Almaniyanın yeni növ koronavirusla (COVID-19) mübarizədə çətinlik yaşayır. Belə ki, Almaniyada koronavirusdan ölənlərin sayı 40 mini keçib. Ölənlərin sayının çoxluğu səbəbindən meyitlərin basdırılması və yandırılması prosesində gecikmələr müşahidə olunur.
Bu barədə Nürnberq Qəbirstanlıqlar direktoru Gerhard Kratzer mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, morqda yerlər məhduddur və meyitlərin saxlanılması üçün soyuducu konteynerlərinin sayı kifayət etmir.
Bildirilib ki, bir gecədə 100 meyit gətirilib, onların yandırılması prosesi uzandığı üçün işçilərin iş saatları artırılıb. Buna baxmayaraq, hələ də işlər tamamlanmayıb.
- Oxunub: 1290 |
- Tarix: 12-01-2021 |
-
Çap et |