Ana səhifə »  Xəbər lenti »  Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in vebinarında iştirak edib
A+   Yenilə  A-
Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in vebinarında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə yanvarın 12-də Beynəlxalq Dialoq Mərkəzinin (KAICIID) vebinarında iştirak etdi. KAICIID Təşkilatının Baş katibi Feysal bin Müəmmarın giriş sözü ilə açılan vebinar yeni ilin ilk iclası olaraq ötən ilin yekunları və qarşıdakı fəaliyyətlər ilə bağlı fikir mübadiləsinə həsr olunub.

QMİ-nin mətbuat xidmətindən AZƏRTYAC-a bildiriblər ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadə vebinarda çıxış edib. Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını iştirakçıların diqqətinə çatdıran şeyxülislam A.Paşazadə 2020-ci ilin dünya birliyi, bəşəriyyət üçün ciddi sınaqlar ili olduğunu, hələ də qalmaqda olan pandemiyanın məcburi məhdudiyyət tədbirləri ilə bilavasitə ünsiyyət və təmasların qarşısını aldığını, ictimai-mədəni tədbirlərin, o cümlədən kütləvi dini mərasim və ayinlərin təxirə salındığını qeyd edib. Lakin Uca Yaradanın lütfü ilə iman və inamla həyata keçirilən fəaliyyətləri davam etdirərək müasir ünsiyyət imkanları vasitəsilə dialoq qurmaqla zəmanənin çağırışlarına uyğun cavab vermək, bizi birləşdirən dəyərlər ətrafında cəm olaraq ümumbəşəri problemləri birgə müzakirə imkanlarının səngimədiyini diqqətə çatdırıb.

A.Paşazadə 2021-ci ilin bütün dünyada, yaşadığımız bölgələrdə əmin-amanlıq, sabitlik və rifah ili olması üçün Uca Yaradana dualar edib. QMİ sədri ədalətli Vətən müharibəsini qalibiyyətlə başa vurmuş, müharibənin acı reallıqlarının, itki və dağıntılarının şahidi olan ölkənin nümayəndəsi kimi sidq-ürəkdən arzu edib ki, Yer üzündə müharibələr olmasın, bu münaqişələrdən əziyyət çəkən insanların məşəqqətləri sona yetsin, insanlar öz doğma yurdlarından qaçqın düşməsin, məcburi köçkün həyatı sürməyə vadar olmasın, miqrant fəlakətləri davam etməsin, dini, milli zəmində ayrı-seçkilik halları baş verməsin, dini-mənəvi abidələr məhv olmasın, dini məbədlərə həqarət edilməsin, şəhər və kəndlər viran qoyulmasın, dinc mülki əhali, uşaq, qadın və qocalar qətlə yetirilməsin.

Şeyxülislam A. Paşazadə qeyd edib ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası ənənəvi dinlərin təlqin etdiyi humanist mənəvi dəyərlərdən keçir. Dünyanı, bəşəriyyəti qorumaq üçün insanlar bu dəyərlər ətrafında vəhdət yaratmalı, bütün dinlər səylərini birləşdirməlidirlər. Bu dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma, sivilizasiyalar, dinlər arası əməkdaşlıq önəmli yer tutur. Bu gün sülhün qorunması probleminin həllində, beynəlxalq müstəvidə ədalətin təminində, habelə terror, ksenofobiya, antisemitizm, islamofobiya, xristianofobiya, ekstremizm və radikalizmin, irqçilik, neofaşizm təzahürlərinin, nifrətə çağırışların qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı hər zamankından daha vacibdir. QMİ sədri ötən il ərzində pandemiyaya baxmayaraq, böyük uğurlara imza atan KAICIID təşkilatının bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Din xadimlərinin yeganə vasitəsinin söz, dua, Uca Yaradanın yoluna dəvət edən moizə olduğunu vurğulayan QMİ sədri arzu edib ki, 2021-ci il bəşəriyyət üçün yeni imkanlar və uğurlar ili olsun, pandemiya bəlasından birgə xilas olaq, dünyada gedən proseslər, birgə səylərimiz xeyirlərə vəsilə olsun. Çıxışını “Qurani-Kərim”dən ayə ilə bitirən şeyxülislam vebinar iştirakçılarına öz dini inanclarına uyğun şəkildə dualar etməyi təklif edib ki, Ulu Rəbbimiz dünyanı bütün bəlalardan hifz etsin, insanlıq naminə ən xoş arzularımız həyata keçsin.

Şeyxülislam A. Paşazadə ilə yanaşı, Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik Şurasının sədri Kardinal Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Məhəmməd Sammak, Kenterberi Arxiyepiskopunun dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram, habelə İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid vebinarda çıxış ediblər.

Yeni təqvim ilində pandemiyanın fəsadlarına rəğmən insanların ümid və daha böyük səylə fəaliyyətlərini davam etdirmələri, mənəvi dəyərlərə istinadən bütün problemlərin öhdəsindən gəlmələri üçün dualar oxunub.

