Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ-ın Ceymstaun Fondunun dərgisində Moskva görüşünə dair məqalə dərc olunub

ABŞ-ın Ceymstaun Fondunun dərgisində Moskva görüşünə dair məqalə dərc olunub

13.01.2021 [16:17]

ABŞ-ın Ceymstaun Fondunun “Eurasia Daily Monitor” dərgisində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun “Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli sammiti” sərlövhəli məqaləsi dərc edilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, məqalədə görüşün keçirildiyi regional siyasi kontekst və onun yekunları təhlil olunur.

Müəllif qeyd edir ki, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada baş tutmuş görüşü üç liderin 2020-ci il noyabrın 10-da imzaladığı və 44 günlük İkinci Qarabağ müharibəsinə son qoyan birgə bəyanatının davamı idi.

“Putin-Əliyev-Paşinyan görüşü, ilk növbədə, 10 noyabr tarixli üçtərəfli bəyanatın doqquzuncu bəndinə (yəni, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, bölgədəki infrastruktur layihələrinin inkişafına) əsaslanan başqa bir sənədin imzalanması ilə başa çatdı. Dörd bənddən ibarət yeni sənəddə Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin həmsədrliyi ilə işçi qrupu yaradıldığı elan olundu. İşçi qrup keçənilki atəşkəs bəyanatının 9-cu bəndinin icrasını təmin etməli, fəaliyyət proqramını və onların həyata keçirilmə cədvəlini üç dövlət tərəfindən martın 1-dək ən yüksək səviyyədə təsdiqlənməsi üçün təqdim etməlidir. Sənəddə prioritet olaraq dəmir yolu və avtomobil əlaqəsinin yaradılması, Azərbaycan və Ermənistan üzərindən beynəlxalq daşımaların və iki ölkənin bir-birinin əraziləri üzərindən yük tranzitinin təmin edilməsi göstərilib”, - deyə müəllif yazır.

Bildirilir ki, görüşdən sonra liderlər tərəfindən regionun gələcəyinə dair müsbət mesajlar verilib. Belə ki, Rusiya Prezidentinin daha əvvəl verdiyi bəyanatlara istinad edən Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin artıq keçmişdə qaldığını və indi regionun gələcək inkişafını müzakirə etməyin vaxtı çatdığını bildirib. Ermənistanın baş nazirinin bəyanatında münaqişənin hazırki mərhələsi ilə bağlı fikir ayrılığı ifadə edilsə də, o da nəqliyyat və iqtisadi əlaqələrin bərpasının bölgənin iqtisadi mənzərəsini tamamilə dəyişəcəyini deyib.

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30