Ana səhifə »  Xəbər lenti »  Qidalanmada yol verdiyimiz səhvlər
A+   Yenilə  A-
Qidalanmada yol verdiyimiz səhvlər

Gündəlik müxtəlif təzə qida məhsullarının istehlakı orqanizmi lazımi qədər zəruri qida maddələri ilə təmin edir. Bu həm də insanların çəki alma (piylənmə) və qeyri-infeksion xəstəliklərə yoluxmasına gətirib çıxaran yüksək şəkər, yağ və duz ehtiva edən pəhriz məhsullarından çəkinmələrinə səbəb olur. İlk növbədə qidalanmanın ən optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu toxluğa səbəb olacaq və normadan artıq qida qəbulunun qarşısını alacaqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisləri Aynur Həsənova, Cəmilə Hacızadə və Nərgiz Ağayevanın məqaləsində deyilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanlara müxtəlif çeşidli qida məhsullarının istehlakını tövsiyə edir. Həm buğda, arpa, çovdar, qarğıdalı və düyü kimi dənli bitkilərə, həm nişasta əsaslı kök yumrularına və ya kartofa, həm mərci və lobya kimi paxlalı bitkilərə, həm digər meyvə-tərəvəzlərə, həm də ət, balıq, yumurta və süd kimi heyvan mənşəli məhsullara gündəlik qida rasionunda üstünlük verilməlidir. Qəlyanaltı olaraq, şəkər, duz və yağ ehtiva edən qida məhsulları deyil, çiy tərəvəzlər və təzə meyvələr məsləhət görülür. Meyvə və tərəvəzlərin bişirilməsi zamanı vacib vitaminlər məhv olduğundan onların çiy halda istehlakı məqsədəuyğundur. Konservləşdirilmiş və ya qurudulmuş meyvə-tərəvəzdən istifadə üçün duz və şəkər əlavə edilməmiş məhsullar seçilməlidir. Məlumdur ki, meyvə və tərəvəzlər vitamin, mineral, qida lifləri, zülal və antioksidantların əsas mənbəyidir. Qida rasionu meyvə və tərəvəzlərlə zəngin olan insanlarda piylənmə, ürək, insult, diabet və bəzi xərçəng xəstəlikləri riski əhəmiyyətli dərəcədə aşağı olur.

Mümkün qədər ağ ətə (məsələn, quş əti) və aşağı yağ tərkibli balıq ətinə üstünlük verilməlidir. Məhdud sayda emal prosesinə məruz qalmış ət məhsulları, həmçinin yağsızlaşdırılmış süd məhsulları istehlak edilməlidir. Sənaye üsulu ilə emala məruz qalmış, bişmiş və qızardılmış trans yağlar ehtiva edən qida məhsullarının istehlakından çəkinmək lazımdır. Yüksək miqdarda doymuş yağlardan ibarət və heyvan mənşəli qida məhsullarından (kərə yağı, əridilmiş yağ, kakos və palma yağlarından) deyil, doymamış yağların (zeytun, soya, günəbaxan, qarğıdalı və digərlərin) istifadəsi məqsədəuyğundur.

Yeməklərin hazırlanmasında zülal tərkibli qidalara, təzə tərəvəzlərə üstünlük verilməlidir. Belə ki, onlar orqanizm tərəfindən yaxşı mənimsənilir və hüceyrələrdə yığılmır. Həmçinin tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir. Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən, yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Belə ki, əgər balıq və ya digər dəniz məhsullarına üstünlük verilirsə, bu qidanı ətlə qarışdırmaq tövsiyə olunmur. İstehlak olunan qidanın miqdarı da son dərəcə vacib amildir. Mütəxəssislər bir yemək saatında 3-dən artıq çeşiddə yeməyin istehlakını məsləhət görmürlər.

Zəif həzm olunan karbohidratlarla zəngin qida maddələrini isə (kartof və lobya əlavə edilmiş yeməklər, çörək, xəmir məhsulları və s.) ayrıca istehlak etmək lazımdır. Bayram günlərində qızardılmış məhsullara yox, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Qeyd edək ki, düzgün seçilmiş emal üsulu yaxşı dad əldə etməyə, eləcə də ət məhsullarında olan qiymətli qidalı maddələrin saxlanmasına imkan verir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin.

Sağlam qidalanmanın daha bir qızıl qaydası asta-asta yeməkdir. Çünki doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Asta-asta qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur və insan normadan artıq yemir.

Mayenin düzgün qəbul edilməsi də vacib şərtdir. Xüsusən də boş mədəyə qətiyyən spirtli içki qəbul etmək olmaz, hətta bu, ən yüngül içki olsa belə. Bu halda içki qana asanlıqla və sürətlə sorulur ki, qaraciyər, böyrək və ürəyə mənfi təsir göstərir. Evdə hazırlanmış turşu və marinadların spirtli içki ilə yanaşı istehlakı tövsiyə edilmir. Belə qidalar orqanizmdə mayenin uzun müddət qalmasına səbəb olur. Bu da toksinlərin bədəndən xaric olunmasının qarşısını alır. Maye olaraq kompota, xüsusən də pomidor şirəsinə üstünlük verilməlidir. Pomidor şirəsi pendir, çərəz və zeytun yağı ilə birlikdə orqanizm tərəfindən yaxşı mənimsənilməklə bərabər, ət və balıq yeməklərini də tamamlayır. Gavalı şirəsi tərəvəz salatları ilə, alma şirəsi isə desertlərlə harmoniya təşkil edir.

