Ana səhifə »  Xəbər lenti »  Azərbaycan xalqının milli həmrəyliyi Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında mühüm rol oynadı
A+   Yenilə  A-
Azərbaycan xalqının milli həmrəyliyi Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında mühüm rol oynadı

Prezident İlham Əliyev: Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur
Artıq tarixə dönən 2020-ci ilin əsas hadisələri və yekunları barədə söhbət açdıqda, ilk növbədə, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi və müharibədə qazanılan şanlı qələbəmiz yada düşür. Müharibə Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə ədalət xarakteri daşıyırdı. 44 gün davam edən müharibədə Azərbaycan öz gücünü düşmənə göstərdi, onun ordusunu tamamilə sıradan çıxardaraq diz çökdürdü. Müzəffər Ordumuz 300-dək yaşayış məntəqəsini, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Şuşa şəhərlərini, Suqovuşan, Hadrut qəsəbələrini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında işğalçılardan təmizlədi. Noyabrın 8-də Şuşa, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsi işğaldan azad edildi. Bundan sonra müharibəni davam etdirməyin mənasız olduğunu dərk edən işğalçı Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları sənədə əsasən, düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz qaytardı. Prezident İlham Əliyev Onun Sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində Vətən müharibəsində qazanılan şanlı qələbəni 2020-ci ilin və bütövlükdə son 30 ilin ən mühüm hadisəsi kimi dəyərləndirib. Müharibənin nəticəsindən iftixar hissi ilə söhbət açan dövlətimizin başçısı bildirib ki, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. “Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Müharibə dövründə əksər siyasi partiyalar və birliklər birmənalı şəkildə xalqımızın haqq işinə öz dəstəyini verdi
Son üç onillik ərzində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsi bir nömrəli ümummilli məsələ kimi ölkəmizin gündəliyinin mərkəzində dayanmışdı. O cümlədən Vətən müharibəsində şanlı qələbənin qazanılmasında Azərbaycan cəmiyyətindəki yüksək həmrəylik mühüm rol oynadı. Məlum olduğu kimi, ötən il respublikamızda fəaliyyət göstərən əksər partiyalar dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. 2020-ci ildə müxalifət nümayəndələrinin parlamentin rəhbər orqanlarına seçilmələri respublikamızdakı siyasi dialoq üçün münbit şərait yaradıldığını əyani şəkildə təsdiqləyir. Azərbaycandakı əksər siyasi partiyalar aralarındakı siyasi mövqe fərqinə baxmayaraq, bir nömrəli ümummilli məsələmiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə vahid mövqedən çıxış ediblər. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, ermənilərin ötən ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar zamanı ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya bir araya gələrək bəyanat imzalayıb. Eyni zamanda, Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatla əlaqədar 50 siyasi partiyanın bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Ali Baş Komandanımızın qətiyyətli siyasətini dəstəkləməsi çox mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, oktyabrın 3-də 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib və müzakirələr aparılıb. Oktyabrın 17-də isə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. Bəhs olunan müraciətdə Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılıb, bu silahlanmanın əsasən, Azərbaycana qarşı yönəldiyi və yeni ərazilərin işğal edilməsi ilə bağlı olduğu vurğulanıb. Müharibə dövründə xalqımızın, cəmiyyətimizin birlik nümayiş etdirdiyini nəzərə çatdıran Prezident İlham Əliyev bildirib: “Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - Mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır”.
