Ana səhifə »  Xəbər lenti »  Əli Əhmədov: Əli Kərimli - Cəmil Həsənli cütlüyünün bütün xalqın və onun dostlarının bayram etdiyi qələbəyə sevinməməsi özünü həmin xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir
A+   Yenilə  A-
Əli Əhmədov: Əli Kərimli - Cəmil Həsənli cütlüyünün bütün xalqın və onun dostlarının bayram etdiyi qələbəyə sevinməməsi özünü həmin xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir

“İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması, işğal edilmiş torpaqlarımızın 30 ildən sonra geri qaytarılması xalqımızın tarixinin ən şərəfli anlarındandır. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi. Tam məsuliyyətlə demək olar ki, Qarabağ münaqişəsinin ədalətli həll olunması 2020-ci ilin başlıca hadisəsi kimi tarixə düşmüşdür. Bütün dünya Azərbaycan dövlətinin gücünün, onun Silahlı Qüvvələrinin qüdrətinin, xalqımızın qəhrəmanlıq əzminin şahidi oldu.” Bu fikirlər Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun rəsmi facebook səhifəsində paylaşdığı “Zəfərimizə böhtan atanlar” sərlövhəli məqaləsində yer almışdır.

Əli Əhmədov qeyd etmişdir ki, müharibədə böyük şücaət nəticəsində qazanılan zəfər xalqımızın qürur və iftixar mənbəyi kimi hər birimiz üçün əziz və qiymətlidir: “Lakin müharibə başa çatar-çatmaz Əli Kərimli - Cəmil Həsənli cütlüyü və onların ətrafındakılar qələbəmizi təftiş etməyə, onun üzərinə kölgə salmağa başladılar. Qələbə sevincinin yaratdığı izdihamı, yüz minlərin iştirak etdiyi küçə yürüşlərini öz gözləri ilə görən sözügedən cütlüyün davranışını anlamağa insan çətinlik çəkir. Əvvəla, bütün xalqın və onun dostlarının bayram etdiyi qələbəyə sevinməmək özünü həmin xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir. İkincisi, heç kimə sirr deyildir ki, Ermənistan və onun havadarları tərəfindən Qarabağın işğal olunmasında AXC-Müsavat hakimiyyətinin ərazilərimizi qoruya bilməməsi əsas amillərdən biri olmuşdur. Dövlətin və xalqın bütün imkanlarını erməni təcavüzkarlarına müqavimət göstərmək naminə səfərbər etmək əvəzinə, cəbhəçi – müsavatçıların hakimiyyətdaxili çəkişmələr aparması ölkəyə baha başa gəldi.  Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə və törətdiyi vəhşiliklərə heç bir halda haqq qazandırmadan, AXC-Müsavat hakimiyyətinin ölkənin ərazisini qoruya və əhalinin təhlükəsizliyini təmin edə bilməməsi də açıq qeyd edilməlidir. Erməni təcavüzü ilə əlaqədar müharibə aparmağa məcbur olan ölkənin Prezidenti və Ali Baş Komandanı Əbülfəz Elçibəyin iyun ayının 18-də Bakını tərk edərək Ordubadın Kələki kəndinə qaçması, onun hökumət nümayəndələrinin isə vəzifələrini dondurmaqları barədə şübhəli bəyanatları dövlətin müdafiə qüdrətinə vurulan ən ağır zərbə idi. Onların bilərəkdən daxili siyasi böhranı dərinləşdirməyə yönəldilmiş hərəkətləri nəticəsində Dağlıq Qarabağ ətrafında rayonların işğal edilməsinə, yüz minlərlə insanın didərgin düşməsinə səbəb oldu. Buna görə də Azərbaycan tarixinin ən acı faciələrindən biri sayılan Qarabağın Ermənistan tərəfindən işğalının məsuliyyəti AXC-Müsavat üzərinə düşür. Bu məsuliyyətin adı ölkənin müdafiəsini təşkil edə bilməmək və  daxili böhranı qəsdən ağırlaşdırmaqla düşmənin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmaqdır. Bir sözlə milli xəyanətdir.”

“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında bacarıqsızlıqları və cinayət sayılacaq hərəkətləri ilə ciddi məsuliyyət yükü daşıyan AXC-Müsavat hakimiyyətinin təmsilçiləri olmuş Əli Kərimli və Cəmil Həsənlidən Vətən müharibəsinin parlaq nəticələrinə gözlənilən ən doğru reaksiya onların bağışlanmaz səhvinin və günahının nəticəsində işğal olunmuş Qarabağın azad edilməsinə hamıdan çox məmnun olmaq, qələbəmizin layiqli qiymətini vermək ola bilərdi. Lakin cütlük gözlənilənin tam əksini nümayiş etdirərək adətlərinə uyğun hərəkətlərini davam etdirməyə üstünlük verirlər.”-deyə, Əli Əhmədov bildirmişdir. 

