Ana səhifə »  Xəbər lenti »  Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

Bölgələrdə avtomobil yollarının böyük hissəsi artıq inşa edilib
Məlum olduğu kimi, 2020-ci il dünyanın əksər ölkələri üçün iqtisadi sahədə ağır il kimi tarixə düşdü. Bu da səbəbsiz deyil. Belə ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının dünya ölkələri üçün yaratdığı müxtəlif problemlər həmin ölkələrdə iqtisadi geriləmələrə də yol açdı. Amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədəki giriş nitqində bu məqama toxunan dövlət başçısı deyib ki, “Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir”.
Beləliklə, göründüyü kimi, ölkəmizdə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət öz bəhrəsini verir. Yəni dünya üçün ən ağır il sayılan 2020-ci ildə Azərbaycanın digər ölkələrə nisbətən yaranmış vəziyyətdən az itkilərlə çıxmasının əsasında məhz həyata keçirilən uğurlu siyasət və əldə edilən nailiyyətlər dayanır. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər də ölkəmizdə müxtəlif sahələrdə əldə edilən uğurlara təkan verib. Eyni zamanda bu çərçivədə yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir.
Yol infrastrukturundan söz düşmüşkən bildirmək yerinə düşər ki, bu istiqamətdə işlər davamlı xarakter daşıyır. Belə ki, avtomobil yollarının böyük hissəsi artıq inşa edilib, qalan layihələr də plan üzrə gedir. Bunu istər ötən ilin son ayında, istərsə də bu ilin ilk əvvəlindən etibarən ayrı-ayrı regionlarda həyata keçirilən işlər də təsdiqləyir.
Beləliklə, verilən məlumata əsasən, respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan və uzunluğu 24 kilometr olan Alpan-Kürkün-Susay yolunun tikintisi yekunlaşıb. Layihə çərçivəsində 2 hərəkət zolaqlı IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr, torpaq yatağının eni isə 10 metr təşkil edir. Tikinti layihəsinə uyğun olaraq, yeni yol yatağı və yol əsası inşa edilib. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib, məlumatverici lövhələr və yol nişanları quraşdırılıb, yola üfüqi nişanlanma xətləri çəkilib. Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda ikiaşırımlı olmaqla 61 və 66 metr uzunluğunda 2 körpü də inşa edilib. Hazırda Alpan-Kürkün-Susay avtomobil yolunun davamı olaraq 30 kilometr uzunluğa malik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 48 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yollarının tikintisi davam edir. Tikinti işləri dəniz səviyyəsindən 1500-2500 metr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək yeni avtomobil yolunun tikintisi 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yük daşınmasının xeyli yaxşılaşdıracaq. Eyni zamanda, yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.
Şimal bölgəsində, həmçinin uzunluğu 26 kilometr olan Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun yenidən qurulması işləri də yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulub. Tikinti layihəsinə uyğun olaraq, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülüb, bunun üçün isə müəyyən hissələrdə dağ yamacları xüsusi texnika ilə kəsilib. Daha sonra 200 min kvadratmetr sahəni əhatə edən 20 santimetr qalınlığında optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 santimetr qalınlıqda qım-çınqıl qarışığından əsasın üst layı tikilib. Asfaltlanma işləri yolun 170 min kvadratmetrdən çox sahəsini əhatə edib. Yolboyu 6 yararsız hala düşmüş müxtəlifdiametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri yerlərdə müxtəlifdiametrli, uzunluğu 239 poqonmetr olan 30 dəmir-beton boru quraşdırılıb. Hərəkətin normal təşkili üçün yol nişanı, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib. Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə bu ərazidə yaşayan əhalinin rayon mərkəzinə və respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikinti işləri isə davam etdirilir.
Ötən ay Mərkəzi Aran regionunda yerləşən Neftçalada isə şəhərdaxili və qəsəbələrdə, o cümlədən şəhərin S.Bayramov, İ.Əbilov, Pambıqçı, C.Abdullayev, Həsənəbad qəsəbələrində H.Z.Tağıyev, M.Ə.Sabir və digər küçələrində əsaslı təmir işləri davam etdirilib. Neftçala Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, sakinlərin rahatlığı üçün plan üzrə bütün yollarda təmir-bərpa işlərinin həyata keçiriləcəyi nəzərdə tutulub.
O cümlədən İsmayıllı şəhərində də küçələr abadlaşdırma planına uyğun olaraq aparılır. Belə ki, ayrılan xüsusi texnika vasitəsilə yollar hamarlanır, daha sonra asfaltlanır. Bununla bağlı məlumatda qeyd olunduğu kimi, Ə.Ələkbərzadə küçəsi ilə Nuru Paşa küçəsini birləşdirən, uzunluğu 670 metr olan Maqsud Cavadov küçəsinin asfaltlanması ərazidə hərəkəti tamamilə rahatlaşdırıb. Ə.Ələkbərzadə küçəsini Cavad Məmmədov küçəsi ilə birləşdirən, uzunluğu 520 metr olan Əhməd Cavad küçəsinin də asfaltlanması sakinlər tərəfindən razılıqla qarşılanıb. Qeyd edək ki, İsmayıllı şəhərinin hər iki küçəsinə ilk dəfə olaraq asfalt örtük vurulub.
Bundan başqa Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur. Yolun layihəsi 2020-ci ilin iyulun 29-da İsmayıllı rayonunun Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunmuşdu. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76,6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Yeni layihə üzərində 8 körpü var. Bunlardan 5 mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək, 3 körpü yolun dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun layihələndirilərək tikiləcək. Bunlardan Girdiman çayı, Cülyançay çayı, Quruçay çayı, Ax-ox çayı və Göyçay çaylarının üzərindəki körpülər İsmayıllı rayonunun ərazisinə düşür. Artıq bu çərçivədə işlərə başlanılıb. Ağsu çayı üzərində tikiləcək körpünün uzunluğu 634 metr olacaq. Hazırda körpülərin dayaqları qurulur. Qeyd edək ki, Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən, layihələndirilib.
Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri də sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qaldı. Bu isə ciddi mənada hərəkətə maneə törədirdi. Aparılan uğurlu islahatlar nəticəsində dövlət başçısının tapşırıq və sərəncamları ilə magistral yollarla yanaşı respublika əhəmiyyətli yolların da müasir səviyyədə yenidən qurulması işlərinə başlanılıb.
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 kilometr sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, dənəvər tərkibli əsasın üst layının tikintisi işləri icra olunub, əsasın alt layının və qırmadaşlı əsasın tikintisi işləri yerinə yetirilib, daha sonra yol polimer asfalt-beton qarışığı ilə döşənib. Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilib.
Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü isə 3 lay olmaqla 27 santimetr təşkil edir. Layihə çərçivəsində yol boyu 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü boru və 30 avtobus dayanacağı inşa edilib.
Bundan başqa, uzunluqları 20 metrdən 175 metrə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də aparılaraq yekunlaşdırılıb. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58,9-cu kilometrliyində Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci kilometrliyində Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür.
Məlumat üçün onu da bildirək ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Beləliklə, sadalananlar da ölkəmizdə infrastruktur işlərin, o cümlədən bu istiqamətdəki qalan layihələrin plan üzrə davam etdirildiyini təsdiqləyir.
Nadir AZƏRİ

