Ana səhifə »  Xəbər lenti »  Bakı Slavyan Universitetində payız semestrinin imtahan sessiyası distant formada keçirilir
A+   Yenilə  A-
Bakı Slavyan Universitetində payız semestrinin imtahan sessiyası distant formada keçirilir

Təhsil naziri Emin Əmrullayev 2020-ci il dekabrın 11-də “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb. Həmin əmrdə respublikamızın ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva bu əmrin icrasının təmin edilməsi məqsədilə “2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzalayıb. Əmrdə BSU-da payız semestrinin imtahan sessiyasının mövcud normativ sənədlər, o cümlədən Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə“ 2020-ci il 10 sentyabr tarixli Qərarı, təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2020-ci 11dekabr tarixli əmri əsasında təşkili və keçirilməsinin müvafiq strukturlar tərəfindən təmin edilməsi , payız semestrinin imtahan sessiyasının yanvar ayının 11-dən başlamaqla 4 həftə müddətində distant formada keçirilməsi öz əksini tapıb.

Bu barədə AZƏRTAC-a BSU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib. Əmrdə, həmçinin xüsusi karantin rejimi şəraitində təşkil olunan və keçirilən payız semestrinin imtahan sessiyası üzrə təhsilalanların cari və aralıq qiymətləndirilməsi zamanı BSU-nun Elmi şurasının 2020-ci il 30 noyabr tarixli qərarında tələbələr üçün nəzərdə tutulan güzəştlərin tətbiq edilməsi, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələrin müraciətlərinin yerində çevik həll edilməsini təmin etmək məqsədilə tərkibinə universitet rəhbərliyinin, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən valideyn şurasının, tələbə ictimai təşkilatlarının, Mətbuat və informasiya şöbəsinin və ictimaiyyət nümayəndələrinin daxil olduqları 13 nəfərdən ibarət İmtahan Qərargahının yaradılması qeyd edilib. Eyni zamanda, əmrdə distant formada keçirilən imtahan sessiyası müddətində İmtahan Qərargahına edilən müraciətlərin çevik şəkildə onlayn rejimdə araşdırılması, imtahan nəticələrindən, o cümlədən Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında qeyri-ixtisas fənləri üzrə qiymətləndirilmədən narazı qalan tələbələrin onlayn formada dinlənilməsi məqsədilə Apelyasiya Komissiyasının yaradılması göstərilib. Əmrin əsas müddəalarından biri də imtahan sessiyası müddətində tələbələrə əvvəlki imtahan sessiyalarından qalan kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək imkanının verilməsi, cari imtahan sessiyası üzrə yaranmış kredit borclarını fənni (fənləri) təkrar dinləmədən aradan qaldırılmasına 9-12 fevral 2021-ci il tarixdə şərait yaradılması, kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək arzusunda olan tələbələrin imtahan nəticəsindən narazı qaldıqları halda onlara Apelyasiya Komissiyasına müraciət etmək imkanının yaradılmasıdır.

“Microsoft Teams”platforması vasitəsilə keçirilən payız semestrinin imtahan sessiyasında ümumilikdə universitetin təxminən 4500 nəfərə yaxın tələbəsinin iştirak etməsi nəzərdə tutulur.

Təhsil Nazirliyinin müvafiq təlimatının tələbləri gözlənilməklə Əlavə və qiyabi təhsil şöbəsi üzrə imtahan sessiyasının yanvarın 18-dən fevralın 13-dək keçirilməsi nəzərdə tutulub. Tələbələrə əvvəlki və cari imtahan sessiyalarından qalan kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək imkanı veriləcək.

Əmrə əsasən, distant formada təşkil olunan şifahi və yazılı imtahanların təşkili və keçirilməsi, sual, referat və praktik tapşırıqların forma və məzmununun müəyyən olunması, məsafədən cavablandırılması, qiymətləndirilmənin aparılması, imtahanların gedişi prosesinin protokollaşdırılması barədə Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin hazırladığı təlimat və göstərişlər imtahan sessiyasına 2 həftə qalmış müəllimlərin, tələbələrin, eləcə də fakültə dekanlarının, kafedra müdirlərinin, şöbə müdirlərinin, akademik məsləhətçilərin, tədris-köməkçi heyətin diqqətinə çatdırılması, imtahan sessiyasının distant formada keçirilməsinə texniki dəstəyin İşçi Qrupun həyata keçirməsi müəyyən edilib.

