Ana səhifə »  Xəbər lenti »  Azərbaycan dövləti mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərir
A+   Yenilə  A-
Azərbaycan dövləti mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Jalə xanım, bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyəti nədən ibarətdir?
- 2021-ci ilin ölkə Prezidenti tərəfindən “Nizami Gəncəvi İli” elan edilməsi çox önəmli hadisədir. Bu qərar, bu addım da mənəviyyat xəzinəmizə yeni, əvəzsiz bir töhfədir. Dünya ədəbiyyatı, söz, mədəniyyət tarixinə “Beşliy”in, “Xəmsə”nin yaradıcısı kimi düşən dahi Nizami Gəncəvinin Azərbaycan və bütövlükdə bəşər, cahan tarixində yeri, rolu, çəkisi hər kəsə bəllidir. Nizami Gəncəvi Azərbaycanın milli kimlik göstəricisidir, milli pasportudur. Bu gün intibahdan, inkişafdan, mədəniyyətdən danışanların hələ mövcud olmadıqları vaxtlarda belə Nizami, böyük Azərbaycan oğlu dünyaya Günəş kimi işıq saçdı, Şimşək kimi çaxdı, özü ilə birlikdə Azərbaycanı da bir daha parlatdı. Bu da bizim şəksiz və şəriksiz uğurumuz, qürurumuz, iftixarımızdır. Çoxlarına nəsib olmayan bir uğur, bir qürur, bir iftixar yeridir.
Bəli, dahi Nizaminin anadan olmasının 880-ci ildönümündə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması böyük və dahi mütəfəkkirə bir daha minnətdarlıq, bir daha övladlıq, bir daha vəfa borcu deməkdir. Həm də dövlətin, dövlət rəhbərinin sözə, ədəbiyyata bir daha və bir daha xüsusi önəm və dəyər verməsinin növbəti əyani təsdiqi və göstəricisidir.
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması bütün hallarda mədəniyyətimizin və bütövlükdə dövlətimizin tərəqqisinə, dünyaya bir daha səs salmasına xidmət edəcək, öz töhfələrini verəcək.
- Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı elan edilməsinin, bu şəhərdə ədəbi, mədəniyyət tədbirlərinin bərpasının önəmini necə dəyərləndirirsiniz?
- Dövlətimiz, ölkə Prezidenti və Birinci vitse-prezidentimiz mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərir. Bu gün Mədəniyyət nazirliyində yeni ab-hava, yeni nəfəs yaranıb. Nazir səlahiyyətlərini icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov cəmi bir neçə ay ərzində ona göstərilən etimadı doğrultdu və bir neçə gün öncə Mədəniyyət naziri vəzifəsinə təyin olundu, daha bir etimada layiq görüldü. Həmçinin qarşısında dövlət başçısı tərəfindən böyük vəzifələr və tapşırıqlar qoyuldu, onların icrası ona həvalə edildi. Xüsusilə də yaxın zamanlarda azad etdiyimiz, Qələbə bayrağını dalğalandırdığımız Qarabağımızla bağlı xüsusi və çox əhəmiyyətli tapşırıqlar verildi.
“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi” - deyən ölkə Prezidenti cənab İlham Əliyev videoformatda yeni Mədəniyyət nazirini qəbul edərkən bildirdi ki, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır, Şuşa şəhərinin restavrasiyasına başlanmalıdır.
Vaxt itirmədən, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Həmçinin Şuşada “Vaqif poeziya günləri” bərpa edilməlidir. “Xarı bülbül” festivalı bərpa olunmalıdır.
Bir sözlə, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolu yenidən formalaşdırılmalıdır.
İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması və onlara dövlət tərəfindən verilən dəstək, gənc nəslin yetişdirilməsi, tarixi abidələrimizin qorunması, Nazirliyin ənənəvi funksiyalarının davam etdirilməsi və indi əlbəttə ki, azad edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır.
- Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə mühüm mesajlar verdi. Bu barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, ənənəvi olaraq bu müşavirələrin keçirilməsi həm də dövlət başçısının timsalında Azərbaycan dövlətinin xalq, millət, cəmiyyət qarşısında hesabatlılığı, şəffaflığı, məsuliyyətliliyi deməkdir. Bunun özü də bir modeldir, bunun özü də bir örnəkdir, bunun özü də bir Azərbaycan təcrübəsidir.