Baş nazirin müavini məqaləsində qeyd edir ki, Əli Kərimli - Cəmil Həsənli cütlüyünün çox da uzaqda olmayan tarixi saxtalaşdırmaq, öz günahlarını bugünkü iqtidarın ayağına yazmaq cəhdləri heç kimə sirr deyil. İndi isə onlar ikinci Qarabağ müharibəsində möhtəşəm zəfərimizi təftiş etməklə onun tarixi əhəmiyyətini azaltmağa çalışırlar. 1993-cü ildə müharibə edən ölkədə bilərəkdən hakimiyyət böhranını dərinləşdirməklə bir neçə rayonun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə dolayısı yolla rəvac vermək nə dərəcədə xəyanət idisə, Ordumuzun şanlı zəfərinin tarixi əhəmiyyətini azaltmaq cəhdləri də o dərəcədə ziyanlı və pozuculuq fəaliyyətidir. Söhbət bilərəkdən, qəsdən xalqımızın qürur və iftixar mənbəyi olan 8 noyabr Zəfər gününün üzərinə kölgə salmaqdan, Qarabağın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizin ruhuna hörmətlislikdən gedir. Möhtəşəm zəfərimizin üzərinə kölgə salmaq, əslində onların qəhrəmanlığına, şücaətinə, şəhidliyinə şübhə toxumu səpmək qədər yolverilməz və bağışlanmaz günahdır.

“Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi rolu və əhəmiyyətini azaltmaq üçün sözügedən cütlük yalan və şayiələrlə, hadisələrin mahiyyətini təhrif etməklə postmüharibə reallıqları barədə insanlarda fərqli fikirlər yaratmağa səy göstərir. Onların əsassız iddialarla müharibənin başlıca nəticəsi kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması faktına şübhə yaratmağa çalışmaları, 10 noyabr razılaşmasının şərtlərini bilərəkdən yanlış yöndə şərh etmələri xalqın qələbəyə inamına şübhə toxumu səpmək məqsədi daşıyaraq Kərimli – Həsənli cütlüyününü anti-milli xislətini bir daha sübuta yetirir. 

Görünən budur ki, 30 illik işğaldan sonra Qarabağın azad edilməsinin xalqımızda yaratdığı ruh yüksəkliyinə, xalq-iqtidar birliyinin daha da güclənməsinə, Prezident İlham Əliyevə əhalinin hörmət və ehtiramının qat-qat yüksəlməsinə Əli Kərimli-Cəmil Həsənli cütlüyü həsəd aparır, çoxdan itirdikləri siyasi perspektivlərinin tamam əridiyini görür və bütün bunların əvəzində möhtəşəm zəfərimizin üzərinə kölgə salmaqla xəstə təxəyüllərinə təsəlli verməyə çalışırlar. Ancaq nə etməli, bu onların seçimidir. Həmişə olduğu kimi, bu seçimləri də nə milli maraqlarımıza uyğundur, nə də insanların zəfər ovqatını əks etdirir. Onlar yenə də mənsub olduğu xalqla eyni cür düşünmək, eyni sevinci yaşamaq yolunu tuta bilmədilər. Bəlkə də heç istəmirlər. Şübhə yoxdur ki, belə təfəkkür və davranış tərzi sözügedən cütlüyün və onların ətrafında toplaşanların siyasi faciəsi, mənəvi iflasıdır.” –deyə, Baş nazirin müavini vurğulamışdır.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  11-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir

26 Yanvar 16:28
FHN: Azərbaycan və Rusiya pirotexniklərinin birgə fəaliyyəti nəticəsində indiyədək 340 mina və 3 partlamamış sursat aşkarlanıb
26 Yanvar 16:11
Prezident İlham Əliyev: Ölkəmizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməli və tətbiq edilməlidir
26 Yanvar 16:03
Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik
26 Yanvar 16:01
Əhliman Əmiraslanov: “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”
26 Yanvar 15:58
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır
26 Yanvar 15:48
Prezident İlham Əliyev: Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır
26 Yanvar 15:44
“WhatsApp” nə üçün 30 milyondan çox istifadəçi itirib?
26 Yanvar 15:42
Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb
26 Yanvar 15:29
Plastik tullantılardan daha bir məqsəd üçün istifadə olunacaq...
26 Yanvar 15:15
Vüqar Bayramov: “Dostluq” yatağındakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhvə verəcək
26 Yanvar 15:08
Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi
26 Yanvar 15:01
Musa Quliyev: Qarabağın dirçəlişində hamımız fəal iştirak etməliyik
26 Yanvar 15:00
YAP Tovuz rayon təşkilatının Şura iclası keçirilib
26 Yanvar 14:58
Prezident İlham Əliyev: Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il donanmaya yeni gəmilər təqdim edilir
26 Yanvar 14:51
Prezident İlham Əliyev: Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
26 Yanvar 14:42
Prezident: Azərbaycandan keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır
26 Yanvar 14:35
Səməd Seyidov: Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar
26 Yanvar 14:28
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
26 Yanvar 14:27
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb
26 Yanvar 14:17
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qarabağda baş verən canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq
26 Yanvar 14:14
Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
26 Yanvar 13:55
ICESCO-nun Baş direktoru mədəni irs təşkilatlarını sıx əməkdaşlığa çağırıb
26 Yanvar 13:19
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayını gündə 3 dəfəyədək artırır
26 Yanvar 13:15
Beynəlxalq Təhsil Gününə həsr olunan tədbir keçirilib
26 Yanvar 12:49
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
26 Yanvar 12:46
Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir
26 Yanvar 12:45
Jalə Əliyeva: Ötən həftənin üç əhəmiyyətli məqamı
26 Yanvar 12:26
“Dostluq” yatağından birgə istifadə xalqlarımızın rifah halının daha yaxşılaşması üçün yeni imkanlar yaradacaq
26 Yanvar 12:11
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib
26 Yanvar 12:08
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
26 Yanvar 12:06
Məişət texnikası və mobil telefon alarkən nəyə diqqət etmək lazımdır?
26 Yanvar 12:01
Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib
26 Yanvar 11:50
Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub
26 Yanvar 11:41
Gəncə-Qazax-Gürcüstan avtomagistralının genişləndirilməsi davam edir
26 Yanvar 11:36
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
26 Yanvar 11:12
Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib
26 Yanvar 10:56
Nazir: Dünya İqtisadi Forumunda qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə olunur

