Ana səhifə »  Xəbər lenti »  Teymur Kərimli: Nizami irsi Azərbaycan xalqının yetişdirdiyi qlobal ədəbi hadisədir
A+   Yenilə  A-
Teymur Kərimli: Nizami irsi Azərbaycan xalqının yetişdirdiyi qlobal ədəbi hadisədir

Müsahibimiz AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir:
– Teymur müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyəti nədən ibarətdir?
– Nizami Gəncəvi dünya ədəbiyyatının və mədəniyyətinin nadir şəxsiyyətlərindən biridir. Prezident İlham Əliyevin Nizami Gəncəvi yaradıcılığına xüsusi əhəmiyyət verməsi heç də təsadüfi deyil. Nizami öz yaradıcılığı ilə yeni bir ədəbi hadisənin başlanğıcının əsasını qoyub.
Nizami dühası bu gün də dünya ədəbi-mədəni və ictimai-fəlsəfi fikrində öz mövqeyi, sayı-sanbalı olan qlobal əhəmiyyətli fenomenal hadisələrdən biridir. Buna görədir ki, dünya ədəbi-elmi fikrində Nizami sənətinə olan maraq heç vaxt səngimir, zaman-zaman şairin ölməz əsərləri istər Qərb, istərsə də Şərq dillərinə tərcümə edilərək bəşəriyyətin mənəvi kamilləşməsi prosesində öz rolunu oynayır.
Nizami Gəncəvi təkcə Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının inkişafında da xüsusi rol oynayıb. Təbii ki, iki il əvvəl “Nəsimi İli”nin elan edilməsinə ədəbiyyatımız, mədəniyyətimiz, ictimai fikrimiz nə qədər sevinmişdisə, 2021-ci ilin də “Nizami Gəncəvi İli”nin elan edilməsinə də o qədər sevinir. Əminik ki, bu Sərəncam Nizami Gəncəvi irsinin dünyada daha yüksək səviyyədə tanınmasında çox böyük əhəmiyyətə malik olacaq. Nizami irsinin öyrənilməsi yalnız Azərbaycanda həyata keçirilmir. Bu irs dünyada öyrənilir. Nizaminin əsərləri hələ onun öz dövründə ətraf regionda, Yaxın Şərqdə, eləcə də Türkiyədə yaxşı tanınırdı və Nizami irsi çox yüksək qiymətləndirilirdi. Nizami öz dövründə hətta uzaq Hindistanda belə, çox yaxşı tanınırdı. Amma bir fakt dəyişməzdir ki, Nizami Azərbaycan torpağının yetirməsi, Azərbaycan şairidir.
– Nizami Gəncəvinin ümumbəşəri şair olduğunu qeyd etdiniz. Bəs onun yaradıcılığında təmsil etdiyi xalqın zəngin irsi nə dərəcədə öz ifadəsini tapır?
– İstər şairin özü, istərsə də ondan sonra Nizami haqqında yazılmış bütün orta əsr qaynaqları bu böyük sənətkarın 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Atabəylər dövlətinin  paytaxtlarından biri olmuş Gəncə şəhərində doğulduğunu və ömrü boyu Azərbaycanda – Gəncədə yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edir. XII əsrdə Atabəylər dövlətinin inkişaf etmiş şəhərlərindən olan Gəncə kitabxanalarında antik dövrə aid çox qiymətli əsərlər olub ki, Nizami Gəncəvi də öz əsərlərində ondan istifadə edib.
