Ana səhifə »  Xəbər lenti »  Bölgədə sabitlik və quruculuq dövrü başlayır
A+   Yenilə  A-
Bölgədə sabitlik və quruculuq dövrü başlayır

Bölgədə yeni dövr başlayır – sabitlik və quruculuq dövrü. 2021-ci il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin şəxsində dövlət başçılarının imzaladığı üçtərəfli Bəyanat regionda sabitliyin təmin olunması və geniş quruculuq işlərinə başlanılması baxımından növbəti uğurlu addım oldu. Yerli və xarici ekspertlərin də vurğuladıqları kimi, bu Bəyanat bütövlükdə regionda iqtisadi, ticarət, humanitar və nəqliyyat əlaqələrinin bərpasına xidmət edir. Bəyanata əsasən, bundan sonra bu məsələlərin həlli ilə məşğul olmaq üçün hər üç ölkənin Baş nazirlərinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılacaq. Həmin İşçi Qrupuna 2021-ci ilin martın 1-nə kimi konkret mexanizm və vaxt çərçivəsi müəyyən etməklə regionda kommunikasiyaların açılması, iqtisadi və ticarət əlaqələrinin bərpa olunması tapşırılacaq. Bu, həm region dövlətlərinin, o cümlədən Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın, həm də digər dövlətlərin mənafeyinə uyğundur.

Beləliklə, Azərbaycanın bir çox siyasətçiləri və millət vəkilləri yanvarın 11-də Moskvada imzalanmış bu üçtərəfli Bəyanatı Azərbaycanın strateji maraqlarına uyğun sənəd kimi dəyərləndirirlər. Məsələn, millət vəkili Hikmət Babaoğlu bildirib ki, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli Bəyanat bizi strateji hədəflərimizə daha da yaxınlaşdırdı və regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.

Milli Məclisin sədr müavini Adil Əliyev isə deyib ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbə diplomatik meydanda da davam etdirildi. Ermənistanın bu görüşdən heç nə qazanmadığını deyən Milli Məclisin Sədr müavini “Şərtlərimizi qəbul etməklə yanaşı, yeganə istəkləri noyabrın 10-dan sonra ələ keçirilmiş erməni diversant-terrorçularının azad olunması olsa da, bu məsələ də həllini tapmadı. Sonda Ermənistan baş naziri mətbuata açıqlamasında erməni diversant-terrorçularını azad etmənin mümkün olmadığı üçün görüşün nəticələrindən məyus olduğunu aydın şəkildə bəyan etdi” sözlərini də əlavə edib.

Adil Əliyev onu da bildirib ki, bu görüş - diplomatik müstəvidə qazanılmış bu qələbə ilə Azərbaycan yalnız Ermənistan tərəfinə yox, görüşlə bağlı qabaqcadan məntiqsiz fikirlər irəli sürən, uğurlarımıza kölgə salmağa cəhd edən bütün antimilli qüvvələrə də çox ciddi zərbə vurmuş oldu.

Beləliklə, artıq bölgədə dinc quruculuq və inkişaf dövrü başlayıb. Azərbaycan, ilk növbədə, Ermənistan tərəfindən işğal edilmiş bütün torpaqlarda yerlə-yeksan edilmiş binaları, tarixi abidələri, məscidləri və digər dağıntıya məruz qalmış obyektlərin hamısını bərpa etmək üçün dinc şərait və imkan qazanır. Digər tərəfdən, 30 il blokada vəziyyətində qalan Naxçıvanla birbaşa avtomobil və dəmir yolu əlaqəsi yaranır ki, bu da muxtar respublikanın inkişafı, gediş-gəliş və yükdaşımaları ilə bağlı problemlərin aradan qalxması deməkdir. Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizinin işə düşməsi həm də Türkiyə ilə Naxçıvan vasitəsilə quru əlaqələrimizin yaranması deməkdir. Bu xəttin işə düşməsi nəticəsində Türkiyənin Azərbaycan üzərindən Türk dünyasına asan çıxışı təmin ediləcək.

Digər bir tərəfdən isə Azərbaycan İpək yolu marşrutu üzrə ikinci alternativ dəhliz qazanır. Əgər bu dəhliz açılarsa, ölkəmiz Gürcüstandan əlavə, ikinci, lakin daha qısa yolla yükləri beynəlxalq bazarlara daşımaq imkanı qazanacaq.

