“RİA-Novosti”nin “PLOS Biology” jurnalına istinadən yaydığı xəbərə görə, Kembric Universiteti və Pirbrayt İnstitutunun alimləri “SARS-CoV-2” virusunda insanlar üçün patogen olan dəyişiklikləri müəyyənləşdiriblər. Belə ki, alimlər virusun yarasalardan insanlara keçməsinə imkan verən genetik uyğunlaşmalarda 2003-cü ildə atipik pnevmoniyaya səbəb olan epidemiya ilə oxşarlıq aşkar ediblər.
Alimlərin fikrincə, əldə edilən nəticə bu virus ailəsinin mutasiyaya uğrayaraq heyvanlardan insana keçməsinin ümumi bir mexanizminin mövcudluğuna işarə edir. Mütəxəssislər, həmçinin “SARS-CoV-2”-ni “RaTG13” ilə müqayisə ediblər və 96 faiz oxşarlıq aşkar ediblər. Alimlər virusun “ACE2”-nin insan hüceyrə reseptorları ilə əlaqəsinə imkan yaradan S-zülalının yerlərini dəyişdiriblər. Araşdırmanın nəticələri “SARS-CoV-2”nin S-zülalındakı dəyişikliklərin tarixən formalaşdığını və bu virusun forma həddini keçməsində əsas rol oynadığını göstərib.
- Oxunub: 1590 |
- Tarix: 12-01-2021 |
-
Çap et |