Müşavirədə çox vacib məsələlər müzakirə edildi, çox mühüm mesajlar verildi, çox önəmli xəbərdarlıqlar edildi, həmçinin məsul şəxslər, aidiyyəti strukturlar qarşısındə həllinə nail olunması gərəkən tapşırıqlar verildi.
Bu müşavirə Müzəffər, Qalib Dövlətin, Xilaskar, Qalib Sərkərdənin-Ali Baş Komandanın, ölkə Prezidentinin daha bir gücünü, daha bir əzəmətini, daha bir əzmini və daha bir iradəsini hər kəsə nümayiş etdirdi. Bütün dünya gördü ki, uzun, üzücü, ağır 32 ildən bəri dalana dirənən və 44 gün içərisində həllini tapan qanlı müharibədən, Qələbə ilə, Zəfər ilə, çıxmış bir dövlət və onun Lideri necə olur, necə duruş sərgiləyir. Bu müşavirə Zəfərin, Qələbənin, Əzmin, Qətiyyətin təntənəsi idi!
“Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik” - deyən Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, işğalçı, cinayətkar qanlı Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik.
Bəli, biz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yolla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yolla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Eyni zamanda, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Bir daha və heç vaxt (artıq reallığına son qoyulmuş) Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Bəli, eyni zamanda, müşavirədə bəyan edildiyi kimi, planlarımız da böyükdür.
Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma baxsınlar, görsünlər ki, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur.
Hər zaman demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Demişdik ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və indi bu sözlərin yerinə yetirilməsi hamımızın işi, vəzifəsidir.
Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Bütün hallarda Azərbaycan dövləti əlindən gələni edəcək ki, vahid Azərbaycan dövləti bundan sonra da uğurla, inamla inkişaf etsin. Belə də olacaq, bunu da edəcəyik, bunu bacaracağıq, yeni Zəfərlər, yeni Qələbələr yazacağıq.
- Jalə xanım, dövlətimiz şəhid ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir. Bu baxımdan, yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılmasının nəzərdə tutulması bu prosesə nə kimi töhfələr verə bilər?
- Düşünürəm ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında ölkə Prezidentinin Fərmanı böyük əhəmiyyət kəsb edir. Bu Fərmanla yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması nəzərdə tutulur ki, bunun özü də birmənalı şəkildə çox vacib bir addımdır və alqışa layiqdir.
Bu, bir daha Azərbaycan dövlətinin və dövlət başçısının şəhid ailələri, müharibə iştirakçıları və qazilərə diqqət və qayğısının, onları narahat edən məsələlərə, problemlərə necə həssaslıqla yanaşmasının təsdiqidir.
Bununla bir daha dövlət onu nümayiş etdirmiş oldu ki, başımızın tacı olan şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının arxasında onların güclü, qüdrətli dövləti dayanır və dayanacaq. Onların məsələsi dövlətin məsələsidir, onların adi, hətta gözlə görünməyən problemi dövlətin problemidir. Və onları həll etmək də dövlətin vəzifəsi, görəvidir. Çünki başqa şəkildə ola bilməz, başqa şəkildə olması mümkün deyil.
Kimlərsə öz şəxsi və cılız maraqları naminə bu məsələlərdən heç zaman dövlətə, xalqa qarşı istifadə edə, bulanıq suda balıq tutmaq sevdasına düşə bilməyəcəklər, düşsələr də cavablarını ikiqat alacaqlar.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  12-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

19 Yanvar 18:24
BDU-da “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Yanvar 18:19
Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avandanlığı gətirilib
19 Yanvar 18:17
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
19 Yanvar 18:12
AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
19 Yanvar 18:01
Milli Məclisin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb
19 Yanvar 17:57
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib
19 Yanvar 17:56
Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
19 Yanvar 17:47
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 17:45
Bağdad Amreyev 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edib
19 Yanvar 17:42
Vladimir Kreydenko: Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu
19 Yanvar 17:40
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqladırılıb
19 Yanvar 17:36
Seyid Abbas Müsəvi: İranla Azərbaycan arasında faydalı razılaşmalar əldə edilib
19 Yanvar 17:32
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
19 Yanvar 17:32
ADNSU Hindistanın Mühəndislik və Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək
19 Yanvar 17:26
Prezident: Qarabağdakı tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm
19 Yanvar 17:26
Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir
19 Yanvar 17:22
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
19 Yanvar 17:19
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
19 Yanvar 17:18
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
19 Yanvar 17:12
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
19 Yanvar 17:10
Prezident İlham Əliyev: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
19 Yanvar 17:08
Ərəb KİV-ləri 20 Yanvar hadisələrindən bəhs edən məqalə yayıblar
19 Yanvar 16:50
YAP İdarə Heyətinin iclası keçirilmişdir
19 Yanvar 16:39
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
19 Yanvar 16:34
Müharibə və pandemiya reallıqları fonunda Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması ölkəmizin uğurlu inkişafının göstəricisidir
19 Yanvar 16:22
Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək
19 Yanvar 16:20
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib
19 Yanvar 15:54
Azərbaycanda koronavirus infeksiyasından 949 nəfər sağalıb, 305 yeni yoluxma faktı qeydə alınıb
19 Yanvar 15:37
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
19 Yanvar 15:10
“Zəfər yolu” sentyabradək istifadəyə veriləcək
19 Yanvar 14:56
Vyetnam mətbuatı Azərbaycan Prezidentinin Füzuli və Şuşaya səfərindən yazır
19 Yanvar 14:52
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
19 Yanvar 14:52
Nazir müavini: Kəlbəcərdə ermənilərin törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır
19 Yanvar 14:46
Məhəmməd İslami: Yüklərin Azərbaycan üzərindən tranzit daşınması “Şimal-Cənub” dəhlizinin fəaliyyətini artıracaq
19 Yanvar 14:45
Vaqif Əsədov: Şaxtalı hava şəraitinin proqnozlaşdırılması ilə əlaqədar sürücülər son dərəcə diqqətli olmalıdırlar
19 Yanvar 14:43
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:41
Tengiz Txilava: Heç bir sağlam qüvvə ermənilərin yalan məlumatlarına inanmır
19 Yanvar 14:41
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
19 Yanvar 14:05
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib
19 Yanvar 14:03
Sabah paytaxtda sulu qar, qar yağacaq
19 Yanvar 13:36
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Şəkərcik kəndinin videogörüntülərini paylaşıb VİDEO
19 Yanvar 13:32
Umayra Tağıyeva: Ən hündür qar örtüyü Qax rayonun dağlıq ərazilərində müşahidə edilib
19 Yanvar 13:04
İndiyədək 2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb
19 Yanvar 12:58
Ədəbiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19 Yanvar 12:54
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 2747 vətəndaş qəbul edilib
19 Yanvar 12:48
Milli Məclisin insan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilir
19 Yanvar 12:30
İlk dərslər 20 Yanvar mövzusuna həsr edilib
19 Yanvar 12:29
Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5° enəcəyi gözlənilir
19 Yanvar 12:08
YAP Sabirabad rayon təşkilatının yaradılmasının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
19 Yanvar 12:04
AzTV-də 20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq
19 Yanvar 11:51
Nazir: Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar xaricə valyuta axınını azaldacaq
19 Yanvar 11:50
Pərviz Şahbazov Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin 11-ci Assambleyasında iştirak edib
19 Yanvar 11:46
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib
19 Yanvar 11:41
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
19 Yanvar 11:18
Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib
19 Yanvar 11:17
Keçən il Azərbaycana 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
19 Yanvar 11:13
Xınalıqda 15 santimetr qar, mənfi 7 dərəcə şaxta qeydə alınıb
19 Yanvar 11:13
20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
19 Yanvar 11:11
Ötən il icbari tibbi sığorta çərçivəsində 8 milyondan çox tibbi xidmət göstərilib
19 Yanvar 11:06
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
19 Yanvar 09:21
Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib
19 Yanvar 09:19
Arif Fərzəliyev: Moskva görüşü Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması baxımından yeni prespektivlər açır
19 Yanvar 09:18
Sevda Abdullayeva: Qarabağ Dirçəliş Fondunun yaradılması mühüm hadisədir
19 Yanvar 09:16
Vüqar Seyidov: Moskvada imzalanan üçtərəfli bəyanat region ölkələri üçün böyük əhəmiyyətə malikdir
19 Yanvar 09:13
Tahir Kərimli: Əldə edilən razılaşmalar Azərbaycanın maraqlarına uyğundur
19 Yanvar 09:11
Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir
19 Yanvar 09:06
Sübut Əsədov: Müharibə zamanı vətəndaşların dağıdılmış evlərinin bərpası dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biridir

19 Yanvar 09:05
Əli Kərimlinin tarixi təhrif etmək cəhdi əbəsdir

19 Yanvar 09:04
Ermənistanda siyasi qarşıdurma: gərginlik artır, ziddiyyətlər dərinləşir
19 Yanvar 09:02
COVID-19-a qarşı peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+2 +4