İndoneziyanın “matamatapolitik.com” saytında “Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq etdi – ehtiyatlı olun!” səlövhəli məqalə dərc olunub. Yazıda Ermənistan xarici işlər nazirinin Dağlıq Qarabağa səfəri, Prezident İlham Əliyevin bu ölkəyə xəbərdarlıq etməsi kimi məqamlar öz əksini tapıb. “Dövlət başçısı Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağa səfəri ilə əlaqədar qəti etirazını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Yerevan bu cür təxribatçı hərəkətləri davam etdirərsə, peşman olacaq”,-deyə məqalədə vurğulanıb.
Yazıda Azərbaycan Prezidenti 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə səsləndirdiyi fikirlərə yer verilib: “Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.
Prezident İlham Əliyevin “Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır” fikri də oxucuların diqqətinə çatdırılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına istinadla vurğulanıb ki, Ermənistan xarici işlər nazirinin Dağlıq Qarabağ regionuna səfəri noyabrda imzalanmış üçtərəfli razılaşmanın şərtlərinin ciddi şəkildə pozulmasıdır.
- Oxunub: 1710 |
- Tarix: 11-01-2021 |
-
Çap et |