Su orqanizm üçün müstəsna əhəmiyyətə malikdir. Su körpələrdə bədən çəkisinin 75 faizini, yaşlılarda 55 faizini təşkil edir və hüceyrə homeostazı üçün vacibdir. Gün ərzində 8 stəkan su içilməsi tövsiyə edilir. Susuzluq orqanizmdəki mənfi təsirini dərhal büruzə verir. Belə ki, su çatışmazlığı səbəbindən bədəndə susuzlaşma (dehidratasiya) əmələ gəlir. Beynimiz nəmləndirmə vəziyyətimizdən güclü şəkildə təsirlənir. Tədqiqatlar göstərir ki, bədən çəkisinin 1-3 faizini itirmək kimi yüngül dehidratasiya belə beyin fəaliyyətinin bir çox cəhətlərini poza bilər. Yüngül dehidratasiya uşaqların, yaşlı insanların əhval-ruhiyyəsinə, yaddaş və beyin fəaliyyətinə mənfi təsir edir. Dehidratasiya bəzi insanlarda miqrenə və başağrısına da səbəb ola bilər. Az su istehlakı qəbizlik üçün də risk faktordur. Araşdırma nəticəsində məlum olub ki, 12 həftəlik bir müddət ərzində yeməkdən əvvəl 0,5 litr su içənlər su içməyənlərlə müqayisədə 44 faiz daha artıq çəki itiriblər. Qeyd edək ki, yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Yaxşı olardı ki, 200-300 millilitr su yeməyə 10-15 dəqiqə qalmış ilıq şəkildə içilsin. Bu halda su 10-15 dəqiqədən sonra mədə şirəsi ilə bərabər şəkildə mədəni tərk edir və həzmolma prosesini sürətləndirir. Suyun zülal tərkibli qidalardan 4 saat, nişastalı qidalardan 2 saat, meyvələrdən 30 dəqiqə sonra içilməsi faydalıdır.

Pensilvaniya Universitetinin mütəxəssisləri hesab edirlər ki, gec saatda, xüsusilə də yatmağa yaxın zamanda qidalanma çəki və maddələr mübadiləsində mənfi dəyişikliklərə yol açır. Mütəxəssislər müəyyənləşdiriblər ki, səhər yeməyi üçün ən yaxşı vaxt saat 07:00-09:00, nahar üçün saat 12:30-13:00, şam yeməyi üçün isə saat 18:00-18:30-dur.

Bəzən insanlar aclıq hissini aradan qaldırmaq üçün fast-food və qazlı şəkərli içkilər kimi yüksək kalorili və zərərli qidalara can atırlar. Bu tip qida məhsullarını xüsusilə boş mədəyə qəbul etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Ona görə də saatına diqqət etməklə gündə 3 dəfə müxtəlif tərkibli qidaların və lazımi miqdarda suyun istehlakına riayət etmək vacibdir.

 
  • Oxunub:  1410  |  
  • Tarix:  09-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm!
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
15 Yanvar 09:28
Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək
15 Yanvar 09:18
Milli mətbuatımızın müasir çağırışlara cavab verməsi üçün davamlı addımlar atılır
15 Yanvar 09:16
Vüqar Bayramov: Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında yüksək qiymətə layiq görülür
15 Yanvar 09:11
Ramin Məmmədov: Azərbaycan Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəni regionda yeni iqtisadi reallıqlar formalaşdırmaqla davam etdirir
15 Yanvar 09:08
YAP Şəmkir rayon təşkilatının fəalları Vətən müharibəsində yaralanmış hərbçilərlə görüşüblər
15 Yanvar 09:06
Rüstəm Nağıyev: Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində ardıcıl fəaliyyətə başlayıb
15 Yanvar 09:04
Həsən Şirinov: Şuşa Qafqazın və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək
15 Yanvar 09:02
Asim Mollazadə: Bu, Ermənistana iqtisadi, sosial problemlərini həll etməsi üçün yaranmış yeganə şansdır
15 Yanvar 09:01
Elşən Musayev: Cənubi Qafqazın tarixində tamamilə yeni mərhələ başlayır
15 Yanvar 08:58
Elşad Musayev: Azərbaycan əldə edilən qələbəni siyasi yolla möhkəmləndirir
15 Yanvar 08:57
Qabil Hüseynli: Hazırda əsas diqqət bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə yönəlib

15 Yanvar 08:55
“Beşinci kolon” indi də Azərbaycan-Türkiyə birliyinə qarşı...

15 Yanvar 08:53
Ermənistanda total tənəzzül...

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6