Distant formada imtahanların təşkili və keçirilməsi, məsafədən təşkil olunacaq imtahanlara dair qeydiyyatın və elektron sənədləşmənin düzgün aparılması, elektron idarəetmə sisteminin sabit fəaliyyətinin təmin olunması və qarşıya qoyulan vəzifələrin həllinə texniki dəstəyin reallaşdırılması məqsədilə universitetin müvafiq struktur bölmələrinin məsul şəxslərindən, tədris-mədəniyyət mərkəzlərinin mütəxəssislərindən və müəllimlərdən ibarət 22 nəfərlik texniki dəstək qrupu yaradılıb.

Bütün bunlarla yanaşı, İmtahan Qərargahına və müvafiq strukturlara baş verən mənfi hallarla bağlı daxil olan məlumatların çevik araşdırılıb dərhal müvafiq tədbir görülməsi, İmtahan Qərargahının fəaliyyəti barədə rektora müntəzəm məlumat verilməsi, İmtahan Qərargahına tələbənin elektron müraciəti daxil olan andan sonra 1 gün ərzində müraciətin araşdırılıb müvafiq qərar qəbul edilməsi, qəbul edilən qərarların protokollaşdırılması, İmtahan Qərargahı sədrinin və ya Apelyasiya Komissiyası sədrinin imzası ilə təsdiqlənməsi, İmtahan Qərargahının fəaliyyəti barədə müəllim, tələbə və valideynlərə, universitet üzrə İctimai Etimad Şurası üzvlərinə vaxtaşırı məlumat verilməsi nəzərdə tutulub. Həmçinin Mətbuat və informasiya şöbəsinin tələbələrin biliyinin qiymətləndirilməsi və İmtahan Qərargahının fəaliyyəti barədə məlumatları mütəmadi olaraq universitetin “Facebook” səhifəsində, saytında və mediada işıqlandırması əmrdə öz əksini tapıb. Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsi imtahan sessiyasının nəticələrini təhlil edib bu barədə sessiya bitdikdən 5 gün sonra rektora müvafiq məlumatı təqdim etməlidir. Bundan başqa, sözügedən şöbə və tədris işləri üzrə prorektorluq imtahan sessiyasının təşkili, keçirilməsi və nəticəsi barədə hesabat və rəyləri ümumiləşdirib müvafiq formalar üzrə 10 gün müddətində Təhsil Nazirliyinə təqdim etməlidir. Ümumilikdə BSU-da imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  11-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

27 Yanvar 09:41
Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”
27 Yanvar 09:23
Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub
27 Yanvar 09:19
Küləklə sovrulanlar...
27 Yanvar 09:16
“Biz qalib gəldik”
27 Yanvar 09:11
YAP Suraxanı rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər
27 Yanvar 09:10
Rəşid Şabanov: Prezident İlham Əliyev Şuşaya qalib Ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər etdi
27 Yanvar 09:06
Sabir Rüstəmxanlı: Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair razılaşma son dərəcə önəmlidir
27 Yanvar 09:03
Arzuxan Əlizadə: Bölgədə yaranmış yeni reallıqlar Azərbaycan üçün mühüm siyasi və iqtisadi dividendlər vəd edir
27 Yanvar 09:01
Rufiz Qonaqov: Əldə olunan razılaşma sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll edilə bilər

