Ana səhifə »  Xəbər lenti »  “Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb
A+   Yenilə  A-
“Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb

Avropa İttifaqının “Euractiv” informasiya portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Cənubi Qafqaz üçün sabitlik paktı” adlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif 1999-cu ildə yaranmış Cənubi Qafqaz üçün sabitlik və əməkdaşlıq paktı kimi uğurlu bir ideyanın həyata keçirilməsi üçün maneənin artıq aradan qalxdığını yazır. V.Hüseynov bildirir ki, 1990-cı illərin sonlarında Cənubi Qafqazın və onun ətrafdakı bəzi dövlətlərin liderləri bölgədə sülh və təhlükəsizliyə nail olmaq, eyni zamanda, regionun iqtisadi inkişafından və transformasiya potensialından maksimum istifadə etmək məqsədilə sabitlik və əməkdaşlıq paktı təsis etməyin lazım olduğu qənaətinə gəlmişdilər. Məqalədə 1999-cu ilin noyabrında ATƏT-in Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyevin regional problemlərin həlli və Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik paktının təsis olunmasını təklif etdiyi və bu təklifin dəstəkləndiyi qeyd olunur. Vurğulanır ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyə dair belə bir paktın təsis olunmasının zəruriliyi ilə bağlı konsensusa baxmayaraq, həmin vaxt öz həllini gözləyən böyük bir problem mövcud idi ki, bu da Prezident Heydər Əliyevin bəyan etdiyi kimi, ilk növbədə, Cənubi Qafqazdakı münaqişələrin həlli, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarması və bir milyondan çox azərbaycanlı məcburi köçkünün öz vətənlərinə qayıtması idi. O vaxt təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyiş əldə olunmadığı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal altında qaldığı müddətdə Ermənistanla hər hansı münasibət qurmağın mümkünsüzlüyü diqqətə çatdırılır.

Müəllif İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazilərinin işğalına son qoyulduğunu və beləliklə, yuxarıda qeyd edilən sülh təşəbbüsünü reallaşdırmaq üçün bir fürsət yarandığını bildirir.

Məqalədə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyevin fikirləri sitat gətirilir: “Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.

Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq”.

V.Hüseynov Qarabağ münaqişənin həllini, o cümlədən bölgədəki bütün nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutan üçtərəfli Bəyanatın həqiqətən də iqtisadi, siyasi və sosial layihələrin reallaşmasına təkan verilməsi baxımından misilsiz bir şans olduğunu vurğulayır.

Sonda müəllif vurğulayır ki, Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi iki ölkə arasında uzun müddət davam edən ədavətə son qoyulmasına, blokadanın aradan qalxmasına, iqtisadi, ticari və s. əlaqələrin yenidən başlanmasına, bütün bunların Qafqazda sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümidləri artırıb.

 
  • Oxunub:  1470  |  
  • Tarix:  12-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