Həmin üçtərəfli Bəyanat imzalanandan sonra dövlət başçılarının keçirdiyi birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin öz bəyanatında deyib: "Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzaladıq".

Daha sonra Rusiya Prezidenti əmin olduğunu bildirib ki, bu razılaşmanın icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək.

Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan edib ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün bu görüş çox vacib idi. Prezident İlham Əliyev demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar".

Daha sonra Azərbaycan Prezidenti xüsusi olaraq vurğulamışdır: "Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək haqqında düşünməliyik".

Göründüyü kimi, hadisələrin inkişafı təbii şəkildə hər ötən gün Azərbaycanın xeyrinə olan səmtə doğru gedir.

Yeri gəlmişkən, üçtərəfli Bəyanat imzalanandan sonra Rusiya Prezidenti mətbuat konfransında bildirib ki, biz 2020-ci ilin 10 noyabrında imzalanmış birgə Bəyanatın – razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik. Vladimir Putin qeyd edib ki, Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir. "Bugünkü görüşümüzün əvvəlində qeyd etdiyim kimi 48 mindən artıq köçkün və qaçqın tam şəkildə artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır", - deyə o, öz fikrini yekunlaşdırıb.

Bu məqamda onu da bildirək ki, 44 günlük Vətən müharibəsi həm də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Türkiyə ilə Azərbaycanın birliyi Vətən müharibəsindən sonra regionda yeni çoxtərəfli əməkdaşlıq imkanlarının yaradılmasına da təkan verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi "Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq".

Dövlət başçısı onu da bildirb ki, biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq: "Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər". 

Yeni işbirliyi platformasının necə formalaşacağına gəlincə, Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bu gün ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var: "Yəni bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq".

Beləliklə, müharibədən sonra bölgədə yeni reallıqlar yaranıb və cənab Prezidentin də bəyan etdiyi kimi biz yeni bir işbirliyi formatını təşkil etməklə gələcəkdə bölgəmizdə müharibə riskini sıfıra endirə bilərik. Təbii ki, bundan sonra Ermənistanın vəziyyəti bu ölkənin rəhbərlərinin atacağı addımlardan, verəcəyi qərarlardan birbaşa asılı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Bakıdakı Zəfər paradında bəyan etdiyi kimi Ermənistan rəhbərliyi ələbaxımlılığa son qoymaqla yeni siyasət yürütməyi bacarmalıdır: "Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə ovunduraraq yoxsulluğa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin təhriki ilə bir yerə çatmağın mümkün olmayacağını görməli, düşmənçilik əvəzinə mehriban qonşuluğa əsaslanan əlaqələr yenidən nəzərdən keçirilməlidir. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs götürərsə, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaqdır".

Yeni dövrün ilkin addımları isə artıq işğaldan azad edilmiş torpaqlarda atılmaqdadır. Tezliklə, işğaldan azad edilmiş şəhər, rayon, kənd və qəsəbələrimizdə yeni yollar tikiləcək, dəmir yolları inşa ediləcək. Geniş quruculuq işləri aparılacaq, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılacaq. Biz Azərbaycan Prezidentinin əzmi, ölkəmizin qüdrəti sayəsində bu işləri lazımi səviyyədə həyata keçirəcəyik. Bakıda olarkən bu məqama toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Bütün bunlarla yanaşı, mən talan edilən, dağıdılan bu yerlərin yenidən bərpasına inanıram. Necə ki, 20 il əvvəl gələrkən necə bir Bakı vardı, bu gün necə bir Bakı var, tamamilə dəyişib. Bunu 20 il əvvəlkindən bu günə çatdıran Azərbaycan rəhbərliyi, inanıram ki, Allahın izni ilə Qarabağı da gecikmədən, 3-5 il ərzində tamamilə fərqli vəziyyətə gətirəcəkdir. Bu qüdrət, bu güc İlham qardaşımda var. Çünki bunu sübut edib" deyib.

Bəli, yuxarıda da qeyd etdiyimiz kimi, bölgədə yeni dövr başlayır – sabitlik və quruculuq dövrü!

İLKİN ƏLİYEV

Gənc Politoloqlar Mərkəzinin sədri

 
  • Oxunub:  1890  |  
  • Tarix:  13-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

18 Yanvar 20:57
Deputat: Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olduğunu sübut etdi
18 Yanvar 20:45
Fərhad Dəjpəsənd: İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına kömək göstərməyə hazırdır
18 Yanvar 20:42
Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
18 Yanvar 20:37
Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edib
18 Yanvar 20:34
Torpağa və dövlətə sədaqət prinsipi ümummilli lider Heydər Əliyevin gənclərimizə ən ali mirasıdır
18 Yanvar 20:32
Türk Şurasının Baş katibi: Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir
18 Yanvar 19:02
Türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılmasına dair müzakirələr aparılıb
18 Yanvar 18:56
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Yanvar 18:43
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
18 Yanvar 18:36
Azərbaycanda koronavirus infeksiyasından 503 nəfər sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb
18 Yanvar 18:30
YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
18 Yanvar 18:19
Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək
18 Yanvar 18:15
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
18 Yanvar 17:54
Mikayıl Cabbarov: Sənaye parklarında 50 rezident qeydiyyata alınıb
18 Yanvar 17:52
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
18 Yanvar 17:51
Nazir: 2020-ci ildə Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub
18 Yanvar 17:47
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
18 Yanvar 17:46
Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub
18 Yanvar 17:30
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək
18 Yanvar 17:26
Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə hərəkət qrafiki açıqlanıb
18 Yanvar 17:25
Ermitaj muzeyinə qarşı iddia...
18 Yanvar 17:08
20 Yanvar şəhidlərinin əziz xatirəsi İğdırda anılıb
18 Yanvar 17:05
Deputat: Prezidentin Şuşaya səfəri düşmən üzərində Zəfərimizin əyani sübutudur
18 Yanvar 17:02
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur
18 Yanvar 16:58
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 16:48
Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18 Yanvar 16:45
Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya bir daha göstərdi
18 Yanvar 16:44
ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
18 Yanvar 16:43
Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
18 Yanvar 16:41
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
18 Yanvar 16:34
Cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib
18 Yanvar 16:29
Prezident İlham Əliyev: Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək
18 Yanvar 16:24
Prezident: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
18 Yanvar 16:19
Sergey Lavrov Dağlıq Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ideyasını “ekzotik təklif” adlandırıb
18 Yanvar 16:14
Şuşaya möhtəşəm səfər
18 Yanvar 16:12
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 16:05
Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”
18 Yanvar 16:03
Bakı Limanından aşırılan TIR və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub
18 Yanvar 15:58
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
18 Yanvar 15:57
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
18 Yanvar 15:52
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
18 Yanvar 15:34
Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb
18 Yanvar 15:31
Baş həkim Kubra Cabbarova: Peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz
18 Yanvar 15:30
Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Yanvar 15:28
Reza Deqati: Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb
18 Yanvar 15:22
Tibb Universitetində 20 Yanvar şəhidləri yad edilib
18 Yanvar 15:19
Bakı Limanında yükaşırmanın həcmi artıb
18 Yanvar 15:18
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
18 Yanvar 15:12
GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb
18 Yanvar 15:10
Azərbaycan təbii qazının ixracı 16 faiz artıb
18 Yanvar 15:01
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır
18 Yanvar 14:59
Avstraliya sərhədləri 2022-ci ilə qədər bağlayacaq
18 Yanvar 13:44
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Sinovac” şirkətinin vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb
18 Yanvar 13:42
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Merdinli kəndinin videogörüntülərini paylaşıb VİDEO
18 Yanvar 13:41
Milli Məclisin deputatı Ağalar Vəliyev: Çox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq
18 Yanvar 13:17
Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək
18 Yanvar 13:08
Şuşa şəhərinədək 101,5 kilometrlik xidməti yol istifadəyə verilib
18 Yanvar 12:52
Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi
18 Yanvar 12:38
Vaksinasiya COVID-19-la mübarizədə mühüm amildir
18 Yanvar 12:10
"Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq
18 Yanvar 11:58
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq
18 Yanvar 11:56
Agentlik sədri: “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”
18 Yanvar 11:54
Oqtay Şirəliyev: “Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşısı "Sinovac" şirkətinin vaksinidir”
18 Yanvar 11:47
Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini
18 Yanvar 11:44
Azərbaycan pandemiya ilə mübarizə tədbirlərinə görə liderlər arasında yer alıb
18 Yanvar 11:42
Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini
18 Yanvar 11:21
Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub
18 Yanvar 11:15
Polietilen torba istehsalçıları ilə əmtəə bazarındakı vəziyyət müzakirə olunub
18 Yanvar 11:11
Azərbaycanda vaksinasiya prosesi başlayıb
18 Yanvar 11:09
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +7