Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər fevralın 1-dək davam edəcək

Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər fevralın 1-dək davam edəcək

12.01.2021 [19:59]

Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlər fevralın 1-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İdarələrarası Koordinasiya Şurası qərar qəbul edib.

Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə Hökumət Administrasiyasında keçirilən iclasda İdarələrarası Koordinasiya Şurası ölkədə mövcud məhdudiyyətlərin fevralın 1-dək qüvvədə qalacağı barədə qərar verib. Hökumət rəhbərinin tapşırığına əsasən, məhdudiyyətlər yumşaldılmazdan əvvəl biznes nümayəndələri ilə intensiv görüşlər keçirilib.

Məhdudiyyətlərin tədricən aradan qaldırılmasından əvvəl ticarət mərkəzlərinin təhlükəsiz açılması və epidemioloji təhlükəsizliyin qorunması üçün məcburi standartlar bir daha müzakirə edilib.

Bildirilib ki, Gürcüstan hökuməti fevralın 1-dən biznes sektorlarının açılması istiqamətində fəal çalışır.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30