Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Türkiyədə fəaliyyət göstərən səfirləri ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Türkiyədə fəaliyyət göstərən səfirləri ilə görüşüb

12.01.2021 [18:42]

Prezident Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə Avropa İttifaqı ölkələrinin Türkiyədə akkreditasiya olunmuş səfirləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici siyasətinin ayrı-ayrı istiqamətləri üzrə ölkəsinin mövqeyinin dəyişməz olduğunu diqqətə çatdıran dövlət başçısı bütün məsələlərin həllində dialoq və danışıqlar tərəfdarı olduqlarını qeyd edib.

Avropa İttifaqı ilə münasibətlərin Türkiyənin xarici siyasətində mühüm istiqamət olduğunu dəyərləndirən Prezident Rəcəb Tayyib Ərdoğan təəssüflə bildirib ki, ikili standartlar münasibətlərə mənfi təsirini saxlayır. Avropa ölkələrindən fərqli olaraq, Türkiyədə heç bir kilsəyə qarşı hörmətsizlik yoxdur. Terrorla mübarizə, qaçqınların yerləşdirilməsi məsələlərində də Türkiyə ilə həmrəylik müşahidə olunmur. NATO ölkələri terrorçuluqla mübarizədə Türkiyəyə dəstək vermir.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə birgə mübarizənin əhəmiyyətindən danışan dövlət başçısı bildirib ki, pandemiya müəyyən ediləndən bəri Türkiyə 156 ölkəyə yardım edib. Türkiyənin COVID-19 infeksiyasına qarşı peyvəndi bütün insanların istifadəsində olacaq.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31