Onlayn sessiya məhsuldar keçib.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  13-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

27 Yanvar 20:24
“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib
27 Yanvar 19:25
Rafael Hüseynov: Ermənistan gələcəyini düşünürsə, qarşıdurma cəhdlərindən əl çəkməlidir
27 Yanvar 19:18
Mikayıl Cabbarov: SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq
27 Yanvar 18:31
Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin bələdiyyə nümayəndələri ilə görüş keçirilib
27 Yanvar 18:26
Rusiya Prezidenti Qarabağa dair üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edib
27 Yanvar 18:21
Yaponiyanın səfiri “ASAN xidmət”də
27 Yanvar 18:12
Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 18:10
Vüqar Rəhimzadə: Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq
27 Yanvar 18:09
Polis əməkdaşları ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndiriblər
27 Yanvar 17:58
Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
27 Yanvar 17:54
Malik Həsənov: Azərbaycan gələcək illərdə İKT sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək
27 Yanvar 17:52
Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir
27 Yanvar 17:50
Pərvin Kərimzadə: “Böyük Qayıdış” işğaldan azad olmuş torpaqları dircəldəcək
27 Yanvar 17:44
Nigar Arpadarai: Azərbaycan ərazilərində saxlananlar “müharibə əsirləri” deyil, diversant və terrorçu qruplardır
27 Yanvar 17:34
Qənirə Paşayeva: Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün vacib layihələr həyata keçirir
27 Yanvar 17:31
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
27 Yanvar 17:30
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
27 Yanvar 17:19
Azərbaycanın xarici işlər naziri ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
27 Yanvar 17:16
Hikmət Hacıyev: Prezident İlham Əliyevin təşəbbüskarı olduğu 3+3 formatı dövlətlər arasındakı sıx əlaqələri, inteqrasiyanı nəzərdə tutan ideyadır
27 Yanvar 17:14
Yeni kitab: “Münxendən başlayan zəfər”
27 Yanvar 16:43
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir
27 Yanvar 16:33
Azərbaycanda koronavirusdan 601 nəfər sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb
27 Yanvar 16:20
Naxçıvan nümayəndəliyinin rəhbəri Əfqanıstan səfiri ilə görüşüb
27 Yanvar 16:12
Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi
27 Yanvar 16:11
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazırdır
27 Yanvar 16:03
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
27 Yanvar 16:01
ÜST: Koronavirusa qarşı peyvəndin çatdırılmasında problemlər mövcuddur
27 Yanvar 16:00
ÜST: Hazırda 52 ölkədə vaksinasiya aparılır
27 Yanvar 15:53
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
27 Yanvar 15:43
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır
27 Yanvar 15:43
Hikmət Hacıyev: Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən siyasət qardaş ölkələrimiz arasındakı münasibətləri nümunəvi səviyyəyə çatdırıb
27 Yanvar 15:41
Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
27 Yanvar 15:35
Prezident İlham Əliyev Şuşanın bərpası və gələcək həyatı ilə bağlı tapşırıqlar verib
27 Yanvar 15:30
UEFA Avropa çempionatının təşkilatçılarının sayını azaltmaq niyyətində deyil
27 Yanvar 15:25
Elektron Hökumətin İnkişafı Mərkəzi ilin yekunlarına dair hesabat təqdim edib
27 Yanvar 14:58
Prezident: Şuşanın bərpası, dirçəlməsi işləri planlı şəkildə aparılmalıdır
27 Yanvar 14:42
Prezident İlham Əliyev: Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir
27 Yanvar 14:40
YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsi zamanı şəhid olmuş hərbiçilərin ailələri və qazilərlə görüşlərini davam etdirir
27 Yanvar 14:37
Prezident İlham Əliyev: Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən almışıq
27 Yanvar 14:34
Fuad Nağıyev: Rayonlararası hərəkətin bərpa olunması regionlarda yerləşən hotellərdə canlanma yaradıb
27 Yanvar 14:28
Prezident: Ermənilər nə qədər çalışsalar da, Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməyiblər
27 Yanvar 14:20
Prezident İlham Əliyev: Biz Şuşanı qoruyacağıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq
27 Yanvar 14:19
Məşhur fotoqraf Reza Deqati Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib
27 Yanvar 14:14
Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
27 Yanvar 14:01
Nazir: Ötən il qeyri-neft-qaz sektoru üzrə vergidaxilolmaları 5,6 milyard manat olub
27 Yanvar 13:24
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu ərazilərdə fəaliyyəti yüksək qiymətləndirilib
27 Yanvar 13:21
Kamilə Əliyeva: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyada güclü bir dövlətə çevrilib
27 Yanvar 13:19
İstanbulda təbii fəlakətlərə qarşı təhlükəli bölgələrdə yenidənqurma işlərinə başlanılıb
27 Yanvar 13:12
Süni intellekt sahəsində dünya lideri kimdir?
27 Yanvar 13:05
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
27 Yanvar 13:03
Yoluxmanın nəticələrinə əsasən V-IX siniflərdə dərslərin açılması ilə bağlı qərar veriləcək
27 Yanvar 12:59
Azərbaycanla Britaniyanın energetika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
27 Yanvar 12:48
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb
27 Yanvar 12:47
Əsas kapitala yönəldilmiş vəsaitin 1 milyon manatı poçt və kuryer fəaliyyətinə sərf olunub
27 Yanvar 12:47
Mehriban Vəliyeva: Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində monitorinqlər aparılacaq
27 Yanvar 12:33
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib
27 Yanvar 12:32
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçib
27 Yanvar 12:12
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
27 Yanvar 12:06
“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib
27 Yanvar 11:52
Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir
27 Yanvar 11:41
UNESCO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub
27 Yanvar 11:30
Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub
27 Yanvar 11:12
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır
27 Yanvar 11:08
Banklar Assosiasiyası Ədliyyə Nazirliyi ilə icra prosesində yaranan məsələlərin həlli yollarını müzakirə edib
27 Yanvar 11:05
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
27 Yanvar 11:01
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 09:41
Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”
27 Yanvar 09:23
Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub
27 Yanvar 09:19
Küləklə sovrulanlar...
27 Yanvar 09:16
“Biz qalib gəldik”

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+2 +5