Ana səhifə »  Xəbər lenti »  Zəfər qazanan Azərbaycan gəncinə təşəkkür
A+   Yenilə  A-
Zəfər qazanan Azərbaycan gəncinə təşəkkür

Hafiz Paşayev: Azərbaycan artıq həm intellektual, həm də fiziki baxımdan tam hazırlıqlı insan kapitalına malikdir

Bu günlərdə ADA Universitetində məzunlarla görüş keçirilib. Onların arasında təkcə intellektual baxımdan deyil, fiziki baxımdan da tam hazırlıqlı, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində iştirak etmiş əsgərlər vardı. AZƏRTAC universitetin rektoru Hafiz Paşayevin bununla bağlı qeydlərini təqdim edir.

Bu il təsis edilməsinin 15 illiyini qeyd edən ADA hər qəbul ilini yeni tələbələrlə “tanışlıq sessiyası” ilə başlayır. Gənclər bu sessiyada tədris mərkəzinin binaları, müəllimlər və universitet rəhbərliyi, ADA-nın təhsil fəlsəfəsini və qaydalarını öyrənir, seçdikləri ixtisaslar üzrə fənlər haqda məlumat alırlar. Həmin günlərdə onların keçirdiyi və universiteti bürüyən sevinc və həyəcan mənə də sirayət edir. Çünki qarşılarında rektor kimi ilk dəfə çıxış edərkən az müddət sonra müstəqil Azərbaycanın intellektual gücünə güc qatacaq yüzlərlə yeni diplomat, iqtisadçı, müəllim, mühəndis və ümumiyyətlə, mütərəqqi düşüncə tərzli idarəçiyə müraciət etdiyimin fərqində oluram. Gənclərin biliyi hər bir ölkənin insan kapitalının təməlidir, onların keyfiyyətli və yüksək standartlara uyğun təhsil almaları ölkənin gələcək inkişafını təmin edir.

Lakin mən bu günlərdə məzunlarımızla baş tutan görüşdə fərqli hisslər keçirdim. Çünki bu dəfə qarşımda duran təkcə intellektual baxımdan deyil, fiziki baxımdan da tam hazırlıqlı, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində iştirak etmiş, yaralanmış, lakin yenidən ruh yüksəkliyi ilə hərbi xidmətini başa vurmağa qayıdan əsgərlər idi. ADA Universitetinin məzunları arasında Prezident İlham Əliyevin Sərəncamına əsasən Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Xocavənd, Şuşa və Suqovuşanın azad olunması, eləcə də “Hərbi xidmətlərə görə” və “Döyüşdə fərqlənməyə görə” medalları, ümumilikdə, 13 medalla təltif edilən gənclər var. Onlar bizə tarixi zəfəri bəxş edən, Ali Baş Komandanın rəhbərliyi ilə dünyaya başqa bir Azərbaycan nümayiş etdirən qüdrətli Azərbaycan Ordusunun sıralarındadır.

Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərini azad görmək, bütün xalqımız kimi, mənim də ən ümdə arzum idi. Azərbaycanın ABŞ-da 1992-2006-cı illərdə səfiri kimi fəaliyyətimin əsas hissəsi məhz bu istiqamətə yönəlmişdi. Lakin hərb meydanında olduğu kimi, informasiya meydanında da biz o zaman işimizi əlverişsiz mövqedən başlamışdıq: Vaşinqtonda təmsil olunduğumuza qədər ABŞ-dakı erməni lobbisi daxili siyasi imkanlardan sui-istifadə edib, Konqresin sabiq Sovet ölkələrinin müstəqilliyinin möhkəmlənməsi üçün nəzərdə tutulan Azadlığa Dəstək Aktına 907-ci düzəlişi əlavə etdirmiş və Azərbaycanı o zaman böyük ehtiyac duyduğu ABŞ yardımından məhrum etmişdi. Növbəti illərdə Konqres nümayəndələri ilə saysız-hesabsız görüşlərimdə bir daha əmin olurdum ki, dünyanın fövqəldövlətinin qanunverici orqanı yaşadıqları ölkənin milli maraqlarını bada verməkdən belə çəkinməyən lobbiçilərin tələblərinə boyun əymiş və həqiqəti bilmədən Azərbaycana qarşı ədalətsiz qanun qəbul etmişdilər. Bu haqsızlıqla mübarizə isə, təəssüf ki, yalnız arqumentlər toplusundan asılı deyildi - Azərbaycan bir dövlət kimi inkişaf etməli, nüfuz qazanmalı, diplomatik sahədə çəkisini artırmalı və özü ilə hesablaşmağa məcbur edən oyunçuya çevrilməli idi. O zamana qədər isə biz işimizi davam etdirməli, təmkini siyasi alətə çevirməli və qisas məqamının çatacağına inanmalıydıq.

