Ana səhifə »  Xəbər lenti »  Hikmət Babaoğlu: Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək
A+   Yenilə  A-
Hikmət Babaoğlu: Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək

"Azərbaycanda yeni yaradılan Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək". Bunu Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər: "Bu qərar müasir media və informasiya münasibətlərinin yeni əsaslarda tənzimlənməsini təmin edəcək. Eyni zamanda, milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Məsələ ondadır ki, milli informasiya məkanımızda keyfiyyət dəyişikliklərinin yaradılması zərurəti hər bir media mənsubu tərəfindən dərk edilən, hətta deyərdim ki, arzuedilən bir həqiqət idi. Bunu zəruri edən təkcə klassik medianın ənənəvi problemləri deyildi. Eyni zamnda, hazırda ən müxtəlif internet resurslarında ən müxtəlif adlarda formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biri idi. Milli informasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimzə təsiri məsələləri kompleks şəkildə yanaşma tələb etməklə sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məsələlərini aktuallaşdırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası, yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilə bilməməsi gerçəkliyi idi. Əgər daha açıq danışmalı olsaq, milli mediamızın qlobal informasiya məkanına çıxışının məhdud olması və burada Azərbaycanın informasiya maraqlarının təmin olunmaması idi. Yəni mövcud informasiya subyektlərimizin transmilli media statusunda keyfiyyətli və milli maraqlarımıza uyğun olan iştirakçılığı arzuedilən səviyyədə deyidi. Bu boşluqdan istifadə edən bəzi "yumşaq güc" mərkəzləri milli media məkanımızı daim təzyiq altında saxlayır, onun üzərində dominantlıq etməklə, əslində, bizim informasiya gündəmimizi təyin edirdi”.

Hikmət Babaoğlu vurğulayıb ki, milli informasiya məkanımızın gündəminin başqaları tərəfindən təyin edilməsi cəhdləri isə milli maraqlarımızla daban-dabana ziddiyyət təşkil edirdi: “Çox təəssüf ki, əksər hallarda nə media ilə bağlı yaradılmış ixtisaslaşmış müxtəlif ictimai qurumlarımız, nə də digər strukturlarımız buna qarşı effektiv müqavimət nümayiş etdirə bilmirdilər. Nəticədə milli informasiya məkanımız manipulyasiyaya məruz qalır, beləliklə də, milli təhlükəsiziliyimizin əsas komponentlərindən olan informasiya təhlükəsizliyimiz pozulurdu. Ona görə də müxtəlif vaxtlarda bu problemləri həll etmək üçün müəyyən cəhdlər olsa da, effektiv nəticə əldə etmək mümkün olmadı. Çünki problemin həlli kompleks və əsaslı yanaşma tələb etdiyi halda, kosmetik və parakəndə yanaşma tətbiq etməklə həll edilməyə cəhd göstərilirdi. Hazırda yeni təsis edilən Medianın İnkişfı Agentliyi isə məhz bu problemlərin həllinə kompleks yanaşma ilə effektiv həll imkanları yaradır. Bunun üçün yeni yaranmış qurumun nizamnaməsinə nəzər salmaq kifayətdir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yaradılan yeni qrumun fəaliyyətinin tətbiqi sahəsi sadəcə çap mediası ilə məhdudlaşmır, onun imkanlarından digər bütün media subyektlərinin yararlanması şərtləri formalaşır. Bu, çox mühüm yenilikdir. Ona görə ki, agentlik, xəbər portalları, elektron media vasitələri, internet tv və s. kimi çoxsaylı informasiya subyektlərinin informasiya istehsal etməsi və onu istehlakçıya çatdırması çap medası ilə müqayisədə dəfələrlə çoxdur. Deməli, yeni yaradılan qurum bu qədər zəngin və effektiv informasiya resursları ilə əməkdaşlıq etmək üçün yeni imkanlar əldə edibdir.

İkinci mühüm məsələ yeni qurumun media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirmək səlahiyyətinin olmasıdır ki, bu da yuxarıda deiyimiz kimi əslində, beynəlxaq və transmilli media ilə əməkdaşlıq çərçivəsində qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkilidir”.