27 Yanvar 08:59
Radikalların növbəti şousu, yaxud Əli Kərimli yenə də anti-Azərbaycan dairələrdən mədət umur

27 Yanvar 08:58
Ermənistanın bütün dövlət qurumlarında xaos hökm sürür
27 Yanvar 08:56
“Hüquq guşəsi: oxucu soruşur”
27 Yanvar 08:55
Koronavirusdan sağalan xəstələrin iybilmə və dadbilmə hissi nə zaman bərpa olunur?
27 Yanvar 08:53
Xaricdə yaşayan soydaşlarımız ana Vətənə yüksək bağlılıq nümayiş etdirirlər
26 Yanvar 19:27
Milli Məclis sədrinin müavini: Ölkəmiz münasibətlərini dostluq, qardaşlıq mövqeyini əsas götürməklə formalaşdırır
26 Yanvar 19:20
Dünya İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edir
26 Yanvar 19:12
Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar görüş keçirilib
26 Yanvar 19:08
Azərbaycanın və Türkiyənin nümayəndə heyətlərinin rəhbərləri AŞPA-da birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
26 Yanvar 18:28
Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntülərini paylaşıb VİDEO
26 Yanvar 18:15
Yeni qaz sayğaclarını onlayn idarə etmək mümkün olacaq
26 Yanvar 18:11
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
26 Yanvar 18:05
Azərbaycan nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilir
26 Yanvar 17:55
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
26 Yanvar 17:45
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir
26 Yanvar 17:40
Paytaxtda yeni müntəzəm marşrut xətti təşkil olunub
26 Yanvar 17:37
Nazir: Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70 faizi ötüb
26 Yanvar 17:27
Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib
26 Yanvar 17:20
Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir
26 Yanvar 17:17
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir
26 Yanvar 17:16
Ruslan Əliyev: Pandemiya ilə əlaqədar abonentlərin təbii qaz sərfiyyatı artıb
26 Yanvar 16:49
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
26 Yanvar 16:37
Azərbaycanda koronavirusdan 551 nəfər sağalıb, 326 yeni yoluxma faktı qeydə alınıb
26 Yanvar 16:28
FHN: Azərbaycan və Rusiya pirotexniklərinin birgə fəaliyyəti nəticəsində indiyədək 340 mina və 3 partlamamış sursat aşkarlanıb
26 Yanvar 16:11
Prezident İlham Əliyev: Ölkəmizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməli və tətbiq edilməlidir
26 Yanvar 16:03
Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik
26 Yanvar 16:01
Əhliman Əmiraslanov: “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”
26 Yanvar 15:58
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır
26 Yanvar 15:48
Prezident İlham Əliyev: Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır
26 Yanvar 15:44
“WhatsApp” nə üçün 30 milyondan çox istifadəçi itirib?
26 Yanvar 15:42
Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb
26 Yanvar 15:29
Plastik tullantılardan daha bir məqsəd üçün istifadə olunacaq...
26 Yanvar 15:15
Vüqar Bayramov: “Dostluq” yatağındakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhvə verəcək
26 Yanvar 15:08
Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi
26 Yanvar 15:01
Musa Quliyev: Qarabağın dirçəlişində hamımız fəal iştirak etməliyik
26 Yanvar 15:00
YAP Tovuz rayon təşkilatının Şura iclası keçirilib
26 Yanvar 14:58
Prezident İlham Əliyev: Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il donanmaya yeni gəmilər təqdim edilir
26 Yanvar 14:51
Prezident İlham Əliyev: Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
26 Yanvar 14:42
Prezident: Azərbaycandan keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır
26 Yanvar 14:35
Səməd Seyidov: Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar
26 Yanvar 14:28
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
26 Yanvar 14:27
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb
26 Yanvar 14:17
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qarabağda baş verən canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq
26 Yanvar 14:14
Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
26 Yanvar 13:55
ICESCO-nun Baş direktoru mədəni irs təşkilatlarını sıx əməkdaşlığa çağırıb
26 Yanvar 13:19
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayını gündə 3 dəfəyədək artırır
26 Yanvar 13:15
Beynəlxalq Təhsil Gününə həsr olunan tədbir keçirilib
26 Yanvar 12:49
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
26 Yanvar 12:46
Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir
26 Yanvar 12:45
Jalə Əliyeva: Ötən həftənin üç əhəmiyyətli məqamı
26 Yanvar 12:26
“Dostluq” yatağından birgə istifadə xalqlarımızın rifah halının daha yaxşılaşması üçün yeni imkanlar yaradacaq
26 Yanvar 12:11
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib
26 Yanvar 12:08
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
26 Yanvar 12:06
Məişət texnikası və mobil telefon alarkən nəyə diqqət etmək lazımdır?
26 Yanvar 12:01
Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib
26 Yanvar 11:50
Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub
26 Yanvar 11:41
Gəncə-Qazax-Gürcüstan avtomagistralının genişləndirilməsi davam edir
26 Yanvar 11:36
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
26 Yanvar 11:12
Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib
26 Yanvar 10:56
Nazir: Dünya İqtisadi Forumunda qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə olunur

26 Yanvar 10:13
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatı

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+2 +5