Hazırda iybilmə hissinin itməsi yeni növ koronavirus (COVID-19) xəstəliyinin əsas simptomlarından biri kimi qəbul edilir. Sən demə, iybilmənin itməsi məşhur sağalmaz xəstəliyin əlamətlərindən biri imiş. Belə ki, “Lenta.ru”nun “Express” nəşrinə istinadən yaydığı məlumat görə, iybilmə hissinin itməsi (hiposmiya) Parkinson xəstəliyinin əsas simptomu da ola bilər. Parkinson Fondundan alınan məlumatlar əsasında hazırlanan xəbərdə qeyd edilir ki, bu diaqnoz qoyulan insanların 90 faizində xəstəliyin inkişafından bir neçə il əvvəl iybilmə hissinin itdiyi müşahidə edilib. Bəzi hallarda iybilmə hissinin itməsi, hətta diaqnoz qoyulmadan on il əvvəl baş verir.
Parkinson xəstəliyindən əvvəl iybilmə hissinin itməsinin hansı səbəbdən baş verdiyini alimlər tam olaraq müəyyən edə bilməyiblər. Ən populyar nəzəriyyəyə görə, bu sipmtomlar beynin qoxu hissini idarə edən iybilmə sinirində, habelə bağırsaqlarda da başlaya bilər.
- Oxunub: 1440 |
- Tarix: 12-01-2021 |
-
Çap et |