Ana səhifə »  Xəbər lenti »  Qənirə Paşayeva: Məğlubun sözü keçmir
A+   Yenilə  A-
Qənirə Paşayeva: Məğlubun sözü keçmir

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Bəlli olduğu kimi, bu üçtərəfli görüşün məqsədi hər üç liderin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli Bəyanatın gerçəkləşdirilməsinin gedişini, başqa sözlə, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair addımları müzakirə etmək idi. Azərbaycan bu görüşə qalib tərəf olaraq, Rusiyanın tərəfdaşlıq, qonşuluq jestlərini qiymətləndirərək qatılmışdı. Bu, Vətən müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Qənirə Paşayeva deyib: “Danışıqların nəticəsi olaraq, yeni Bəyanat imzalanıb. Tərəflər 10 noyabr Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə edib. Gəlin həmin bəndi və bu bənd haqqında Azərbaycan Prezidentinin fikirlərini olduğu kimi xatırlayaq:

“9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Azərbaycan Prezidenti ötən il noyabrın 10-da xalqa müraciətində deyib: “Xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı”.

Beləliklə, Moskva görüşü Azərbaycan Prezidentinin qətiyyətinin, prinsipiallığının yeni sənədlə təsbit və inkişafı deməkdir. Yeni Bəyanat 10 noyabr Bəyanatının məhz 9-cu bəndinə əsaslanır, o bənd məhz Azərbaycan prezidentinin təkidi ilə Bəyanata salınıb və Azərbaycan üçün, normal qonşuluq edə bilən bütün tərəflər, yeni tərəfdaşlar üçün çox önəmlidir. Burada ölkəmizin coğrafi mövqeyinin bizə qazandırdığı üstünlüklər, ölkə başçımızın, müzəffər Ordumuzun əldə etdiyi tarixi Zəfər sayəsində siyasi iradə ilə sabitlik və perspektiv qazanmış oldu.

“Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir!”. Ümummilli Liderin bu tarixi kəlamı üçtərəfli Bəyanatın icrası ilə birgə yeni imkanlar, yeni çağırışlarla bir daha öz parlaq təcəssümünü, ifadəsini və təsdiqini tapmış olacaq. O yol ki, Azərbaycanın regionlarını birləşdirəcək, Naxçıvanı blokadadan çıxaracaq; “Tarixi İpək Yolu”, “Mehri Yolu”, yaxud “Türk Yolu”, başqa sözlə, “Azərbaycan Yolu” olaraq, necə deyərlər, dünəni bu günə, bu günü sabaha daşıyacaq. Biz tarixin dünənində vardıq, bu gün varıq, sabah, əlbəttə, var olacağıq. Naxçıvanla Zəngilan arasında qara zolaq kimi mövcud olan “Uğursuz dövlət”in hakimiyyəti isə, uzağı 100 il öncələrdə bu torpaqlarda dövlət olaraq şəkillənib – dünəni yoxdur, bu günü bərbaddır, iqtisadiyyatı tənəzzül vəd edir – məğlub ölkədir; sabahı – özündən asılı deyil...

Digər tərəfdən, əgər yolun mədəniyyət siqlətini qəbul ediriksə, o zaman yenə əyani müqayisə imkanı yaranır: ermənilər bütün dövrlərdə bizim mədəniyyətimizdən bəhrələnib, təsirlənib və bir qədər də “irəli gedərək”, bizim mədəni irsimizi erməniləşdirmək, özününküləşdirmək xətti tutub. Elə yalnız bu yöndə onlarla fakt sadalamaq olar. Yüksək olan, güclü olan, yaxşı olan mənimsənilmiş sayıla bilər, kimsə özündə olanı, özününkündən daha zəif irsi niyə özününküləşdirmək istəsin, ondan niyə təsirlənsin ki? Deməli, Ermənistan cəmiyyəti yaradıcı yox, mədəniyyət istehlakçısı kimi təsnif edilə bilər. Bax, bütün bu və bənzəri olaylar, üçtərəfli Bəyanatın tam gücü ilə həyata keçdiyi vaxt istehlakçı ilə istehsalçını, üstünlə yenilmişi, imkanlarla imkansızlıqları, doğru ilə yalanı... avtomatik olaraq eyni müstəviyə daşıyacaq, müqayisə imkanı hər kəs üçün əlçatan olacaq. Erməni siyasi-hərbi rəhbərliyinin uzunmüddətli yalanları ilə aldadılmış erməni cəmiyyəti, gerçəklikləri daha aydın şəkildə, praktik müstəvi üzərində maddiləşmiş formada görüncə, yeni münasibətlər sistemi yaranacaq. Məsələn, Ermənistanda normal cəmiyyət quruculuğu, bizim Dağlıq Qarabağ bölgəmizdəki ermənilərin Azərbaycan vətəndaşlığından şərəf duyması, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini daşımaq üçün can atması sürətli bir proses olacaq. Əlbəttə, seçim onlarındır: Azərbaycanla mehriban davranmaq bir seçimdir – bu xilas seçiminin alternativi isə erməni cəmiyyəti üçün uçurumdur...

Beləliklə, üçtərəfli Bəyanat bir daha təsdiq edir ki, Moskva görüşü Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Respublikamız hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir, bu mövqeyini qoruyur və qoruyacaq.

Əlbəttə, indi bütün region ölkələri maraqlı olmalıdır ki, regionumuz bundan sonra davamlı və təhlükəsiz inkişafla təmin olunsun. Biz müharibə lazım olunca müharibə etdik, gücümüzü göstərdik. Əbədi müharibə olmur, müharibə bir tərəfli ziyan vurmur; o, son çarə olaraq meydana çıxır və nəticələri ilə sonrakı dönəmə təsir edir.

Prezident İlham Əliyevin dediyi kimi, “qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”.

Bir sözlə, Azərbaycan tərəfi görüşdə istədiyinə nail olub. Üçtərəfli Bəyanatın mətni, özəlliklə, humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması dediyimizi təsdiq edir. Yəni, rəsmi Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı da alınmayacaqdı. Bu, faktiki olaraq Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Respublikamız öz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə, eləcə də qardaş Türkiyə ilə bağlarını gücləndirəcək, ölkəmizin geoiqtisadi önəmi və əlbəttə, gəlirləri artacaq. Buraya tranzit daşımaları, ticarət, turizm sektoru və s. daxildir.

Moskva görüşü öncəsi Ermənistan rəhbərliyinin xəstələnməsi, habelə Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi tərəfindən Moskva görüşünün pozulmasına cəhdlər – görüşdən imtinaya çalışmalar heç bir sonuc verməmiş oldu. Paşinyan iri qara çanta ilə görüşə qatılsa da, o qara çantadakılar bir işə yaramadı. Nə Ermənistan tərəfinin hərbi əsir kimi qələmə verdiyi erməni terrorçuları, nə qondarma rejimin statusu, nə də Minsk qrupu formatında danışıqların bərpası və s. masaya və Bəyanata yansımadı.

Paşinyan hökumətinin özünün və erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyi alınmadı. Məğlubların sözü keçmir!”.

 
 
  • Oxunub:  1740  |  
  • Tarix:  12-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

19 Yanvar 09:21
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
19 Yanvar 09:19
Arif Fərzəliyev: Moskva görüşü Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması baxımından yeni prespektivlər açır
19 Yanvar 09:18
Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir
19 Yanvar 09:16
Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir
19 Yanvar 09:13
Tahir Kərimli: Əldə edilən razılaşmalar Azərbaycanın maraqlarına uyğundur
19 Yanvar 09:11
Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir
19 Yanvar 09:06
Sübut Əsədov: Müharibə zamanı vətəndaşların dağıdılmış evlərinin bərpası dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biridir