19 Yanvar 19:09
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
19 Yanvar 19:03
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir
19 Yanvar 18:50
ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb
19 Yanvar 18:24
BDU-da “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Yanvar 18:19
Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avandanlığı gətirilib
19 Yanvar 18:17
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
19 Yanvar 18:12
AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
19 Yanvar 18:01
Milli Məclisin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb
19 Yanvar 17:57
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib
19 Yanvar 17:56
Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
19 Yanvar 17:47
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 17:45
Bağdad Amreyev 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edib
19 Yanvar 17:42
Vladimir Kreydenko: Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu
19 Yanvar 17:40
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqladırılıb
19 Yanvar 17:36
Seyid Abbas Müsəvi: İranla Azərbaycan arasında faydalı razılaşmalar əldə edilib
19 Yanvar 17:32
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
19 Yanvar 17:32
ADNSU Hindistanın Mühəndislik və Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək
19 Yanvar 17:26
Prezident: Qarabağdakı tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm
19 Yanvar 17:26
Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir
19 Yanvar 17:22
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
19 Yanvar 17:19
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
19 Yanvar 17:18
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
19 Yanvar 17:12
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
19 Yanvar 17:10
Prezident İlham Əliyev: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
19 Yanvar 17:08
Ərəb KİV-ləri 20 Yanvar hadisələrindən bəhs edən məqalə yayıblar
19 Yanvar 16:50
YAP İdarə Heyətinin iclası keçirilmişdir
19 Yanvar 16:39
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
19 Yanvar 16:34
Müharibə və pandemiya reallıqları fonunda Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması ölkəmizin uğurlu inkişafının göstəricisidir
19 Yanvar 16:22
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək
19 Yanvar 16:20
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib
19 Yanvar 15:54
Azərbaycanda koronavirus infeksiyasından 949 nəfər sağalıb, 305 yeni yoluxma faktı qeydə alınıb
19 Yanvar 15:37
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
19 Yanvar 15:10
“Zəfər yolu” sentyabradək istifadəyə veriləcək
19 Yanvar 14:56
Vyetnam mətbuatı Azərbaycan Prezidentinin Füzuli və Şuşaya səfərindən yazır
19 Yanvar 14:52
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
19 Yanvar 14:52
Nazir müavini: Kəlbəcərdə ermənilərin törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır
19 Yanvar 14:46
Məhəmməd İslami: Yüklərin Azərbaycan üzərindən tranzit daşınması “Şimal-Cənub” dəhlizinin fəaliyyətini artıracaq
19 Yanvar 14:45
Vaqif Əsədov: Şaxtalı hava şəraitinin proqnozlaşdırılması ilə əlaqədar sürücülər son dərəcə diqqətli olmalıdırlar
19 Yanvar 14:43
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:41
Tengiz Txilava: Heç bir sağlam qüvvə ermənilərin yalan məlumatlarına inanmır
19 Yanvar 14:41
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:05
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib
19 Yanvar 14:03
Sabah paytaxtda sulu qar, qar yağacaq
19 Yanvar 13:36
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Şəkərcik kəndinin videogörüntülərini paylaşıb VİDEO
19 Yanvar 13:32
Umayra Tağıyeva: Ən hündür qar örtüyü Qax rayonun dağlıq ərazilərində müşahidə edilib
19 Yanvar 13:04
İndiyədək 2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb
19 Yanvar 12:58
Ədəbiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19 Yanvar 12:54
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 2747 vətəndaş qəbul edilib
19 Yanvar 12:48
Milli Məclisin insan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilir
19 Yanvar 12:30
İlk dərslər 20 Yanvar mövzusuna həsr edilib
19 Yanvar 12:29
Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5° enəcəyi gözlənilir
19 Yanvar 12:08
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
19 Yanvar 12:04
AzTV-də 20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq
19 Yanvar 11:51
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
19 Yanvar 11:50
Pərviz Şahbazov Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 11-ci Assambleyasında iştirak edib
19 Yanvar 11:46
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib
19 Yanvar 11:41
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
19 Yanvar 11:18
Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib
19 Yanvar 11:17
Keçən il Azərbaycana 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
19 Yanvar 11:13
Xınalıqda 15 santimetr qar, mənfi 7 dərəcə şaxta qeydə alınıb
19 Yanvar 11:13
20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
19 Yanvar 11:11
Ötən il icbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib
19 Yanvar 11:06
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
19 Yanvar 09:21
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
19 Yanvar 09:19
Arif Fərzəliyev: Moskva görüşü Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması baxımından yeni prespektivlər açır
19 Yanvar 09:18
Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir
19 Yanvar 09:16
Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir
19 Yanvar 09:13
Tahir Kərimli: Əldə edilən razılaşmalar Azərbaycanın maraqlarına uyğundur
19 Yanvar 09:11
Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir
19 Yanvar 09:06
Sübut Əsədov: Müharibə zamanı vətəndaşların dağıdılmış evlərinin bərpası dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biridir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+2 +4