Deputat vurğulayıb ki, başqa bir məsələ Medianın İnkişafı Agentliyinin məhz bu əməkdaşlığı təmin edəcək kadr potensialını formalaşdıra bilmək imkanlarıdır: “Yəni jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirilməsi, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirməsi, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də yeni yaradılan qurumun məqsədlərindən biri kimi müəyyənləşdirilib.

Bundan başqa, daha iki mühüm məsələ var ki, onların üzərində ayrıca dayanmaq lazımdır. Bunlardan biri dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirilməsidir. Bu məsələnin əhəmiyyətinə gəldikdə isə qeyd etmək lazımıdr ki, daxili informasiya mübadiləsi prosesinin və informasiya mənbələrinə birbaşa çıxışın səmərəli təşkilindən uzun illərdir danışsaq da, burada etimad mühitinin və qarşılıqlı əlaqələrin arzuedilən səviyyədə olmadığını hamımız yaxşı bilirdik. Yeni yaradılan qurumun fəaliyyət istiqamətlərindən birinin məhz bu sahə olması da həmin problemin həll ediləsinə ciddi töhfələr verə bilər. İknicisi isə, qurumun səlahiyyətləri içərisində çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verə bilmək səlahiyyətinin olmasıdır. Əslində, uzun illərdir bu funksiyanı media üzrə ixtisaslaşmış ictimai təşkilatlar həyata keçirməli olsa da, nəticədə bəlli oldu ki, həmin sahədəki problemlər ötən illər ərzində öz həllini tapa bilmədi.

Ümid etmək olar ki, yeni qurum bu sahədə də öz işini səmərəli qura biləcək. Bütün bunlarla yanaşı, qanunvericilik bazasının yeni tələblər əsasında təkmilləşdirilməsi, yaxud yenilənməsi, marifləndirmə işinin təşkili, müvafiq konsepsiyaya uyğun olaraq müxtəlif layihələrin həyata keçirilməsi və.s kimi digər xeyli sayda yeni vəzifə və hüquqlar müəyyənləşdirilib ki, onların hər biri ayrılıqda mediamızın inkişafına təkan verəcək faktor qismində çıxış edəcək".

Baş redaktor deyib: "Ona görə də Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək”.

 
  • Oxunub:  3510  |  
  • Tarix:  13-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

