Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünün yekunları Dağlıq Qarabağda bütün infrastrukturu bərpa etməyə və dinc vətəndaşların yaşayışını nizama salmağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slitski bildirib.
O deyib ki, Moskvada keçirilən üçtərəfli görüşün yekunları noyabrda əldə olunmuş razılaşmanı möhkəmləndirəcək. Rusiyalı deputatın sözlərinə görə, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilir, bu torpaqlarda dayanıqlı sülh bərqərar olur. L.Slutski Rusiyanın vasitəçilik rolunu da xüsusi diqqətə çatdırıb.
- Oxunub: 1380 |
- Tarix: 12-01-2021 |
-
Çap et |