Azərbaycanın Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdiyi gerçəkliklərdən biri odur ki, hərbi meydanda havadarları olmadan Ermənistan heç vaxt Azərbaycana qarşı üstünlüyə malik olmayıb. Bunu illər ərzində bildirsək də, ordumuzun mərdliyi, qabiliyyəti və şücaətinin nümayişi hələ irəlidə idi. Diplomatik meydanda isə Ermənistan uydurmalarının ayaq tutub yeriməsinin yeganə səbəbinin yalnız yerlərdəki lobbiçilik hesabına olduğunu çoxdan sübut etmişdik.

Vaşinqtonda işlədiyim müddətdə Ermənistanın təcavüzkar siyasətindən qaynaqlanan arqumentlər ciddi siyasi dairələrdə getdikcə kinayə ilə qarşılanırdı və qeyri-rəsmi söhbətlərdə bizə həqiqətin onlara su kimi aydın olduğunu bildirirdilər.

Xatırlayıram, 2001-ci ildə ABŞ dövlət katibi Kolin Pauelin təşəbbüsü ilə Ki-Uest şəhərində Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar keçirilirdi. Heydər Əliyev Ki-Uestdəki Harri Trumen adına kiçik Ağ Evdə dövlət katibi Pauellə görüşdü. Burada dövlət katibi Azərbaycan Prezidentinə xitab edərkən dünyada tanınmış görkəmli siyasi xadimlə yenidən görüşmək imkanını yüksək qiymətləndirdi, onunla hələ 1997-ci ildə Vaşinqtondakı görüşlər zamanı apardıqları söhbətləri xatırladı. Bağlı qapılar arxasında keçirilən danışıqların ilk günü isə dövlət katibi və prezidentlər mətbuat qarşısında çıxış edirdilər. Heydər Əliyev münaqişənin yaranma tarixi barədə məlumat verir, amerikalıların çox yaxşı anladığı beynəlxalq hüquq dilinə istinad edir, işğal altında olan dövləti təmsil etsə də sülhdən danışırdı. Ondan sonra çıxış edən Robert Koçaryan isə qısaca olaraq bildirdi ki, Ermənistandan neçə min kilometr yolu ona görə qət etməyib ki, həmsədrlərə dərs desin - bura konstruktiv şəkildə işləməyə gəlib. Belə kinayəli və aqressiv ton bütün otaqda gərgin abı-hava yaratdı və hamıya işğalçının kim və hansı səviyyədə olduğuna işarə etdi. Qeyri-ixtiyari olaraq mən də iki ölkə başçılarının görüşündə Azərbaycanı təmsil edən dünya səviyyəli siyasətçi Heydər Əliyevin “dərzi-dülgər” səviyyəli bir adamla üz-üzə oturmaq məcburiyyətini taleyimizin acı ironiyası kimi görürdüm. Etiraf edim ki, bu anlarda mən haqqın bərpa olunacağı məqamı görmək üçün səbirsiz idim. Milli qürurumuza vurulan bu yaraya dərman tapılacağı günü bütün gücümlə yaxınlaşdırmaq istəyirdim.

Müharibə iştirakçısı olan ADA məzunlarına və ordumuzun hər bir qəhrəman hərbçisinə hədsiz dərəcədə minnətdaram. Onlar Ali Baş Komandanın rəhbərliyi ilə qisasımızı alıblar və buna görə özümü xoşbəxt hiss edirəm. Belə tarixi qələbələri qazanmaq üçün Azərbaycan artıq həm intellektual, həm də fiziki baxımdan tam hazırlıqlı insan kapitalına malikdir. ADA Universiteti, öz növbəsində, bu kapitalı artırmaq üçün, Vətənimizin hər qarışının inkişafı və dirçəlməsi naminə daha böyük səylər göstərəcək.

Hafiz Paşayev

ADA Universitetinin rektoru

 
  • Oxunub:  1560  |  
  • Tarix:  11-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
15 Yanvar 09:28
Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək
15 Yanvar 09:18
Milli mətbuatımızın müasir çağırışlara cavab verməsi üçün davamlı addımlar atılır
15 Yanvar 09:16
Vüqar Bayramov: Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında yüksək qiymətə layiq görülür
15 Yanvar 09:11
Ramin Məmmədov: Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6