26 Yanvar 10:13
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatı

26 Yanvar 09:21
Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir
26 Yanvar 09:18
Mübariz Tağıyev: Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalının bərpası həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır
26 Yanvar 09:16
Əliqismət Lalayev: Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi hamının arzusudur
26 Yanvar 09:14
Timsahın göz yaşları, yaxud Əli Kərimlinin saxta “narahatlığı”
26 Yanvar 09:11
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

26 Yanvar 09:10
Antimilli şura - satqınlıq və xəyanət simvolu

26 Yanvar 09:08
Zamir Hüseynov: 2021-ci il Qarabağa möhtəşəm qayıdışımızın başlanğıcı olacaq
26 Yanvar 09:07
Tahir Kərimli: Ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub
26 Yanvar 09:05
Abutalıb Səmədov: “Dostluq” yatağının birgə işlənməsini Azərbaycanın neft-qaz sənayesində yeni mərhələnin başlanğıcı hesab etmək olar
26 Yanvar 09:04
Əlisahib Hüseynov: Bu anlaşma nəinki hər iki ölkə, eyni zamanda, bölgə və bütün Türk dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir
26 Yanvar 09:03
Fuad Əliyev: Şəhid ailələrinə və qazilərə təkcə dövlət deyil, bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir

26 Yanvar 09:02
Radikalların yalanlar seriyası...

26 Yanvar 09:00
Ermənistan hökuməti aqoniya vəziyyətindədir
26 Yanvar 08:58
Peyvənd tətbiq olunduğu gündən bir ay sonra qoruyuculuğunu göstərməyə başlayır
26 Yanvar 08:56
Ölkəmizdə pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir
25 Yanvar 22:40
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib
25 Yanvar 21:45
Səməd Seyidov: AŞPA-dakı bəzi qrupların gərginliyi səngiməyib, onlar vəziyyəti qızışdırmağa çalışırlar
25 Yanvar 20:49
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
25 Yanvar 20:43
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndinin videogörüntülərini paylaşıb VİDEO
25 Yanvar 20:37
Səməd Seyidov: Ermənilərin AŞPA-da Azərbaycanla bağlı əsassız iddiaları tamamilə iflasa uğradı
25 Yanvar 20:34
Ölkəmizdə əlillərə, şəhid ailələrinə daim yüksək diqqət və qayğı göstərilir
25 Yanvar 20:29
Rafael Hüseynov: Ermənistan nümayəndə heyətinin üzvləri təxribatçı çıxışlarına son qoymalıdırlar
25 Yanvar 20:24
Ədliyyə Nazirliyi tərəfindən “CEPEJ və məhkəmə-hüquq islahatları: Azərbaycanın nailiyyətləri” mövzusunda onlayn brifinq keçirilib
25 Yanvar 20:20
Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndinin videogörüntülərini paylaşıb VİDEO
25 Yanvar 19:48
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
25 Yanvar 19:45
Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib
25 Yanvar 19:45
Azərbaycanda koronavirusdan 273 nəfər sağalıb, 57 yeni yoluxma faktı qeydə alınıb
25 Yanvar 18:23
Hande Harmancı: "İlkin səhiyyə xidməti nəticəsində ildə 24 min insanın həyatını xilas etmək mümkündür"
25 Yanvar 18:17
Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı və İcra Komitəsinin 37-ci iclası keçirilib
25 Yanvar 18:13
Misir portalı Prezident İlham Əliyevin ermənilərin məscidləri təhqir etməsi barədə çıxışını yayıb
25 Yanvar 18:11
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsinin ilk görüşü olub
25 Yanvar 17:52
Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərə həsr olunmuş geniş kollegiya iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5