19 Yanvar 09:05
Əli Kərimlinin tarixi təhrif etmək cəhdi əbəsdir

19 Yanvar 09:04
Ermənistanda siyasi qarşıdurma: gərginlik artır, ziddiyyətlər dərinləşir
19 Yanvar 09:02
COVID-19-a qarşı peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
19 Yanvar 08:58
Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə də milli birliyimizin təmin olunmasında əsaslı rol oynadı
18 Yanvar 20:57
Deputat: Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olduğunu sübut etdi
18 Yanvar 20:45
Fərhad Dəjpəsənd: İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına kömək göstərməyə hazırdır
18 Yanvar 20:42
Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
18 Yanvar 20:37
Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edib
18 Yanvar 20:34
Torpağa və dövlətə sədaqət prinsipi ümummilli lider Heydər Əliyevin gənclərimizə ən ali mirasıdır
18 Yanvar 20:32
Türk Şurasının Baş katibi: Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir
18 Yanvar 19:02
Türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılmasına dair müzakirələr aparılıb
18 Yanvar 18:56
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Yanvar 18:43
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
18 Yanvar 18:36
Azərbaycanda koronavirus infeksiyasından 503 nəfər sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb
18 Yanvar 18:30
YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
18 Yanvar 18:19
Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək
18 Yanvar 18:15
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
18 Yanvar 17:54
Mikayıl Cabbarov: Sənaye parklarında 50 rezident qeydiyyata alınıb
18 Yanvar 17:52
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
18 Yanvar 17:51
Nazir: 2020-ci ildə Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub
18 Yanvar 17:47
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
18 Yanvar 17:46
Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub
18 Yanvar 17:30
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək
18 Yanvar 17:26
Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə hərəkət qrafiki açıqlanıb
18 Yanvar 17:25
Ermitaj muzeyinə qarşı iddia...
18 Yanvar 17:08
20 Yanvar şəhidlərinin əziz xatirəsi İğdırda anılıb
18 Yanvar 17:05
Deputat: Prezidentin Şuşaya səfəri düşmən üzərində Zəfərimizin əyani sübutudur
18 Yanvar 17:02
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur
18 Yanvar 16:58
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 16:48
Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18 Yanvar 16:45
Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya bir daha göstərdi
18 Yanvar 16:44
ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
18 Yanvar 16:43
Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
18 Yanvar 16:41
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
18 Yanvar 16:34
Cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib
18 Yanvar 16:29
Prezident İlham Əliyev: Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək
18 Yanvar 16:24
Prezident: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
18 Yanvar 16:19
Sergey Lavrov Dağlıq Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ideyasını “ekzotik təklif” adlandırıb
18 Yanvar 16:14
Şuşaya möhtəşəm səfər
18 Yanvar 16:12
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 16:05
Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”
18 Yanvar 16:03
Bakı Limanından aşırılan TIR və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub
18 Yanvar 15:58
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
18 Yanvar 15:57
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
18 Yanvar 15:52
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
18 Yanvar 15:34
Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb
18 Yanvar 15:31
Baş həkim Kubra Cabbarova: Peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz
18 Yanvar 15:30
Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Yanvar 15:28
Reza Deqati: Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb
18 Yanvar 15:22
Tibb Universitetində 20 Yanvar şəhidləri yad edilib
18 Yanvar 15:19
Bakı Limanında yükaşırmanın həcmi artıb
18 Yanvar 15:18
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
18 Yanvar 15:12
GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb
18 Yanvar 15:10
Azərbaycan təbii qazının ixracı 16 faiz artıb
18 Yanvar 15:01
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır
18 Yanvar 14:59
Avstraliya sərhədləri 2022-ci ilə qədər bağlayacaq
18 Yanvar 13:44
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Sinovac” şirkətinin vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb
18 Yanvar 13:42
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Merdinli kəndinin videogörüntülərini paylaşıb VİDEO
18 Yanvar 13:41
Milli Məclisin deputatı Ağalar Vəliyev: Çox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq
18 Yanvar 13:17
Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək
18 Yanvar 13:08
Şuşa şəhərinədək 101,5 kilometrlik xidməti yol istifadəyə verilib
18 Yanvar 12:52
Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi
18 Yanvar 12:38
Vaksinasiya COVID-19-la mübarizədə mühüm amildir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+2 +4