Nizaminin yaşadığı dövrdə və ondan da xeyli əvvəl Gəncə şəhəri və onun ətrafında yaşayan əhalinin əsas hissəsini türklərin təşkil etdiyi, Cənubi Qafqazın mədəni, ictimai və siyasi proseslərində mühüm rol oynadığı da, eramızın II yüzilliyindən, yəni Nizami dövründən hələ min il əvvəl roma tarixçiləri və coğrafiyaçıları, V əsrdən başlayaraq isə bizans, gürcü və ərəb tarixçiləri tərəfindən təsdiq edilib. Onun əsərlərində öz doğma xalqına – türk etnosuna məhəbbəti açıq-aşkar duyulmaqdadır.
Nizaminin bütün yaradıcılığından qırmızı xətt kimi keçən dərin humanizm və sosial ədalət motivləri onun lirikasında da özünü qabarıq şəkildə göstərməkdədir.
Nizami sənətinin möhtəşəmliyi və əzəməti isə daha çox onun epik əsərlərində özünü göstərir. İlk poeması olan “Sirlər xəzinəsi”ndə Nizamini dərin inamlı, əqidəli mömin bir dinşünas, eyni zamanda elmşünas və insanşünas kimi görürük. Ənənəvi giriş hissədən, iyirmi söhbət və hər söhbətin mövzusuna uyğun olan iyirmi hekayətdən ibarət olan əsas hissədə Nizami fəlsəfi-didaktik bir formada onu düşündürən bəşəri problemləri ecazkar sənətinin qüdrəti ilə oxucusuna çatdıraraq, onun qəlbində ülvi duyğular oyatmağa nail olub. Bütövlükdə, Nizami yaradıcılığında nəsihətlər, fəlsəfi fikirlər, humanizm ideyaları  onun əsərlərini, doğrudan da, həyat sirlərinin zəngin xəzinəsinə çevirir.
– Məlumdur ki, Nizami Gəncəvinin əlyazmaları dünyanın bir sıra ölkələrinin arxivlərində var. Dahi şairin yeni əlyazmalarının tapılması istiqamətində hansısa işlər görülürmü?
– Nizami irsi Azərbaycan xalqının yetişdirdiyi qlobal ədəbi hadisədir. Nizaminin əsərlərinə hələ onun sağlığından nəzirələr yazılmağa başlanılıb və Nizami ədəbi məktəbinin davamı olaraq, bu proses indiyədək bütün dünyada davam edir. Bu gün dünya humanizm fikrinin inkişafında Nizami irsinin xüsusi rolu var.
Nizami Gəncəvinin əlyazmaları bütün dünyada yayılıb. Hətta ABŞ-da, İngiltərədə də Nizaminin əlyazmaları var. Azərbaycanda AMEA-nın Əlyazmalar İnstitutunda Nizaminin onlarla əlyazması var ki, onların arasında Azərbaycan və Yaxın Şərq rəssamlarının çəkdiyi miniatürlər xüsusilə yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan nizamişünaslığının çox zəngin qaynağı var. Bu qaynaq da Əlyazmalar İnstitutunda toplanılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi imkanından yararlanaraq Nizaminin dünya kitabxanalarında, şəxsi kolleksiyalarda indiyədək bizə tanış olmayan əlyazmalarının tapılmasına çox böyük diqqət ayırmalıyıq və onların surətlərini axtarıb tapmalıyıq.
Nardar BAYRAMLI

 
  • Oxunub:  2250  |  
  • Tarix:  13-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

19 Yanvar 18:50
ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb
19 Yanvar 18:24
BDU-da “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Yanvar 18:19
Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avandanlığı gətirilib
19 Yanvar 18:17
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
19 Yanvar 18:12
AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
19 Yanvar 18:01
Milli Məclisin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb
19 Yanvar 17:57
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib
19 Yanvar 17:56
Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
19 Yanvar 17:47
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 17:45
Bağdad Amreyev 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edib
19 Yanvar 17:42
Vladimir Kreydenko: Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu
19 Yanvar 17:40
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqladırılıb
19 Yanvar 17:36
Seyid Abbas Müsəvi: İranla Azərbaycan arasında faydalı razılaşmalar əldə edilib
19 Yanvar 17:32
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
19 Yanvar 17:32
ADNSU Hindistanın Mühəndislik və Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək
19 Yanvar 17:26
Prezident: Qarabağdakı tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm
19 Yanvar 17:26
Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir
19 Yanvar 17:22
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
19 Yanvar 17:19
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
19 Yanvar 17:18
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
19 Yanvar 17:12
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
19 Yanvar 17:10
Prezident İlham Əliyev: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
19 Yanvar 17:08
Ərəb KİV-ləri 20 Yanvar hadisələrindən bəhs edən məqalə yayıblar
19 Yanvar 16:50
YAP İdarə Heyətinin iclası keçirilmişdir
19 Yanvar 16:39
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
19 Yanvar 16:34
Müharibə və pandemiya reallıqları fonunda Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması ölkəmizin uğurlu inkişafının göstəricisidir
19 Yanvar 16:22
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək
19 Yanvar 16:20
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib
19 Yanvar 15:54
Azərbaycanda koronavirus infeksiyasından 949 nəfər sağalıb, 305 yeni yoluxma faktı qeydə alınıb
19 Yanvar 15:37
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
19 Yanvar 15:10
“Zəfər yolu” sentyabradək istifadəyə veriləcək
19 Yanvar 14:56
Vyetnam mətbuatı Azərbaycan Prezidentinin Füzuli və Şuşaya səfərindən yazır
19 Yanvar 14:52
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
19 Yanvar 14:52
Nazir müavini: Kəlbəcərdə ermənilərin törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır
19 Yanvar 14:46
Məhəmməd İslami: Yüklərin Azərbaycan üzərindən tranzit daşınması “Şimal-Cənub” dəhlizinin fəaliyyətini artıracaq
19 Yanvar 14:45
Vaqif Əsədov: Şaxtalı hava şəraitinin proqnozlaşdırılması ilə əlaqədar sürücülər son dərəcə diqqətli olmalıdırlar
19 Yanvar 14:43
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:41
Tengiz Txilava: Heç bir sağlam qüvvə ermənilərin yalan məlumatlarına inanmır
19 Yanvar 14:41
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:05
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib
19 Yanvar 14:03
Sabah paytaxtda sulu qar, qar yağacaq
19 Yanvar 13:36
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Şəkərcik kəndinin videogörüntülərini paylaşıb VİDEO
19 Yanvar 13:32
Umayra Tağıyeva: Ən hündür qar örtüyü Qax rayonun dağlıq ərazilərində müşahidə edilib
19 Yanvar 13:04
İndiyədək 2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb
19 Yanvar 12:58
Ədəbiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19 Yanvar 12:54
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 2747 vətəndaş qəbul edilib
19 Yanvar 12:48
Milli Məclisin insan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilir
19 Yanvar 12:30
İlk dərslər 20 Yanvar mövzusuna həsr edilib
19 Yanvar 12:29
Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5° enəcəyi gözlənilir
19 Yanvar 12:08
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
19 Yanvar 12:04
AzTV-də 20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq
19 Yanvar 11:51
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
19 Yanvar 11:50
Pərviz Şahbazov Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 11-ci Assambleyasında iştirak edib
19 Yanvar 11:46
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib
19 Yanvar 11:41
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
19 Yanvar 11:18
Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib
19 Yanvar 11:17
Keçən il Azərbaycana 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
19 Yanvar 11:13
Xınalıqda 15 santimetr qar, mənfi 7 dərəcə şaxta qeydə alınıb
19 Yanvar 11:13
20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
19 Yanvar 11:11
Ötən il icbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib
19 Yanvar 11:06
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
19 Yanvar 09:21
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
19 Yanvar 09:19
Arif Fərzəliyev: Moskva görüşü Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması baxımından yeni prespektivlər açır
19 Yanvar 09:18
Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir
19 Yanvar 09:16
Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir
19 Yanvar 09:13
Tahir Kərimli: Əldə edilən razılaşmalar Azərbaycanın maraqlarına uyğundur
19 Yanvar 09:11
Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir
19 Yanvar 09:06
Sübut Əsədov: Müharibə zamanı vətəndaşların dağıdılmış evlərinin bərpası dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biridir

19 Yanvar 09:05
Əli Kərimlinin tarixi təhrif etmək cəhdi əbəsdir

19 Yanvar 09:04
Ermənistanda siyasi qarşıdurma: gərginlik artır, ziddiyyətlər dərinləşir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+2 +4