27 Yanvar 19:25
Rafael Hüseynov: Ermənistan gələcəyini düşünürsə, qarşıdurma cəhdlərindən əl çəkməlidir
27 Yanvar 19:18
Mikayıl Cabbarov: SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq
27 Yanvar 18:31
Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin bələdiyyə nümayəndələri ilə görüş keçirilib
27 Yanvar 18:26
Rusiya Prezidenti Qarabağa dair üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edib
27 Yanvar 18:21
Yaponiyanın səfiri “ASAN xidmət”də
27 Yanvar 18:12
Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 18:10
Vüqar Rəhimzadə: Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq
27 Yanvar 18:09
Polis əməkdaşları ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndiriblər
27 Yanvar 17:58
Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
27 Yanvar 17:54
Malik Həsənov: Azərbaycan gələcək illərdə İKT sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək
27 Yanvar 17:52
Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir
27 Yanvar 17:50
Pərvin Kərimzadə: “Böyük Qayıdış” işğaldan azad olmuş torpaqları dircəldəcək
27 Yanvar 17:44
Nigar Arpadarai: Azərbaycan ərazilərində saxlananlar “müharibə əsirləri” deyil, diversant və terrorçu qruplardır
27 Yanvar 17:34
Qənirə Paşayeva: Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün vacib layihələr həyata keçirir
27 Yanvar 17:31
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
27 Yanvar 17:30
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
27 Yanvar 17:19
Azərbaycanın xarici işlər naziri ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
27 Yanvar 17:16
Hikmət Hacıyev: Prezident İlham Əliyevin təşəbbüskarı olduğu 3+3 formatı dövlətlər arasındakı sıx əlaqələri, inteqrasiyanı nəzərdə tutan ideyadır
27 Yanvar 17:14
Yeni kitab: “Münxendən başlayan zəfər”
27 Yanvar 16:43
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir
27 Yanvar 16:33
Azərbaycanda koronavirusdan 601 nəfər sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb
27 Yanvar 16:20
Naxçıvan nümayəndəliyinin rəhbəri Əfqanıstan səfiri ilə görüşüb
27 Yanvar 16:12
Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi
27 Yanvar 16:11
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazırdır
27 Yanvar 16:03
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
27 Yanvar 16:01
ÜST: Koronavirusa qarşı peyvəndin çatdırılmasında problemlər mövcuddur
27 Yanvar 16:00
ÜST: Hazırda 52 ölkədə vaksinasiya aparılır
27 Yanvar 15:53
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
27 Yanvar 15:43
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır
27 Yanvar 15:43
Hikmət Hacıyev: Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən siyasət qardaş ölkələrimiz arasındakı münasibətləri nümunəvi səviyyəyə çatdırıb
27 Yanvar 15:41
Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
27 Yanvar 15:35
Prezident İlham Əliyev Şuşanın bərpası və gələcək həyatı ilə bağlı tapşırıqlar verib
27 Yanvar 15:30
UEFA Avropa çempionatının təşkilatçılarının sayını azaltmaq niyyətində deyil
27 Yanvar 15:25
Elektron Hökumətin İnkişafı Mərkəzi ilin yekunlarına dair hesabat təqdim edib
27 Yanvar 14:58
Prezident: Şuşanın bərpası, dirçəlməsi işləri planlı şəkildə aparılmalıdır
27 Yanvar 14:42
Prezident İlham Əliyev: Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir
27 Yanvar 14:40
YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsi zamanı şəhid olmuş hərbiçilərin ailələri və qazilərlə görüşlərini davam etdirir
27 Yanvar 14:37
Prezident İlham Əliyev: Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən almışıq
27 Yanvar 14:34
Fuad Nağıyev: Rayonlararası hərəkətin bərpa olunması regionlarda yerləşən hotellərdə canlanma yaradıb
27 Yanvar 14:28
Prezident: Ermənilər nə qədər çalışsalar da, Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməyiblər
27 Yanvar 14:20
Prezident İlham Əliyev: Biz Şuşanı qoruyacağıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq
27 Yanvar 14:19
Məşhur fotoqraf Reza Deqati Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib
27 Yanvar 14:14
Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
27 Yanvar 14:01
Nazir: Ötən il qeyri-neft-qaz sektoru üzrə vergidaxilolmaları 5,6 milyard manat olub
27 Yanvar 13:24
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu ərazilərdə fəaliyyəti yüksək qiymətləndirilib
27 Yanvar 13:21
Kamilə Əliyeva: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyada güclü bir dövlətə çevrilib
27 Yanvar 13:19
İstanbulda təbii fəlakətlərə qarşı təhlükəli bölgələrdə yenidənqurma işlərinə başlanılıb
27 Yanvar 13:12
Süni intellekt sahəsində dünya lideri kimdir?
27 Yanvar 13:05
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
27 Yanvar 13:03
Yoluxmanın nəticələrinə əsasən V-IX siniflərdə dərslərin açılması ilə bağlı qərar veriləcək
27 Yanvar 12:59
Azərbaycanla Britaniyanın energetika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
27 Yanvar 12:48
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb
27 Yanvar 12:47
Əsas kapitala yönəldilmiş vəsaitin 1 milyon manatı poçt və kuryer fəaliyyətinə sərf olunub
27 Yanvar 12:47
Mehriban Vəliyeva: Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində monitorinqlər aparılacaq
27 Yanvar 12:33
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib
27 Yanvar 12:32
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçib
27 Yanvar 12:12
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
27 Yanvar 12:06
“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib
27 Yanvar 11:52
Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir
27 Yanvar 11:41
UNESCO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub
27 Yanvar 11:30
Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub
27 Yanvar 11:12
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır
27 Yanvar 11:08
Banklar Assosiasiyası Ədliyyə Nazirliyi ilə icra prosesində yaranan məsələlərin həlli yollarını müzakirə edib
27 Yanvar 11:05
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
27 Yanvar 11:01
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 09:41
Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”
27 Yanvar 09:23
Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub
27 Yanvar 09:19
Küləklə sovrulanlar...
27 Yanvar 09:16
“Biz qalib gəldik”
27 Yanvar 09:11
YAP Suraxanı rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+2 +5