Özünü ümummilli həmrəylikdən kənarda saxlayan qüvvələr qondarma “Milli şura”da cəmləşən marginal dəstələrdirlər. Deyə bilərik ki, antimilli şura xain və satqın simasını yenə də nümayiş etdirdi, düşmənin dəyirmanına su tökdü. Onların liderləri bir müddət əvvəl Paşinyanı nümunə kimi göstərirdilər. İndi həmin “liderlər”dən soruşulmalıdır ki, erməni xalqı bu “novator”, “demokrat” haqqında nə fikirləşir? Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Bu antimilli şuraya rəhbərlik edənlər müharibə dövründə harada idilər? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənirlər. Onları kim maliyyələşdirir, kim bu antimilli qüvvələrə istiqamət verir? Cavab birmənalıdır: Ermənipərəst qüvvələr, müharibə dövründə Azərbaycana qarşı çirkin əməllərdə iştirak edənlər, Azərbaycan xalqının qələbəsini əlindən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır. Azərbaycan xalqının birmənalı mövqeyi belədir ki, antimilli şurada cəm olanlar fəraridirlər, satqındırlar, xaindirlər. Belə deməyə tam əsas var. Gəlin, xatırlayaq: Ötən əsrin doxsanıncı illərinin əvvəllərində məhz AXC-”Müsavat” iqtidarı Azərbaycanda anarxiya yaratdı, ölkəni vətəndaş müharibəsinə sürüklədi. Bundan sui-istifadə edən düşmən torpaqlarımızın 20 faizini işğal altına aldı. AXC-”Müsavat” iqtidarı respublikanın çətin dövründə hakimiyyəti qoyub qaçdı və bununla da özünü biabır etdi. Həmin yarıtmaz iqtidarın bu gün antimilli şurada cəmləşən üzvləri özlərini elə aparırlar ki, sanki torpaqları satanlar, işğala məruz qoyanlar, döyüş meydanından qaçanlar, müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər onlar deyillər. Bəli, bütün bu qara ləkələr onların üzərindədir. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. “Bəzi hallarda gənc nəslə bu biabırçı tarix haqqında kifayət qədər məlumat verilmir. Bu, orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır. Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır”.
Vətəndaşların dağıdılmış evlərinin bərpası əsas vəzifələrdən biridir
Bu məqamda vurğulamaq yerinə düşər ki, işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Həmin ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Mütəxəssislərin qənaəti belədir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq.
İndiki mərhələdə vətəndaşların evlərinin bərpası əsas vəzifələrdən biri olmalıdır. Məlum olduğu kimi, müharibə dövründə döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üzləşən mənfur düşmən bunun əvəzini mülki əhalidən çıxmağa çalışırdı. 44 günlük müharibə zamanı işğalçı Ermənistanın hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi və digər yaşayış məntəqələrini intensiv artilleriya atəşinə məruz qoyub. Nəticədə, aralarında uşaqlar və qadınlar da olmaqla 100-dək dinc sakin həlak olub, həmçinin mülki infrastruktura, yaşayış evlərinə ciddi ziyan dəyib. Prezident İlham Əliyev ayrı-ayrı bölgələrdə düşmənin açdığı atəş nəticəsində dağıdılmış evlərin qısa müddətdə bərpa edilməsi ilə bağlı Öz tapşırıqlarını verib. “Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib. Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir”, - deyə dövlətimizin başçısı bildirib.
Hazırda yaşayış evlərinin bərpası, vətəndaşların əmlakına dəyən ziyanın əvəzinin ödənilməsi istiqamətində fəal iş aparılır. Çoxmənzilli evlərin yenidən tikilməsi üçün vəsait ayrılıb. Ötən müddət ərzində zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 min 300-dən artıq obyektə baxış keçirilib. Bu günədək hesablanmış ziyan 63,6 milyon manat həcmində qiymətləndirilir. Dövlət əmlakına dəymiş ziyan toplam olaraq təqribən 27,4 milyon manat məbləğində dəyərləndirilir. Dağıdılmış və qəzalı evlərin sayı 264, ümumi fərdi yaşayış evlərinin sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə, digər 18 obyektə, məktəblərə və sosial obyektlərə, 518 kənd təsərrüfatı obyektinə ziyan dəyib.
Bəhs olunan müşavirədə məlumat verilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən tamamilə dağıdılmış, zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar 9 milyon 100 min manat vəsait ayrılıb. Qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması nəzərdə tutulub. Həmin kontingent siyahıya alınıb ki, bu da 6143 ailədir. Yaxın günlərdə vəsaitlərin ödənilməsi tam başa çatdırılacaq. Bu proses bank vasitəsilə konkret ailə üzvlərinə plastik kartlar açılmaqla yerli icra hakimiyyəti və maliyyə strukturlarının nəzarəti altında icra olunur.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2070  |  
  • Tarix:  14-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA