İranın İRNA rəsmi informasıya agentliyinin saytında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən görüşü və əldə olunan razılaşma haqqında analitik məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, yazıda münaqişənin tarixi və Azərbaycanın tarixi ərazilərinin işğala məruz qalması barəsində geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, ATƏT-in Minsk qrupu 30 il müddətində münaqişəni həll edə bilmədi və nəhayət Azərbaycan öz ərazilərini hərbi yolla işğaldan azad etdi.
Məqalədə qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada keçirilən görüşdə Ermənistanın baş naziri çox gərgin və əsəbi idi. Bu, da başadüşüləndir. Müharibədə Ermənistanın məğlubuyyətə uğraması Nikol Paşinyanın hakimiyyətdəki mövqeyini zəiflədib. Elə bu səbəbdəndir ki, N.Paşinyan danışıqların nəticəsindən narazı qaldığını bildirib. Hazırda N.Paşinyanın vəziyyəti ürəkaçan deyil. Ermənistanda onun istefası tələb olunur.
Lakin Azərbaycan Prezidenti İlham Əliyev sakit və təmkinli idi. Razılaşmadan və onun həyata keçirilmə qaydasından tamamilə məmnun kimi görünən Azərbaycan Prezidenti üçtərəfli bəyanatın imzalanmasını yüksək qiymətləndirib.
- Oxunub: 1620 |
- Tarix: 13-01-2021 |
-
Çap et |