 
  • Oxunub:  2520  |  
  • Tarix:  12-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

16 Yanvar 20:27
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
16 Yanvar 19:26
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16 Yanvar 19:02
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib
16 Yanvar 18:23
Pərvin Kərimzadə: Ölkə Prezidentinin Şuşa səfəri tarixi ədalətin bərpası, qalibiyyətin təntənəsidir
16 Yanvar 18:18
Qalib Liderin Qələbə yolu -Şuşa ucalığı
16 Yanvar 18:15
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…
16 Yanvar 17:56
Əli Əhmədov: Dünya birliyi Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir
16 Yanvar 17:53
Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 17:49
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
16 Yanvar 17:28
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
16 Yanvar 17:20
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
16 Yanvar 16:26
Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
16 Yanvar 16:25
Ali Məhkəmə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
16 Yanvar 16:21
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16 Yanvar 16:11
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
16 Yanvar 15:21
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir
16 Yanvar 15:13
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
16 Yanvar 15:11
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 14:58
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” mövzusunda tədbir keçirilib
16 Yanvar 14:56
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
16 Yanvar 14:20
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
16 Yanvar 14:18
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
16 Yanvar 14:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 14:12
Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar
16 Yanvar 14:10
Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir
16 Yanvar 14:05
AzTV-də 20 Yanvar hadisələrindən bəhs edən yeni sənədli filmin çəkilişlərinə başlanılıb
16 Yanvar 14:03
Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik
16 Yanvar 14:00
Onlar bizə əmanət ! - VİDEO
16 Yanvar 13:52
Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir
16 Yanvar 12:28
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 Yanvar 12:25
Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq
16 Yanvar 12:24
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 12:15
Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır
16 Yanvar 11:39
Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib
16 Yanvar 11:33
Xüsusi karantin rejiminin sonunadək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
16 Yanvar 11:27
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
16 Yanvar 11:22
Fevralın 1-dən ictimai iaşə obyektləri müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərə biləcək
16 Yanvar 11:18
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
16 Yanvar 11:06
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
16 Yanvar 11:03
Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
16 Yanvar 11:01
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub, göstərilən xidmətlər nəzərdən keçirilib
16 Yanvar 10:37
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA