci ildə də ən yüksək nəticəni (85,54 faiz) göstərib.

Pandemiya dövründə işəgötürənlər və təhsil sektorunun yaşaya biləcəyi mümkün çətinliklər və onları maraqlandıran məsələlərə dair ümumilikdə 138 nümayəndənin iştirak etdiyi onlayn görüşlərin keçirildiyini qeyd edən Xidmət rəisi İctimai Şura ilə də qurumun fəaliyyətinə dair faydalı müzakirələrin aparıldığını bildirib.

Daha sonra Vüsal Hüseynov Xidmətin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nəticələr barədə danışıb. DMX-nin miqrasiya və inkişaf məsələlərinin qlobal miqyasda müzakirə olunduğu Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçildiyini vurğulayan V.Hüseynov hesabat dövründə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Azərbaycanda Miqrasiya üzrə Regional Mərkəzin yaradılmasına dəstək” layihəsinin icrasına başlanıldığını da qeyd edib. Həmçinin “Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək” (MOBILAZE) layihəsi çərçivəsində qazanılmış uğurların davamı kimi ölkəmizin miqrasiya idarəçiliyi sahəsində mövcud prioritetləri nəzərə alınmaqla “Azərbaycanda miqrasiya sahəsində texniki və institusional potensialın gücləndirilməsi” (ETIMAD) layihəsinin müvafiq qaydada razılaşdırıldığını və bu ilin ilk rübündə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə əməkdaşlıq çərçivəsində icrasına başlanmasının nəzərdə tutulduğunu qeyd edib.

Vüsal Hüseynov Azərbaycanda olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurətinin aradan qaldırıldığını da diqqətə çatdırıb. Belə ki, 59 min 963 əcnəbinin ölkədə olma müddəti özləri müraciət etmədən uzadılıb. Bildirilib ki, dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra həmin əcnəbilərin qısa müddətdə ölkəni tərk edə bilməsi üçün müvafiq tədbirlər planlaşdırılıb. Əcnəbilərin ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən onların qanunsuz miqranta çevrilməsinin qarşısının alınması ilə bağlı görülmüş qabaqlayıcı fəaliyyət və qanunsuz miqrasiyaya qarşı tədbirlərin qismən məhdudlaşdırılması nəticəsində keçən il DMX tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 51 faiz azalma qeydə alınıb. 2020-ci ildə, həmçinin Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslər, eləcə də onların ailə üzvləri ölkə hüdudlarından kənarda hərəkət etmək hüququ verən “Yol sənədi” ilə təmin olunub. Bu dövrdə də DMX-nin fəaliyyətində sosial layihələrin icrasının da prioritet olduğunu söyləyən Xidmət rəisi “Miqrasiya Məktəbi” layihəsinin onlayn formatda davam etdirildiyini, həmçinin “Miqrasiya könüllüləri” İctimai Birliyinin iştirakı ilə 125 aztəminatlı miqrant ailəsinə yardımlar göstərildiyini, könüllülərin müxtəlif aksiyalar və layihələr həyata keçirdiklərini diqqətə çatdırıb. Məlumatlandırma tədbirlərinin gücləndirilməsi məqsədilə atılan addımlardan biri kimi Xidmətin rəsmi veb-səhifəsinin yeniləndiyini bildirən Vüsal Hüseynov, həmçinin jurnalistlərə əcnəbilər üçün miqrasiya prosedurları sadə dildə izahlı təqdim olunan, Azərbaycanın turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyan yeni bir internet səhifəsinin də (migrationto.az) ictimailəşdirilməsini qeyd edib.

Xidmət rəisi qarşıda görüləcək işlər barədə də ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıb.

 
  • Oxunub:  1590  |  
  • Tarix:  14-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb
22 Yanvar 13:49
Keçən il əsas kapitala yönəldilmiş vəsaitin 195,2 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib
22 Yanvar 13:47
Sentyabrın 15-dən bu günədək 14 mindən çox şagird COVID-19-a yoluxub
22 Yanvar 13:38
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib
22 Yanvar 13:35
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
22 Yanvar 13:07
“Bu sənəd energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir”
22 Yanvar 13:02
Teledərslər tədris ilinin sonunadək davam edəcək
22 Yanvar 13:00
Əli Məsimli: Anlaşma Memorandumu yeni reallıqlar kontekstində böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək
22 Yanvar 12:52
Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə tədrisə başlanılması barədə qərar qəbul olunacaq
22 Yanvar 12:45
Təhsil naziri: Dərslər həftədə 3 dəfə olacaq
22 Yanvar 12:39
İbtidai siniflər növbəli şəkildə dərsə başlayır
22 Yanvar 12:36
“Dostluq” yatağı üzrə memorandumun imzalanması tarixi hadisədir
22 Yanvar 12:18
Miqrasiya Könüllüləri qanvermə aksiyasında iştirak ediblər
22 Yanvar 12:16
Naqif Həmzəyev: Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir
22 Yanvar 12:11
Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi əyani formada təşkil olunacaq
22 Yanvar 11:54
Nazir: Ötən il “ƏDVGeriAl” çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb
22 Yanvar 11:38
Şuşada yeni yarımstansiya tikilir
22 Yanvar 11:35
Balakəndə iki gündə 174 tibb işçisi peyvənd olunub
22 Yanvar 11:33
Azərbaycan əhalisinin sayı 10 milyon 123 min 400 nəfərə çatıb
22 Yanvar 11:31
Dövlət Xidməti: Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir
22 Yanvar 10:50
Fevralda müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə başlanılacaq
22 Yanvar 10:48
DİN: Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi geri qaytarılıb
22 Yanvar 10:28
Yevlaxda əhalinin COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb
22 Yanvar 10:22
Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsini öyrənir
22 Yanvar 09:37
“Döyüş günləri mənim həyatımın ən mühüm hissəsinə çevrildi desəm, yanılmaram”
22 Yanvar 09:33
Əli Kərimlinin antimilli şurası
22 Yanvar 09:31
“Microsoft” şirkəti Azərbaycanın “Virtual məktəb” təcrübəsini yüksək dəyərləndirib
22 Yanvar 09:30
Anar Məmmədov: Kommunikasiyaların bərpası region dövlətlərinin maraqlarına cavab verir
22 Yanvar 09:29
YAP Ağdaş rayon təşkilatı şəhidlərin, itkin düşən hərbçilərin ailələri ilə və qazilərlə görüşləri davam etdirir
22 Yanvar 09:27
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib
22 Yanvar 09:25
Fəzail Ağamalı: Kommunikasiyaların bərpası Azərbaycanın milli maraqlarına uyğundur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA