Ana səhifə »  Xəbər lenti »  Təcavüzkar Ermənistanda xaosun yeni dalğası...
A+   Yenilə  A-
Təcavüzkar Ermənistanda xaosun yeni dalğası...

Ölkə müxalifəti Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün vətəndaş itaətsizliyi aksiyalarını genişləndirmək fikrindədir
İki aydan çoxdur ki, xaos və anarxiyanın hökm sürdüyü məğlub Ermənistanda qeyri-sabitlik davam edir. Belə ki, Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan təcavüzkar ölkə siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhran dövrünü yaşayır. Eyni zamanda, erməni KİV-də yer alan məlumatlara görə, ölkədə vətəndaş itaətsizliyi və kütləvi etiraz aksiyaları ara vermir.
Ermənistan mətbuatı yazır ki, cəmiyyətin bütün təbəqələri tərəfindən hökumətin istefası tələb edilsə də, baş nazir Nikol Paşinyan vaxt qazanmaq üçün bütün vasitələrə əl atır. Onun ortaya atdığı növbədənkənar parlament seçkiləri ilə bağlı müxalifət partiyaları ilə məsləhətləşmələr planı da baş tutmayıb. Belə ki, baş nazirin təklifi 17 partiyanın birləşdiyi “Vətənin xilası naminə hərəkat” tərəfindən ciddi qəbul edilmir. Bu günə qədər baş nazirin yalnız “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Çarukyanla görüşü baş tutsa da, həmin görüşün konkret nəticəsi barədə heç bir məlumat verilməyib.
Yeri gəlmişkən, qeyd edək ki, “Vətənin xilası naminə hərəkat”ın nümayəndələri Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb. “News.am” yazır ki, müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan, “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan və “Daşnaksutyun” partiyasının ali şurasının nümayəndəsi İşxan Saqatelyan xarici işlər naziri A.Ayvazyanla görüşdən sonra brifinq keçiriblər. Görüşün təfərrüatları barədə fikrini bildirən V.Manukyan deyib ki, indiki durum ictimai-siyasi dairələrdə böyük narahatlığa səbəb olur: “Vəziyyət partlayış həddindədir və ölkə gözlənilməz fəlakətə doğru gedir. Nazirə narahatlığımızı bildirdik, qarşı tərəfdən izahatlar verildi. Verdiyimiz sualların bəziləri tamamilə cavabsız qaldı”.
Xatırladaq ki, yanvarın 8-də V.Manukyan XİN rəhbərinə, təhlükəsizlik xidmətinin direktoru Armen Abazyana və baş qərargah rəisi Onik Qasparyana “Vətənin xilası naminə hərəkat”ın nümayəndələri ilə görüş təşkil edilməsi tələbi ilə müraciətlər etmişdi. Yanvarın 9-da A.Ayvazyanla görüş baş tutsa da, sonuncular görüşdən imtina ediblər.
“Tert.am”ın yazdığına görə, İ.Saqatelyan deyib ki, baş nazirin vəzifədə qaldığı hər gün ölkəyə zərər verdiyi üçün yaxın günlərdə Paşinyanın hakimiyyətdən kənarlaşdırılması üçün addımlartın atılması davam etdiriləcək. Saqatelyan son günlər müxalifətin susduğu və passiv olduğu barədə ittihamlarla da razılaşmayıb: “Son 7 gün ərzində bir neçə açıqlama və tələb irəli sürdük, bütün dövlət orqanlarının işləmədiyi şəraitdə etiraz və itaətsizlik aksiyalarının təsirsiz olacağını nəzərə alaraq, keçən həftə kütləvi küçə aksiyaları keçirmədik. Önümüzdəki günlərdə vətəndaş itaətsizliyi aksiyaları formasında mübarizəmizi davam etdirəcəyik. Bununla yanaşı, regionlara səfərlər də planlaşdırılır”.
Bu arada, “Panorama.am” yazır ki, “Siyasi iqtisadiyyat” tədqiqat institutunun rəhbəri Andranik Tevanyan Ermənistanda 9 noyabrdan sonrakı vəziyyəti “anormal” adlandırıb: “Müharibə dayansa da, Nikol hakimiyyətdə qaldıqca, yeni müharibə və yeni məğlubiyyət ehtimalı artır. Ermənistan məhv olmaq astanasındadır. Politologiya qaydalarına və dünyanın siyasi praktikasına görə, kapitulyasiyadan sonra N.Paşinyan aşağıdakı yollardan biri ilə hakimiyyətdən getməli idi: 1 - intihar, 2 - istefa, 3 - hərbi çevriliş. Hələlik bu variantlardan heç birinə niyə şahid olmadığımız ayrı bir müzakirənin mövzusudur”.
Beləliklə, məğlub Ermənistan hazırda ağır sosial-iqtisadi böhran içindədir. Ölkə müxalifəti isə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün vətəndaş itaətsizliyi aksiyalarını genişləndirmək fikrindədir. Əksər siyasi şərhçi və ekspertlərin qeyd etdikləri kimi, xaos və anarxiyanın mövcud olduğu məğlub ölkədə indiki vəziyyət olduqca acınacaqlıdır.
Qaşqay ZİYƏDDİNOĞLU

 
  • Oxunub:  2880  |  
  • Tarix:  12-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

25 Yanvar 17:52
Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib
25 Yanvar 17:43
MEDİA silsilə təbirlərinə ADA Universiteti ilə başlayıb
25 Yanvar 17:42
Məhəmməd Cavad Zərif: Ərazilərin işğalına son qoyulması bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaradır
25 Yanvar 17:21
Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
25 Yanvar 17:12
DOST mərkəzlərində yeni rekord göstərici qeydə alınıb
25 Yanvar 17:07
Ölkəyə gətirilən məhsulların 19,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
25 Yanvar 16:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
25 Yanvar 16:50
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin 5 il ərzində mənzil və ya fərdi evlə təminatı işləri aparılacaq
25 Yanvar 16:47
Meksika–Azərbaycan ədəbi əlaqələri davam etdirilir
25 Yanvar 16:42
Yaponiyanın “Fujitomi” “YouTube” kanalında Azərbaycanın qlobal enerji layihələrindən bəhs edən veriliş yayımlanıb
25 Yanvar 16:30
XİN: Rusiya Dövlət Duması üzvünün Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik
25 Yanvar 15:57
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
25 Yanvar 15:56
Baş prokuror: Ötən il 30 nəfər tutularaq ölkəmizə ekstradisiya edilib
25 Yanvar 15:48
Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir
25 Yanvar 15:48
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları ötən il 39 şəxsi cinayət başında yaxalayıb
25 Yanvar 15:20
Məhəmməd Cavad Zərif: İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır
25 Yanvar 15:17
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
25 Yanvar 15:12
Eldar İbrahimov: Azərbaycan-Türkmənistan münasibətləri yüksələn xətlə inkişaf edir
25 Yanvar 15:05
AŞPA-nın qış sessiyası işə başlayıb
25 Yanvar 14:57
Təmraz Tağıyev: "Dostluq" yatağı ilə bağlı razılaşma, ilk növbədə, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir
25 Yanvar 14:53
Günay Rəsulova: Atopik dermatit düzgün diaqnoz və müalicə olmasa, astmaya keçə bilərmi?
25 Yanvar 14:41
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
25 Yanvar 14:40
Vüqar Seyidov: Prezident İlham Əliyev regionda yeni reallıqların fövqündə sülhün və əməkdaşlığın banisidir
25 Yanvar 14:34
İndiyədək Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb
25 Yanvar 14:22
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
25 Yanvar 14:20
Alman nəşri Azərbaycan və Türkmənistan dövlət başçılarının videokonfrans formatında keçirilən görüşü barədə yazıb
25 Yanvar 14:16
Anar Məmmədov: Dinamik iqtisadi inkişaf davamlı xarakter daşıyır
25 Yanvar 14:13
Ötən il Azərbaycanda 35 mindən çox nikah qeydə alınıb
25 Yanvar 14:06
“İMZA – Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni təyinat olub
25 Yanvar 13:12
Ermənistanın hərbi cinayətləri barədə 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib
25 Yanvar 13:10
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
25 Yanvar 12:45
Azərbaycan Ordusunun şanlı zəfəri ilə yenilənən tarix - Daşaltı əməliyyatından 29 il ötür
25 Yanvar 12:37
Azərbaycanın Qarsdakı Baş Konsulluğu Nizami Gəncəvinin 880 illiyi münasibətilə videokonfrans təşkil edib
25 Yanvar 12:17
Dayanıqlı iqtisadiyyat Qarabağın mədəni-ictimai inkişafına töhfəsini verəcək
25 Yanvar 12:10
Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
25 Yanvar 12:03
Hava nəqliyyatı ilə sərnişindaşıma 78,6 faiz azalıb
25 Yanvar 11:53
Nazir: Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək
25 Yanvar 11:48
Ombudsman Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib
25 Yanvar 11:47
İlon Mask Yer kürəsini qlobal istiləşmədən xilas etmək üsulunu tapan alimə 100 milyon dollar mükafat vəd edib
25 Yanvar 11:46
Peyvəndləmədən əvvəl və sonra orqanizmdə vitamin balansını qorumaq lazımdır
25 Yanvar 11:34
UNEC-də beynəlxalq konfrans: Azərbaycanın alban xristian mirası - Xudavəng məbədi
25 Yanvar 11:32
Azərbaycan ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
25 Yanvar 11:30
Keçən il informasiya və rabitə müəssisələri 2,2 milyard manatlıq xidmətlər göstərib
25 Yanvar 11:23
Ölkə başçısının rəhbərliyi ilə görülən işlər xalqımız tərəfindən daim dəstəklənib - Baş prokuror
25 Yanvar 11:21
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə elektron sənəd qəbulu başlayır
25 Yanvar 11:18
ABŞ Prezidenti Co Bayden ölkəyə giriş şərtlərini sərtləşdirib
25 Yanvar 10:20
Neft qiymətləri bahalaşıb
25 Yanvar 09:30
Yanvarın 25-də xarici valyutaların manata qarşı məzənnələri
25 Yanvar 09:13
Minatəmizləmə Agentliyi yüz kilometrdən çox yolu mina və partlamamış hərbi sursatdan təmizləyib
25 Yanvar 09:11
Şəhərlərarası və rayonlararası hərəkətə icazə verilib
25 Yanvar 09:06
Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur
25 Yanvar 09:05
Pakistan mediası Ermənistanın törətdiyi bəşəri cinayətlərdən yazdı
24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+1 +4