Son otuz ildə Yer kürəsində müxtəlif səbəblərdən təxminən 420 milyon hektar meşə sahəsi itirilib. Meşələrin yox olması çoxsaylı vəhşi flora və fauna növlərinin yox olmasına səbəb olur.
Bu barədə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Dundyu məlumatı verib. Bildirilib ki, dünya meşələrinin yarıdan çoxu beş ölkənin: Rusiya, Braziliya, Kanada, ABŞ və Çinin payına düşür.
Ümumdünya Vəhşi Təbiət Fondunun ekspertlərinin bildirdiyinə görə, Rusiyada 247 milyon hektar ilkin, insan ayağı dəyməmiş meşə var. Amma onların ildə 1,6 milyon hektardan çox yoxa çıxır və bu proses getdikcə sürətlənir. Vurğulanıb ki, meşəsizləşmə prosesinin və biomüxtəlifliyin itirilməsinin qarşısının alınması üçün istehsal üsullarını və ərzaq istehlakının miqyasını yenidən nəzərdən keçirmək lazımdır.
- Oxunub: 2370 |
- Tarix: 13-01-2021 |
-
Çap et |